Browsing author

Mingəçevir İşıqları

“Təmiz Kür”

Qloballaşan dünyanın qabaqcıl problemlərindən biri olan daxili suların təhlükəsizliyi və təmizlənməsi ölkəmiz üçün də proritet məsələdir. Bu amil bu sulardan istifadə edən, xüsusilə də Mingəçevirin əsas su mənbələrindən biri olan Kür çayının ətrafında yaşayan insan həyatının sağlamlığı üçün vacib şərtdir. Layihənin əsas məqsədinə uyğun olaraq, təşkil olunan təlimlərdə gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik […]

67 yaşlı mingəçevirli velosipedçi 70 günlük səfərdən döndü

Avqustun 8-də velosipedçi Abid İsmayılov 70 günlük səfərini başa vuraraq, Mingəçevirə dönüb. O, may ayının 29-da Mingəçevirdən çıxaraq,  Dağıstan, Çeçenistan, Krasnodar, Soçiyə, Batumi marşrutu ilə hərəkət edib, iyulun 27-də Qazax istiqamətindən Azərbaycana daxil olub. “Bu müddətdə bir çox çətinliklərlə qarşılaşdım. Hətta velosipedimi də oğurladılar, məcbur olub, təzəsini aldım. Lakin bütün bunlar, nə yağış, nə külək […]

Goranboyda işıqforlar sürücülərdə çaşqınlıq yaradır

Goranboyda 5 yol kəsişməsində  işıqforlar quraşdırılıb. Onların 2-də- Rayon İcra Hakimiyyətinin və Telekommunikasiya Qovşağının yanında  (Heydər Əliyev prospektində) 7 il əvvəl  quraşdırılan elektron işıqforların aşağı hissəsində saniyə göstəricisi həmişə qırmızı rəngdə olur. Həmin işıqforlar Çin  istehsalıdır və respublikada elektron işıqforlar təzə qoyulan zaman  quraşdırılıb. Mütəxəssislərin dediyinə görə. həmin saat mexanizmini işıqlandıran işıq diodları qırmızı rəngdədir. […]

Nar bağlarının effektiv idarəedilməsi üçün

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması”  layihənin icrasına başlayıb. Layihə çərçivəsində nar bağlarının effektiv idarəedilməsinə kömək məqsədilə xüsusi modul hazırlanacaq və  regionda bu sahədə kadr inkişafına dəstək olmaq üçün maraqlı tərəflərlə əməkdaşlıq ediləcək. Xüsusilə layihənin icrası zamanı  Göyçay regional […]

Mingəçevirdə “Təmiz hava” aylığı

Avqustun  8-də  yol polisi  Təbii Sərvətlər və Ekologiya Nazirliyi ilə Daxili İşlər Nazirliyinin birgə tədbirləri planı üzrə şəhərin bəzi yerlərində “Təmiz hava aylığı” adı ilə reydlər keçirib. Reyd zamanı 40-a yaxın nəqliyyat vasitəsinin  sürücüsü saxlanılıb. Onlardan 20-nə dəm qazının miqdarı normaya uyğun olmadığı üçün inzibati protokol tərtib edilib. Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi […]

“Nərgiz” kilinikası qapılarını mingəçevirlilərin üzünə açdı

Iyulun 6-da Mingəçevirdə “Nərgiz” klinikasının açlışı olub.  Mərasimdə klinikanın icraçı direktoru Ülvü Çələbiyev sahibkarlığın inkişafına göstərilən qayğıya görə dövlət başçsına minnətdarlıq edib, yeni müalicə müəssisəsinin  əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verəcəyini vurğulayıb: “İlkin mərhələdə burada 35 vətəndaş daimi işlə təmin olunub ki, onlardan da 15 nəfəri xüsusi  kurs keçmiş həkimlərdir. Ümumu sahəsi 1600 kvadratmetr olan […]

Qalib əkizlər

Ağdam rayonundan məcburi köçkün düşərək, Mingəçevirə pənah gətirən Əhəmədovlar  ailəsində 2000-ci ildə ekiz qardaşlar doğuldu. Onlara Sənan və Kənan adları verildi. 47 saylı Ağdam köçkün məktəbinin 9-cu sinifində təhsil alan əkizlər bu gün kayak və kanoe üzrə keçirilən bir çox yarışların qalibidirlər. Avropa oyunları qabağı öz yaşıdları arasında keçirilən yarışda bir gündə 5 qızıl, 1 […]

“KİV və müəllif hüquqları: resurslarda müəllif hüquqlarının qorunması”

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  iyunun 30-da Mingəçevir şəhərində “KİV və müəllif hüquqları” mövzusunda tədbir keçirib.  Mingəçevir Media Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə  üzrə  təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin  nümayəndələri qatılıblar. Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə […]

Göyçay və İsmayıllıda gənclərin yay düşərgəsi təşkil olunub

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə İsmayıllının Aşıqbayramlı kəndi və Göyçayın Yekəxana gölü ətrafında “Yaşıl gələcək üçün yaşıl bacarıqlı olaq!” adlı gənclər üçün yay düşərgəsi təşkil edib. Düşərgədə təlimçilər tərəfindən gənclərə “yaşıl iqtisadiyyat”, “yaşıl həyat tərzi”, “yaşıl istehlak”, “sosial məsuliyyət”, “yaşıl təfəkkür” və “yaşıl səriştələr” mövzularında  təlim […]

“Ulduzlar” qrupu “Nağıl” körpələr evinə “əlvida” dedi

Bu nünasibətlə “Nağıl”da mərasim keçirilib. Uşaqlar vətən, ana, müəllim və təhsilə aid şeirlər və mahnılar oxuyub, müxtəlif rəqs və səhnəciklərini təqdim ediblər. Bağçanın müdiri Svetlana Məcidova körpə fidanları təbrik edib: “Sizə  məktəb illərində uğurlar diləyirəm. Vətənə layiqli övlad kimi yetişməyinizi arzu edirəm”. Tədbirin təşkilatçıları Vəfa İbrahimova və İradə Hacıyeva, musiqi rəhbəri Gülab Mustafazadə,  tərbiyəçi köməkçiləri […]