Browsing author

Mingəçevir İşıqları

Mingəçevirdə Əfqanıstan veteranları İlqar Rüstəmovun anım gününə toplaşıblar

Aprelin 15-i Əfqanıstan müharibəsində həlak olmuş İlqar Rüstəmovun anım günü idi. Bununla əlaqədar Əfqanıstan veteranları keçmiş döyüşçünün məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra İlqar Rüstəmovun adını daşıyan 5 saylı orta məktəbdə şagirdlərlə görüş keçirilib. Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir nümayəndəsi Elşən İbrahimli Azərbaycan oğullarının qəhrəmanlığlından söhbət açıb: “Bu günlərdə üç şəhid verdi […]

Ata oğlununun cənazəsi bürünmüş Azərbaycan bayrağını köksünə basdı

1983-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olmuş Əhmədov Rüstəm Oruc oğlu dünən  minlərlə mingəçevirlinin iştirakı ilə torpağa tapşırıldı. Şəhidin ruhuna dualar oxunduqdan sonra cənazə namazı qılındı. Şəhidimiz Tərtər rayonunun Talış kəndində qəhrəmancasına həlak olub. Rüstəm Əhmədov Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu olub. Ailəlidi, iki övladı var. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi […]

Sakinlər İcra Hakimiyyətinin başçısından nə istədilər?

Aprelin 13-də  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yerli sakinlərlə səyyar görüşü olub. Görüşdə bir çox məsələlər müzakirə edilib. Başçı abadlıq-quruculuq işlərindən,  küçələrin daha da müasirləşdirilməsindən, sənaye parkının yaradılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması məqsədilə atılan addımlardan danışıb, sakinləri açıq və səmimi dialoqa dəvət edib. Heydər Əliyev, İsmət Qayıbov, Dilarə Əliyeva, Həzi […]

Mingəçevir Turizm Kolleci Beynəlxalq Sərgidə uğurla təmsil olundu

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə   hər il  ölkə paytaxtında düzənlənən  Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ildən-ilə  maraq artır. Bunun bir göstəricisi də odur ki, iştirakçı dövlətlərin, həmçinin  şirkət və müəssisələrin  hüdudları  yeni  coğrafiyalara uzanır. Bu günlərdə başa çatmış və sayca  15-ci olan sərginin önəmi və perspektivləri  növbəti dəfə  hər bir iştirakçıda  ən […]

Startap Azərbaycan Mingəçevirə gəldi

Aprelin 12-də Mingəçevir şəhərində Startap Azərbaycan layihəsənin nümayəndələri tələbələrlə görüşüb. Görüş Mingəçevir Dövlət Universitetində (MDU) baş tutub. Tədbirdə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Startap Azərbaycan haqqında və ölkədə startap ekosisteminin inkişafı barədə məlumat verib. O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İT-nin İnkişafı Dövlət Fondu və digər rəsmi qurumlar və şirkətlər tərəfindən dəstəklənən Startap Azərbaycan […]

Mingəçevirli şəhid atası: “Təki Vətən sağ olsun”

Torpaqlarımızın bötövlüyü uğrunda şəhid olmuş  Adil Kamran  oğlu Adilzadə ilə dünən on minlərlə mingəçevirli vidalaşdı. Onlar vətənpərvərlik şüarları səsləndirdilər. Mingəçevir Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov  şəhidlərin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daima uca tutulduğunu vurğuladı, Silahlı Qüvvələrimizin qüdrətindən danışdı. Şəhər Veteranlar Şurasının sədr müavini Tahir Məmmədov “Başını dik tut, şəhid anası” dedi. Səfərbərlik və […]

Bataqlığı yaşıllığa çevirdik

Оğuz rаyоnunun Sincаn kəndinin kənаrındаn kеçən mаgistrаl yоldаn ötənlərin diqqətini bir xidmət оbyеkti cəlb еdir. “Kаmil”  mаrkеt аdlаnаn bu müəssisədə kənd sаkinlərinə və Qəbələ-Оğuz mаgistrаl yоlu ilə gedib-gələn insanlara ticаrət xidməti göstərilir. Sucаq, bаtаqlıq ərаzi 2005-ci ildə qurudulub, qаydаyа sаlınıb və üzərində söhbət gеdən mаrkеt tikilib. Ən başlıcası isə, ətrafıı yaşıl libasa bürünüb. Mаrkеtin sаhibi […]

MDU-da elmi konfrans təşkil ediləcək

Mingəçevir Dövlət Universiteti şəhər Təhsil şöbəsi ilə birgə 22-23 aprel 2016-cı ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri” mövzusunda respublika elmi konfransını təşkil edəcək. Konfrans aprelin 22-də saat 11-də işinə başlayacaq. Ünvan: AZ4500, Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 21. Mingəçevir Dövlət Universiteti

“Güvən”Xeyriyyə Cəmiyyəti Mingəçevirdə

Bakı şəhərində fəaliyyət göstərən “Güvən” Xeyriyyə Cəmiyyəti artıq Mingəçevirə də gəlib.  GTM-in Mingəçevir nümayəndəsi Tural Kərimovun dediyinə görə, Gənclər Evində bu məqsdlə xüsusi otaq da təşkil olunub: “Öncə geyimlə bağlı köməklik etmək qərarına gəldik. Bu səbəbdən çətinlik çəkən uşaqlar var ki, məktəbdən yayınırlar. İmkansız insanlara hüquqi, ərzaq və tibbi yardımlar ediləcək, müəyyən peşələrə yiyələnmək imkanı […]

Mingəçevirdə imkansız ailələr bir süfrə arxasında toplaşdı

Martın 27-də Mingəçevir Regional Debat Mərkəzinin (MRDM) təşkilatçılığı ilə həyata keçirilən Xeyriyyə konsertinin davamı olaraq,  Mingəçevir Uşaq və Ailəyə Dəstək İctimai Birliyində süfrə açılıb.Tədbirdə 1 ailə geyim və ərzaq, 13 ailə ərzaq,  bir ailə müxtəlif ev əşyaları, bir nəfər isə dərman məmulatları ilə təmin olunub. Xeyriyyə konsertinin təşkilinə  MM üzvü Aydın Mirzazadə və “Hoppiness” şirkəti […]