Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

Rektor Anar Eminov şəhid Şahmar Məmmədovun övladı ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov ixtisas seçimi müsabiqəsində MDU-da təhsil almaq istəyən, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şahmar Məmmədovun övladı Tamella Məmmədova və onun valideyni Aliyə Məmmədova ilə görüşüb. Görüş zamanı rektor A.Eminov Tamella Məmmədovaya MDU-ya göstərdiyi diqqət və marağa görə təşəkkürünü bildirib, onun təhsil həyatında uğurlar qazanacağına inandığını vurğulayıb. Qeyd edilib ki, […]

Mingəçevir şəhərində “Gələcəyə #Birlikdə Sosial Fəallıq və İnkişaf Proqramı” layihəsi çərçivəsində Gənclər Forumu keçirilib

2025-ci ilin 13-14 avqust tarixlərində Mingəçevir Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “İşıqlı Gələcək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli çərçivəsində “Gələcəyə #Birlikdə | Sosial Fəallıq və İnkişaf Proqramı” keçirilib. Layihə çərçivəsində “#Birlikdə Güclüyük” Gənclər Forumu baş tutub. Forumdan əvvəl rəsmilər Mingəçevir […]

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Mingəçevir Turizm Kollecinin akademik-inzibati heyəti ilə görüşüb

2025-ci ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Turizm Kollecində (MTK) olub. İki təhsil müəssisəsi arasında mümkün əməkdaşlıq istiqamətləri, qarşılıqlı maraq doğuran fəaliyyətlər və gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə təşkil edilmiş görüşdə kollecin rəhbərliyi və akademik-inzibati heyət üzvləri iştirak edib. Tədbiri açan MTK-nın direktoru […]

Mingəçevir Dövlət Universitetində narkomaniya ilə mübarizə çərçivəsində növbəti seminar keçirilib

2025-ci ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suvevrenlik İli” çərçivəsində 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gənclər narkotikə “Yox!” deyirlər” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarı giriş nitqi ilə açan MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev tədbirin əhəmiyyətini vurğulayaraq, cəmiyyətin […]

Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi fəaliyyəti ilə fərqlənən tələbələr təltif olunub

2025-ci ilin 20 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə elmi-praktik konfranslarda məruzə ilə çıxış edən, həmçinin “Regionun Gənc Liderləri” proqramını uğurla başa vuran tələbələrin sertifikatlarının təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, eləcə də fəal tələbə gənclər iştirak ediblər. Tələbə […]

MDU-nun Rektoru Anar Eminov Şəki şəhərində abituriyentlərlə görüş keçirib

Mingəçevir Dövlət Universiteti (MDU) regionlarda universitet-məktəb əməkdaşlığını genişləndirməkdə davam edir. 2025-ci ilin 21 iyun tarixində universitetin rektoru Anar Eminov Şəki şəhərinin məktəb və liseylərinin məzunları ilə görüşüb. Tədbiri giriş nitqi ilə açan Şəki şəhər 10 saylı tam orta məktəbin direktoru Filyar İbrahimova qonaqları salamlayaraq belə görüşlərin abituriyentlər üçün əhəmiyyətindən danışıb və universitetlə məktəblər arasında qurulan […]

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq konfransın açılış tədbiri keçirilib

2025-ci ilin 21 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Naxçıvan Dövlət Universiteti (NDU), ADPU-nun Şəki filialı, AMEA Nəsimi adına Dilçilik İnstitutu, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), Mahmud Kaşğari adına Beynəlxalq Fond, Bəxtiyar Vahabzadənin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr […]

Mingəçevir Dövlət Universitetinin “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalının ingilis dilində saytının təqdimatı keçirilib

2025-ci ilin 20 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalının ingilis dilində olan saytının (sdj.mdu.edu.az) təqdimatı keçirilib. Təqdimat tədbirində universitetin akademik-inzibati heyət üzvləri iştirak edib. Tədbiri giriş nitqi ilə açan MDU-nun rektoru Anar Eminov jurnalın yaranma məqsədini və elmi ictimaiyyət üçün vacibliyindən söhbət açaraq universitetin müəllimləri, tədqiqatçılar üçün öz elmi işlərini […]

Mingəçevir Dövlət Universitetinin kollektivi və tələbələri I Mingəçevir Kitab Sərgisində iştirak ediblər

2025-ci ilin 31 may – 1 iyun tarixlərində Mingəçevir şəhərində “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin, Mingəçevir Şəhər Bələdiyyəsinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən I Mingəçevir Kitab Sərgisi bayram əhvali-ruhiyyəsi ilə start götürüb. Sərgi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Sərginin açılış mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham […]

MDU-da interaktiv təlim: Vətəndaşların sağlam həyat tərzinə iqlim dəyişikliklərinin təsiri

30 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və Psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə, kafedranın müəllimi Aydın Kərimov tərəfindən “Vətəndaşların sağlam həyat tərzinə iqlim dəyişikliklərinin təsiri” mövzusunda interaktiv təlim keçirilib. MDU-nun Psixologiya və pedaqogika kafedrasının müdiri, professor Fərəh Cəlilin moderatorluğu ilə keçirilən təlimdə Təhsil fakültəsinin tələbələri iştirak edib. […]