Browsing author

Mingəçevir İşıqları

İlk mitap təlimi noyabrın 24-də Mingəçevirdə keçiriləcək

Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə  Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Mingəçevirdə yaşayan QHT, dövlət və KİV nümayəndələrini açıq məlumatlara dair bir günlük  mitap təliminə  dəvət edir. Görüş noyabrın 24-də […]

7 saylı məktəbin bayram təntənəsi

Dövlət Bayraq günü münasibəti ilə Mingəçevirdəki  Rəşad Mirabov adına 7 saylı məktəbdə bayram tədbiri keçirilib. Himnimizin sədaları altında üçrəngli bayrağımız səhnəyə gətirilib. Şagirdlər maraqlı şeir, ingilis və Azərbaycan dillərində mahnılar səsləndirib, milli rəqslərimizi ifa ediblər. Tədbidə bayrağımızın rənglərinin mənasından danışılıb, “Bayraq qürur mənbəyimizdir” adlı rəsm müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub. Məktəbin direktoru Anar İsmayılov bildirib […]

Göyçayda nar bayramı çoşqu ilə qeyd edilib

Dövlət və hökumət rəsmiləri, Milli Məclis üzvləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların və rayon ictimaiyyəti nümayəndələrinin , ümumilikdə 15 minə yaxın insanın qatıldığı möhtəşəm bayram təbii sərvətimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib. Bayram tədbirinin iştirakçıları öncə  Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar. Nar bayramının iştirakçıları musiqi sədaları altında […]

Data jurnalistikası-açıq məlumatlara dair təlim

Əziz dostlar, Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə sizi Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair silsilə təlimlərə dəvət edir. İlk təlim 21-27 noyabrda Mingəçevirdə keçiriləcək. Təlimlər Azərbaycanın kütləvi […]

“Dayan! Dünya bizim evimizdir!”

01 noyabr  2016 – cı  il  tarixdə  Mingəçevir  Turizm  Kollecinin  Heydər  Əliyev    İdeoloji  mərkəzində  “Dayan! Dünya   Bizim  Evimizdir! ”  mövzusunda  tələbə  elmi-nəzəri  konfransı  keçirilib. Konfransı  kollecin direktoru, professor  Əyyub  Əyyubov açıb.  O,  bu cür  qlobal-həyati  məzmun daşıyan,  bütün  dünya  gündəmini zəbt  edən  məsələlərin  müzakirəsinə  gələcəkdə də diqqət  yetirilməsinin  vacibliyini qeyd   edib. Tələbələrdən  Aşur  Həşimov  “Azərbaycanda  […]

Kopenhagendə Azərbaycanın haqq səsi eşidilib

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 22 oktyabr 2016-cı il tarixində Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda Beynəlxalq konfrans” adlı layihəni həyata keçirdi. Layihənin əsas məqsədi 1988-ci […]

Mindən çox insan 101 iş yerinə göz dikmişdi

Oktyabrın 28-də Mingəçevir şəhərində iş axtaranlar üçün əmək yarmarkası keçirilib. Mindən çox  işsiz insanın ümid ilə üz tutduğu yarmarkada isə cəmi 30 nəfərə göndəriş verilib. Xeyli müddətdir ki,  yarmarkanın olacağı günü səbrsizdiklə gözləyən qaynaqçı Ramil Ələkbərov deyir ki, bu günə kimi ümidli imiş: “Yarmarkada yaşananları görüb, səbrimə hakim ola bilmədim. Mindən çox insanın ümid yeri […]

11 bölgənin jurnalistləri insan alveri probleminin aradan qaldırılması yollarını Mingəçevirdə müzakirə ediblər

Oktyabrın 22-də və 23-də Beynəlxalq Miqrasiya Təşkilatının və «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun birgə proqramı çərçivəsində 11 bölgənin jurnalistləri bir araya gəlib. Onlara 2 gün ərzində «Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə» mövzusunda təlim keçilib. Mingəçevir Media Mərkəzində gerçəkləşən təlimə Mingəçevir, Oğuz, Ucar, Yevlax, Ağdaş, Goranboy, Ağcabədi, Bərdə, Tərtər, […]

Başçı hərbi xidməti başa vurmuş əsgərlərlə görüşüb

Görüş zamanı hərbi xidmətdən təxris olunan əsgərlərə  hədiyyələr təqdim olunub. Görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Şahin Xəlilov ölkəmizdə ordu quruculuğundan və nizamlı, məharətli Azərbaycan əsgərindən söhbət açıb:  “Ali baş komandanın başçılığı altında ordu quruculuğu sahəsində öz səylərini daha da artıran,  Azərbaycan silahlı qüvvələrini ən […]