Browsing author

Mingəçevir İşıqları

20 yaşlı mingəçevirlinin idman uğurlarından dünya xəbərdardır

Əhmədov Yasin Afiq oğlu 24 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olub. 18 saylı tam orta məktəbdə təhsil alıb. 12 yaşından avarçəkmə idman növü ilə məşğul olur. Ötən illər ərzində Yasinin məşqçisi keçmiş SSRİ idman ustalığına namizəd İsfəndiyar Cəfərov olub. Yığma komandada isə onunla xarici məşqçi-mütəxəssislər məşğul olublar.  Təcrübəli məşqçilərin tələbkarlığı və peşəkarlığı Yasinin həyatında […]

Mingəçevir futbol məktəbinin yetirməsi AFFA-nın kurslarında iştirak edib

Maraqlı məqam isə ondan ibarətdir ki, bu kurslarda Mingəçevir futbol məktəbinin yetirməsi Azər Həşimov da iştirak edib. Qeyd edək ki, hazırda “Qəbələ” klubunun 15 yaşadək komandasının məşqçisi olan Azər Həşimov vaxtı ilə şəhərimizin “Ulduz”, “Energetik”, Bakının “Ədliyyə”, MOİK, Yevlaxın “Karvan”, Qəbələ, Şəmkir və Neftçalanın eyni adlı komandalarında futbolçu karyerası yaşayıb. Səbuhi Musayev 

Baş nazirin birinci müavini Yaqub Eyyubov Mingəçevir ictimaiyyəti ilə görüşüb

Prezident İlham Əliyevin tapşırığına əsasən baş nazirin birinci müavini Yaqub Eyyubov Mingəçevirdə ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüş iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Baş nazirin müavini ilə görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin  yaranma tarixi, inkişafı barədə ətraflı məlumat verib. O deyib ki, son illər dövlət başçısının […]

Mingəçevirdə suvarma məqsədilə köhnə xətlər bərpa ediləcək

Mingəçevir İcra Hakimiyyəti başçısının 1 saylı Sahə-İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Rizvan Mikayıllı 2015-ci ilin yekunları və qarşıdan duran vəzifələrlə bağlı hesabat verib. O deyib ki, ölkədə böhranın baş verdiyi bir dövrdə qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilib:  “Hesabat ili ərzində şəhərimizdə xeyli tikinti-abadlıq, quruculuq işləri aparılıb, yeni park və xiyabanlar salınıb. Yeni-yeni obyektlər açılıb, […]

Mingəçevirin Şəfa küçəsində yanğın İqbal Süleymanovun həyatına son qoydu

Mingəçevirdəki Şəfa küçəsindəki  8 saylı evdə Cəfərqulu Süleymanova məxsus ev yanaraq kül olub. Hadisə bu gün, yanvarın 27-də saat 9 radələrində baş verib. Yanğın nəticəsində 1981-ci il təvəllüdlü Süleymanov İqbal Cəfərqulu oğlu yanaraq,  elə hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun qardaşı Vüsal Süleymanov hadisə zamanı evdə heç kimin olmadığını deyib: “Anam tövlədə qoyunlara yem verirdi. Həyat […]

Mingəçevirdə İcra Hakimiyyətinin başçısı yerli sahibkarlarla birgə onları narahat edən məsələləri müzakirə edib

Yanvarın 21-də Mingəçevirdəki sahibkarlarla görüşən İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  onlara dəstək olacağından, eyni zamanda manatın məzənnəsinin düşməsindən istifadə edərək, bəzi işbazların qiymətləri süni şəkildə artırmasına yol verilməyəcəyindən danışıb: “Şəhər İcra Hakimiyyəti bununla bağlı ciddi tədbirlər görür”. Şəhər prokuroru Azad Qarayev işbazların, dələduzların vəziyyətdən istifadə etmələrinin qarşısının ciddi sürətdə alındığını söyləyib: “Bərdə çörək” və “Kür çörək” […]

20 yanvar faciəsi Mingəçevirdə anılıb

Şəhər hökumət rəsmiləri, idarə və müəssisələrin nümayəndələri, minlərcə insan  yanvarın 20-də səhər tezdən Mingəçevirdəki Şəhidlər Xiyabanına axışıblar. Onlar 20 yanvar abidəsinin önünə əkil və güllər qoyub, şəhidlərin məzarlarını ziyarət ediblər. Şəhidlərin xatirəsinə dualar oxunub. Saat 12-də Mingəçevirdə bütün nəqliyyat vasitələrindən siqnallar səsləndirilib. Şəhid Elbrus Hüseynovun əkiz qardaşı Vəli müəllim və bacısı Ruxsarə xanım şəhid qardaşlarının […]

“Hüquqi şəxslərdə iştirak: qanunvericilik və təcrübə”

Bu mövzuda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ)  “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində növbəti seminarını keçirəcək Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində  29-31 Yanvar 2016-cı il tarixdə Xaçmaz  rayonunun Nabran qəsəbəsində “Hüquqi şəxslərdə iştirak: qanunvericilik və təcrübə” mövzusunda jurnalistlər üçün 2 günlük seminar keçirəcəkdir

DƏNİZ, QAYTAR SEVGİLİMİ

Selə dönüb gözlərdə yaş, Dəniz, sənin ürəyin daş, Quruyaydı suların kaş, Dəniz, qaytar sevgilimi.   Neçə qardaş, neçə ata, Düşdü birdən itə-bata, Səni xalqın ahı tuta, Dəniz, qaytar sevgilimi.   Dalğa, hara atdın onu, Nərə, sənmi tutdun onu, Dəniz, niyə uddun onu, Dəniz, qaytar sevgilimi.   Güvənirdik sənə yaman, Vermədin de niyə aman, Yoxsa gəldi […]

“Apteçka”da hansı dərmanlar olmalıdır?

2016-cı il yanvarın 1-də avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı başladılacaq reydlər insanları bazarlara axın etməyə vadar edir.Yanğınsöndürmə balonu və qəza işarəsi aydın məsələdir. Bəs tibb çantasının içində nə olmalıdır? mi-news.az oxu.az-a istinadən oxuculara Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 5 avqust 2008-ci il Tarixli 09 nömrəli əmrlə təsdiq olunmuş […]