Browsing author

Mingəçevir İşıqları

Səyyar Asan Xidmət Mingəçevirdə

Sentyabr ayının 5-dən etibarən səyyar Asan Xidmət Mingəçevir şəhərində vətəndaşlara səyyar formada xidmətə başlayıb. Ayın sonunadək davam edəcək xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Qurumun nümayəndəsi Mehrac Cabbarlı bu barədə müxbirimizə məlumat verib. O, əlavə edib ki, hər gün təxminən […]

Region sakinləri insan alveri problemi ilə bağlı maarifləndiriləcək

Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib. Amma paytaxta nisbətən regionlarda əhalinin hüquqi biliklərinin azlığı onların potensial qurbana çevrilmə riskini artırır. Digər tərəfdən regionlarda keyfiyyətli hüquqi müdafiə imkanlarının olmaması insan alveri qurbanlarının və potensial qurbanların pozulmuş hüquqlarının bərpasına imkan vermir. Bu səbəbdən region əhalisinin insan alveri qurbanına çevrilmə riskinin qarşısının alınması və onların […]

Dövlət Yol Polisi “Diqqət, uşaqlar!”devizi altında açıq dərs keçirib

Oktyabrın 5-də Heydər Əliyev prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində  Dövlət  Yol Polisi “Diqqət, uşaqlar!” devizi altında hərəkətin təhlükəsizliyi aylığı ilə əlaqədar açıq dərs keçirib. Mingəçevir şəhər Polis şöbəsi  Dövlət Yol Polisi bölməsinin təbliğat və təşviqat inspektoru, polis baş leytenantı Tahir Qarayevin rəhbərliyi altında keçirilən dərsdə Mingəçevirdəki 13 saylı tam orta məktəbin şagird və valideynləri […]

Mingəçevirdə Qeydiyyat şöbəsinin yeni binası açıldı

Sentyabrın 29-da Mingəçevir şəhərində Qeydiyyat şöbəsi üçün yeni inşa olunmuş inzibati binanın açılışı olub.Tədbirdə Ədliyyə naziri Fikrət Məmmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, həkimlər, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Mərasimdən əvvəl tədbir iştirakçıları ümummilli liderin abidəsi ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər. Qeydiyyat […]

Payızın ilk günü Prezident İlham Əliyev Mingəçevirə səfər edib

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, ümummilli liderin adını daşıyan parkın ərazisi üç hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud “Ana və uşaq” kafesi müasir üslubda yenidən […]

Rəhman Rəhmanov balacaları “Şəngülüm, Şüngülüm, Məngülüm”lə sevindirdi

Respublikanın əməkdar artisti, Abdulla Şaiq adına  Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Qızıl Dərviş mükafatı laureatı Rəhman Rəhmanov şəhərimizin qonağı olub.  O, uşaq bağçaları- körpələr evində balacalarla görüşərək, “Şəngülüm, Şüngülüm, Məngülüm” qədim xalq nağılının kukla tamaşasını uşaqlara çatdırıb. Mingəçevir Dövlət Dram Teatrının dəvəti ilə  şəhərimizə gələn R.Rəhmanov oktyabr ayında yerli aktyorlarla birgə 2 yeni tamaşa hazırlayacaq.

MnSK-ların referenduma hazırlığı üçün

Sentyabrın 6-dan 8-dək  47 saylı Mingəçevir seçki dairəsində məntəqə seçki komissiyalarının üzvləri üçün referenduma hazırlıq məqsədilə treninqlər keçirilib. 47 saylı DSK-nın sədri Oqtay Məmmədovun dediyinə  görə, treninqlər 3 gün davam edib: “Hər gün 10 məntəqənin  komissiya üzvləri təlimlərə qatılıblar. Məqsəd onların yaddaşını yeniləmək, komissiyalara Seçki Məcəlləsinə uyğun olaraq seçki günü işlərini necə qurmağı başa salmaqdır”. […]

Veteran futbolçular arasında mini-futbol üzrə şəhər çempionatı başa çatıb

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq Yaşar Məmmədzadə adına şəhər stadionunda veteran futbolçular arasında mini-futbol üzrə şəhər çempionatı keçirilib. Çempionatda dörd komanda İsveçrə sistemi üzrə mübarizə aparıb. Çempionatın final mərhələsində “İşıqlı gələcək” komandası ilə “Referi” komandası görüşüb. Gərgin mübarizə şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qalib müəyyən […]

“Eko-TES” növbəti layihəsini başa çatdırdı

“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Biomüxtəlifliyin qorunması ərzaq təhlükəsizliyi və sağlamlığımızın əsasıdır” adlı layihəsi çərçivəsində şəhər sakinləri ilə görüş keçirib. Birliyin və layihənin rəhbəri Çingiz Nəzərov bildirib ki, biomüxtəliflik təkcə ekoloji amil deyil, həyat və yaşayış üçün əsas amillərdən biridir: “Biomüxtəlifliyin […]

Göyçayda narçılığın inkişafı üçün gənclərin bacarıqları artırılır

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” adlı layihəsini uğurla icra edir. Layihə çərçivəsində avqustun 23-də Göyçay Gənclər Mərkəzində narçılıq sahəsi üzrə fəaliyyət göstərən fermerlərin, kənd təsərrüfatı mütəxəssislərin, təhsil işçiləri və gənclərin iştirakı ilə görüş keçirilib. Tədbirdə layihənin əlaqələndiricisi Nahid […]