Browsing author

Mingəçevir İşıqları

BMT xəttilə Göyçayda narçılıqla məşğul olan fermerlər üçün seminar təşkil edilib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması layihəsi” çərçivəsində iyunun 22-də Göyçay rayonunda narçılıqla məşğul olan fermerlər üçün seminar təşkil edilib. Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə keçirdiyi bu seminarın təşkil edilməsində əsas məqsəd fermerlərə dünyada ekoloji cəhətdən təmiz kənd […]

Təhsildə alternativ dərsliklərə ehtiyac varmı?

Iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə  İctimai Problemlərin Tədqiqi Assosiasiyası “Alternativ dərsliklərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan təhsil sisteminə tətbiqinə dəstəyin verilməsi” mövzusunda seminar keçirib.Seminarda bu günkü dərsliklərdə olan nöqsan və çatışmazlıqlar və alternativ dərsliklərə duyulan ehtiyacdan söhbət açlılıb. İctimai Problemlərin Tədqiqi Asossiasiyasının sədri Məhərrəm Zülfüqarlı alternativ […]

17 yaşlı gənc suda boğuldu

İyunun 18-də İsmayılov İntiqam Arif oğlu dənizdə boğularaq həyatını itirib. İntiqam İsmayılov Ağdam rayon məcburi köçkünüdür. 17 yaşlı mərhumun nənəsi Rəfiqə Qurbanova bildirib ki, nəvəsi 4 il əvvəl atasını, 3 il sonra isə anasını itirib: “İntiqamın səhər tezdən evdən xəbərsiz çıxdı. Bir azdan qapı döyüldü, qonşudan bir kişi İntiqamın evdə olub-olmadığını soruşdu. Sonra heç nə […]

Mingəçevir futbolunun qızıl səhifəsi

Ötən əsrin 60-cı illərinin  ortaları idi. Gənc sosialist  şəhəri Mingəçevir  özünün  inkişaf  dövrünü yaşayırdı. Yeni-yeni sənaye  müəssisələri, sosial- mədəni obyektlər tikilib isifadəyə verilir, park və xiyabanlar salınırdı. Öz təmizliyi ilə seçilən şəhərimiz ilbəil   libasını dəyişir, adambaşına düşən yaşıllığa görə nəinki  respublika, keçmiş ittifaq göstəriciləri üzrə öncül  yerləri tuturdu. Cəmi 50 min əhalisi olan şəhərdə 30-dan […]

Mingəçevirin tibb işçiləri növbəti peşə bayramında

Öncə kollektiv Mərkəzi Xəstəxanada Heydər Əliyevin büstü qarşısına gələrək, ümummilli liderin xatirəsini yad edib və önünə  çiçək dəstələri düzməklə ehtiramlarını bildiriblər. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev Azərbaycan səhiyyənin keçdiyi böyük inkişaf tarixindən danışıb: “Bu bayram ulu öndərin tibb işçilərinə verdiyi bir hədiyədir. Bu gün bu ənənə ümummilli liderin layiqli davamçısı İlham Əliyev […]

Mingəçevirdə “Fitnə” filminə baxış keçirilib

İyunun 17-də şəhər ictimaiyyəti Mingəçevir Gənclər Evində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan  “Fitnə” filminə baxıb. Tərbiyəvi əhəmiyyətə malik olan film dini radikalizm və ona qarşı mübarizədən, gənclərin bəzi təsirlər altına düşərək Suriyaya getməsi və sonda peşimançılıqla üzləşməsindən bəhs edir. İHB aparatında dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev bildirib ki, “Fitnə” filmini […]

Mingəçevir turizmin inkişafına önəmli töhfə verə bilər

Ənənələrin bərpa edilməsi vacib şərtdir Mingəçevir şəhərinin yerləşdiyi coğrafi şərait, bu qədim və müasir yaşayış məkəninin tarixi özəllikləri, əhatəsinə daxil olduğu flora və fauna zənginliyi və ən əsası beynəlmiləlçilik prinsipinə söykənən mədəni dəyərləri onu turizm həvəskarları üçün ən cəlbedici ünvanlardan birinə çevirib. Mingəçevir şəhəri və ona bitişik coğrafi ərazidə fəaliyyətdə olmuş  çimərlik və quş ovu […]

Milli qurtuluş günü şəhərimizdə qeyd edilib

15 iyun Milli Qurtuluş günü münasibəti ilə Mingəçevir şəhərində silsilə tədbirlər keçirilib. Əsaslı şəkildə yenidən qurulan Füzuli adına parkın açılış mərasimində yüzlərlə şəhər sakini iştirak edib. Parkla tanışlıqdan məmnun qalan mingəçevirlilər bayram günündə ikiqat sevinc hissi keçirib, qayğıya görə  şəhər icra hakimiyyətinə və ölkə başçısına minnətdarlıq ediblər. Daha sonra Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə […]

MTK-da Milli Qurtuluş Günü

Mingəçevir Turizm Kollecinin fənn birliyi komissiyalarında  keçirilən müzakirələrdə, dəyrimi masa ətrafı söhbətlərdə, tələbələr arasında təşkil olunmuş rəsm və inşa müsabiqələrində müstəqil Azərbaycanın qurucusu və əvəzolunmaz lideri Heydər Əliyevin  xalq və dövlət qarşısında misilsiz xidmətlərindən bəhs olunub. Bundan sonra ”Daim qürur hissi ilə xatırlayacağımız  xilaskar”  adlı elmi-nəzəri konfrans keçirlib. Mingəçevir Turizm Kollecinin  direktoru, iqtisad elmləri doktoru, […]

“AzNar” QSC İsmayıllıda təbii fəlakətdən ziyan çəkən ailələrə maddi yardımlar göstərir

İsmayıllı rayonunda güclü selin yaratdığı təbii fəlakətin nəticələri aradan qaldırılır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev bildirib ki, sel suları rayonun Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində metal anker-dayağın aşması nəticəsində 15 kəndə elektrik enerjisinin verlişi kəsilib. Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin […]