Browsing author

Mingəçevir İşıqları

Mingəçevirdə gizli qalan istedad

Ailələrə Sosial Dəstək İctimai Birliyi  Mingəçevir Dövlət  Rəsm Qaleriyası ilə  birgə sərgi təşkil edib. Sərgidə Solmaz Şükürovaya məxsus əl işləri nümayiş etdirilib. Məqsəd evdar qadınların istedadlarını üzə çıxarmaq, onları ictimaiyyətlə bölüşmək olub. İctimai birliyin əməkdaşı Mətanət Yusifova Solmaz xanımın evdar, eyni zamanda gözəl əl qabiliyyətinə malik bir xanım olduğunu deyib: ”Çox təəssüflənirəm ki, belə gözəl […]

“Sodrujestva”da görüş

“Sodrujestva” (Azərbaycan xalqlarının könüllü həmrəylik) Cəmiyyətinin Mingəçevir şöbəsində görüş keçirilib. Bildirilib ki, Mingəçevirdə 11 millətin nümayəndəsi həmrəylik şəklində yaşayır. Tədbirdə milli azlıqların nümayəndələrindən Vera Əliyeva, Vidadi Xankişiyev, veteranlar birliyinin sədri Ələm Məmmədov və başqaları ölkədə qeyri millətlərə diqqət və qayğıdan, onların adət-ənənələrinə, dinlərinə göstərilən ehtiramdan söz açılıb. Bildirilib ki, bu cəmiyyət Mingəçevirdə yaşayan rus, belarus, […]

Multikulturalizm Azərbaycanda həyat tərzidir

Tədbiri giriş sözüylə açan kollecin direktoru Fikrət Zeynalov ölkəmizdə tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verildiyini, cənab prezidentimiz tərəfindən 2016-cı ilin multikulturalizm ili elan edildiyini bildirib: “Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, qəzet və jurnal dərc etdirmək sahələırində bərabər hüquqlara malikdir. Multikultural cəmiyyətdə nəinki […]

Aydın Mirzəzadə bu dəfə 62 nəfəri qəbul etdi

Millət vəkili Aydın Mirzəzadə martın 3-də Mingəçevirdə seçicilərin növbəti qəbulunu keçirib. Qəbulda iştirak etmək üçün əvvəlcədən qeydiyyat olmayıb. İstənilən mingəçevirli rahatlıqla deputatla görüşmək və müraciətini etmək imkanı qazanıb. Mövzu məhdudiyyəti qoyulmayan gün ərazində 62 nəfər qəbul edilib. Hətta qrup şəkilində də müraciətlər olub. A.Mirzəzadə bununla bağlı facebook sosial şəbəkəsində açıqlama verib. Onun yazdığına görə əsasən […]

YAP ŞT-nın yaranmasından 23 il ötdü

YAP Mingəçevir şəhər təşkilatı yaranmasının 23 illiyi qeyd olunub.  Tədbirdən əvvəl partiya üzvləri şəhər ictimaiyəti ilə birlikdə Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, öz ehtiramlarını bildiriblər. Şəhər təşkilatının sədri Cavanşir Yusubov məsləkdaşlarını bu ələmətdat gün münasibəti ilə təbrik edib, ötən dövr ərzində görülən işlərdən danışıb. O, qeyd edib ki, hazırda ŞT-nın 59 ərazi təşkilatında […]

Beynəlxalq Multikulturalizm qış məktəbi işini başa çatdırıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları və nəticələri ilə bağlı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi – öyrən, araşdır, paylaş – 2016” Beynəlxalq Multikulturalizm qış məktəbinin bağlanış mərasimi […]

Dondurma dadı

Gözəl bir yaz günü idi. Hava bir az sərin idi. Çəmənlərin üzərində şeh damlası var idi. Uşaqlar çöldə qaçıb oynayırdı. Lakin belə bir havada o evdə otururdu. Niyə deyə soruşmayın! Çünki, bu uşaq tam bir ildir ki, “talassemiya” xəstəsidir. Bəli, siz də belə olacağını düşünmürdünüz. Sağalacağını demək asan olardı. Amma hələ xəstəlik yeni başlamışdı. Tezliklə […]

Mingəçevir İH ilə MŞ gələcəkdə əməkdaşlıq edəcək

Fevralın 15-də Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə ilə görüşüb. Görüşdə reket jurnalistlərin yerli hakimiyyət orqanlarının və məmurların ünvanına şantaj və böhtan xarakterli yazılar yazması və Mətbuat Şurasının onlara  qarşı apardığı mübarizə,  bölgə mətbuatının hazırkı durumu, İH ilə MŞ-nın gələcəkdə qarşılıqlı əməkdaşlığı barədə fikir mübadilədi aparılıb.

Mingəçevir Bələdiyyəsinin üzvləri məhəlləyə gəldilər

Bələdiyyəsi üzvlərinin «Tərəvəzçilik sovxozu» məhəllə komitəsi fəalları ilə görüşü keçirilib. Görüşdə məhəllə komitəsinin ərazisində ötən il bələdiyyənin gördüyü işlərdən danışılıb,  eyni zamanda sakinlərin qarşılaşdıqları çətinliklərlə bağlı bələdiyyə və İcra hakimiyyəti nümayəndələrinə müraciətlər edilib. Sakinlər uzun illər yaşadıqları ev və həyətyanı sahələrin sənədləşdirilməsində çətinliklərlə üzləşdiklərini, ara yolların işıqlandırılması və təmirinin vacibliyini diqqətə çatdırıblar. Bələdiyyənin sədr müavini […]

Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə

1. Ümumi müddəalar 1.1. Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şurası (bundan sonra – Apellyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai […]