Browsing author

Mingəçevir İşıqları

Mingəçevir şəhər Bələdiyyəsinin mükafatı uğrunda turnir

Əziz Mingəçevirlilər! Sizi 7-8 may 2016-cı il tarixlərdə Ümukmmilli Lider Heydər Əlyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş Mingəçevir şəhər Bələdiyyəsinin və UGİM-nin birgə keçirdiyi Kayak və kanoe üzrə «Mingəçevir şəhər Bələdiyyəsinin mükafatı uğrunda» turnirə dəvət edirik. Turnir 7-8 may 2016-cı il tarixdə saat 10:00-da Kür çayında, Aavarçəkmə üzrə UGİM-nin bazasında keçiriləcək. Ünvan: Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 14, Əlaqə telefonları: (024)274-65-93, (051)4965436

Professor Əyyub Əyyubovun adı mötəbər ensklopediyada yer alıb

Bu günlərdə Rusiyadan professor Əyyub Əyyubovun ömür və fəaliyyət yolunda əlamətdar hadisə kimi tarixləşəcək müjdəli xəbər daxil olub. Avropa  Tətbiqi  Elmlər Akademiyasının Rusiya nümayəndəliyi tərəfindən ardıcıl olaraq hazırlanıb nəşr olunan “Velikaya Rossiya”  Bioqrafik Ensklopediyasının 23-cü cildində Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun  həyat və fəaliyyəti barədə ensklopedik məlumatlar  da əksini tapıb. […]

“Sevinc” rəqs qrupu Türkiyədə olub

Uşaq Yaradıcılıq Mərkəzinin rəqs dərnəyinin rəhbəri Mələk Tağıyeva deyib ki, 23 Nisan – Ata Türkün 1923-cü ildə təsis etdiyi Dünya Uşaq bayramıdır: “20 nəfərlik heyətlə qardaş ölkədə olduq. Tərkibdə 12 uşaq, 2 müəllim, 8 valideyn vardı. Festival Sarıyel Bələdiyyəsi tərəfindən təşkil olunmuşdu”. Mələk Tağıyevanın dediyinə görə, müxtəlif ölkələrin iştirak etdiyi festivalda “Sevinc” rəqs qrupunun üzvləri […]

Avropa Jurnalistlər Federasiyasının illik toplantısı keçirilib

Bosniya və Herseqovinada-Sarayevo şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ) illik toplantısı keçirilib. 25-26 aprel tarixlərində keçirilən və  43 ölkədən  EFJ-yə üzv təşkilatların  qatıldıqları toplantıda  Azərbaycandan  AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Hənkarlar İttifaqı iştirak edib. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə AFJ-nin təşkilati məsələləri həll edilib, növbəti 3 il üçün qurumun prezidenti, vitse prezidenti […]

Zərifə Əliyeva Mingəçevirdə anıldı

Aprelin 26-da YAP Mingəçevir ŞT Qadınlar Şurası  təşkilatın qərargahında akademik, görkəmli oftolmoloq alim Zərifə Əliyevanın anadan olmasının 93-cü illiyinə həsr olunmuş konfrans keçirib. Konfransda Qadınlar Şurasının sədri Nurcamal Əsgərova Zərifə xanımın ömür yolundan, fəaliyyətindən danışıb. O, qeyd edib ki, fitri istedada malik novator alimin, bu pak və nadir insanın mənalı ömrü, şərəfli yolu hər bir […]

Çoxmənzilli binaları özümüz idarə edə bilərikmi?

“Bu gün çoxmənzilli binaların idarə olunmasında, o cümlədən əmlak vergisinin  toplanmasında kifayət qədər problemlər qalmaqdadır. Baxmayaraq ki, 2009-cu ildə qəbul edilən yeni Mənzil Məcəlləsinin tələbinə görə, mənzil fondu mənzil mülkiyyətçilərinin  müştərək müəssisələri tərəfindən idarə oluna bilər. Bu sahədə əhalini maarifləndirilməsi  həmin mənzillərin saxlanmasında dövlətin yükünün  azalmasına, eyni zamanda bələdiyyələrin əmlak vergisi toplamasında problemlərinin aradan qalxmasına  […]

Çernobıl faciəsinin 30-cu ildönümü Mingəçevirdə qeyd edilib

DİİXİHİ Mingəçevir Şəhər Komitəsinin maddi dəstəyi ilə Çernobıl qəzasının 30-cu ildönümü çay süfrəsi arxasında qeyd olunub. Çernobıl əlilləri adından çıxış edən Fizuli Əsədov bildirib ki, bu,  XX əsrin ən böyük faciələrindəndir, qazəanın qarşısının alınmasında saysız-hesabsız insanlar, o cümlədən azərbaycanlılar  öz sağlamlıqlarını əsirgəməyiblər. Mingəçevir İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini Sahib Əliyev deyib […]

Mingəçevirdəki Mərkəzi Kitabxanada mədəni tolerantlıq müzakirə olunub

Mingəçevir İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini Sahib Əliyev “Tolerantlıq dövlətimizin əsas siyasətidir”, MKS-nin direktoru Etibarə Babayeva “Multikulturalizm və kitabxanalar”, 10 saylı məktəbin tarix-ictimayyət müəllimi Yeganə Bədəlova “Azərbaycan Respublikasında multikulturalizm siyasəti və milli-mənəvi dəyərlərin inkişafı yolları”, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir”, oxu zalının müdiri Gülnar Bağırova […]

Mingəçevirlilər narkotiklərə yox deyirlər

Aprelin 23-də  Heydər Əliyev Mərkəzində  dövlət və ictimaiyyət nümayəndələrinin iştirakilə “Narkotiklərə yox deyək” adlı tədbir keçirilib. Öncə Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət proqramının xüsusiyyətləri barədə danışıb: […]

Mingəçevir Bələdiyyəsində “iş yerində stress və kollektiv çağırış” mövzusunda regional müşavirə keçirilib

Aprelin 28-i Ümumdünya əməyin mühafizəsi günüdür. Bununla əlaqədar aprelin 15-də Mingəçevir Bələdiyyəsində həmkarlar təşkilatlarının regional müşavirəsi keçirilib. AHİK-in əməyin mühafizəsi üzrə şöbə müdirinin müavini Əli Mədətov və baş texniki, əmək müfəttişi Əliş İbrahimov, Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev stressin sağlam həyatın düşməni olması, streslə mübarizə aparmağın yolları, işdə stressin qarşısının alınması, iş prosesinin düzgün […]