Browsing author

Mingəçevir İşıqları

Nəsib Bayramoğlunun “Qəribə dünya” kitabının təqdimatı olub

Bu sözləri noyabrın 20-də AMİ və AYB-nin yerli təşkilatlarının təşəbbüsü ilə “Qəribə dünya” kitabının təqdimatı zamanı Rasim Şükürov deyib. Azərbaycan Müəllimlər İnsititutu Mingəçevir filialının direktoru qeyd edib ki, bədii yaradıcılığına keçən əsrin 60-cı illərindən başlayan Nəsib Bayramoğlu \”Boyunduruq\”, \”Arı və demokratiya\”, \”Mingəçevirdə qalan ömür\”, \”Yuvalar\”, \”Tənha məzar\” kitablarının müəllifidir, AYB və AJB-nin üzvüdür. Kitab haqqında […]

Noyabrın əvvəlində Göyçayın Bığır kəndinin girişində nar və ondan hazırlanan məhsulların nümayişinə başlanacaq

“Göyçay rayonunda kənd turizminin inkişaf etdirilməsi üçün hazırda prioritet istiqamətlər və ehtiyaclar öyrənilir, bu sahəyə maraqlı tərəflərin cəlb edilməsi üçün maariflənmə tədbirləri təşkil edilir, bələdiyyələr və yerli iş adamları, kənd sakinləri turistlərin qəbulu və onlara xidmətin göstərilməsi üçün digər rayonlardakı müsbət təcrübələrdən bəhrələnirlər”. Bu fikirlər “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin təşkilatçılığı və Avropa İttifaqının maliyyə […]

Hamı seçkilərə!

Əziz mingəçevirlilər! Sizi təmsil etməyi bacaran millət vəkilinin seçilməsini, haqqınızı müdafiə edəcək qanunların hazırlanmasını, son nəticədə güzəranınızın yaxşılaşmasını istəyirsinizsə, 1 noyabr 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edin,  səsinizi etibar etdiyiniz namizədlərə verin.

Ensiklopediya nədir, Paşa Yaqub?

Paşa Yaqub, “Baş Daşağıl ensiklopediyası”, “Zərdab LTD”MMC, Bakı, 2012, 128 səhifə. Oğuz rayonunun Baş Daşağıl kəndi haqqında olan bu kitabın çapı ilə bağlı kənd sakinlərindən, ziyalılardan razı qalanlar da olub, narazı qalanlar da. Həmin narazılıqları eşitdikdən sonra mən də məhdud miqdarda buraxılmış bu kitabdan bir nüsxə əldə edib oxudum, rəyimi bildirmək qərarına gəldim. Axı Paşa […]

Pandüslərin olmaması üzündən əlillər əksər dövlət idarələrinə girə bilmirlər

Mingəçevir sakini Nazim Saniyev 48 ildir ki, əlil arabası ilə hərəkət etmək məcburiyyətindədir. O,14 yaşı olanda yerimə qabiliyyətini itirib. Yeniyetməlik çağlarında idmanla məşğul olduğunu deyən Nazim Saniyev onurğa sütununda yaranan iliyin iltihabından sonra ayaqlarındakı və əlindəki hissiyatı itirib. Onun yalnız sağ əli hərəkət edir. Nazim Saniyevin rus dilindən tərcümə etdiyi məqalələr vaxtaşırı olaraq mətbuatda dərc […]

Psixoloq: “İntiharı şouya çevirməyin!”

2014-cü il başlayandan demək olar ki, hər gün intihar xəbəri alırıq. Statistikaya görə dünyada gün ərzində 3 min insan intihar yolu ilə yaşamlarını sonlandırır. Başqa sözlə, hər 40 saniyədə 1 insan intihar edir. Azərbaycan ölkələrin intihar reytinqində 110 ölkə arasında 101-ci yerdə qərarlaşıb. Son 2 ayda isə özünü öldürənlərin sayı hədsiz artıb. Niyə intihar edirlər? […]

KİV-lərdən gözləntilər çıxdur

Iyulun 29-da “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyi Bərdə şəhərində Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə  “Mərkəzi Aran bölgəsində milli-mənəvi dəyərlərin ictima təbliği” layihəsi çərçivəsində  növbəti tədbirini keçirib. “Milli-mənəvi dəyərlərimizin qorunmasında ən yaxşı vasitə” mövzusunda dəyirmi masada Bərdə və Yevlax rayonlarının müxtəlif sosial təbəqələri əhatə edən 24 nümayəndəsi  iştirak edib.  “Yüksəliş” İB-nin sədri Şahin […]

MVA Mingəçevirdə sosial problemlərlə bağlı təlim keçəcək

Sosial problemlər heç birimizdən yan keçmir. Bütün bunları nəzərə alaraq, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi layihə çərçivəsində iyulun 14-də saat 10.30-da Mingəçevir şəhərində,  Mingəçevir Media Mərkəzində  (Rəsul Rza küçəsi, 23)  sosial problemlərlə bağlı təlim təşkil edir. Təlimi  birliyin rəhbəri Fərman Nəbiyev, hüquqşünas İnqilab Həsənov və layihənin jurnalisti Yeganə Nəbiyeva aparacaqlar. Arzu edənlər təlimdə iştirak edə bilərlər. Layihə […]

GİZ “Azərbaycanın vergi qanunvericiliyi və onun tətbiqi məsələləri” mövzusunda müsabiqənin nəticələrini açıqlayıb

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) „Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma”  regional proqramı jurnalistlər arasında “Azərbaycanın vergi qanunvericiliyi və onun tətbiqi məsələləri” mövzusunda keçirdiyi məqalə müsabiqəsinə yekun vurub. Müsabiqəyə vergi hüququna həsr olunmuş məqalələr, o cümlədən vergitutmanın əsaslarını və prinsiplərini, vergi növlərini, onların ödənilməsini, vergi orqanlarının səlahiyyətlərini, vergi ödəyicilərinin hüquqlarını və digər məsələ və problemləri […]

MVA Yevlaxda sosial problemlərlə bağlı təlim keçəcək

Sosial problemlər heç birimizdən yan keçmir. Bütün bunları nəzərə alaraq, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi layihə çərçivəsində iyulun 7-də saat 10.30-da  Yevlax şəhərində, Heydər Əliyev Mərkəzində sosial problemlərlə bağlı təlim təşkil edir. Təlimi  birliyin rəhbəri Fərman Nəbiyev, hüquqşünas İnqilab Həsənov və layihə jurnalisti Yeganə Nəbiyeva aparacaqlar. arzu edənlər təlimdə iştirak edə bilərlər. Layihə Azərbaycan Respublikası Prezidenti yanında […]