Browsing author

Mingəçevir İşıqları

Bakıdan bölgələrə uzanan turizm marşrutları

Azərbaycanda turizm üzrə ilk orta ixtisas təhsil müəssisəsi olan Mingəçevir Turizm Kollecinin pedaqoqları tədrislə yanaşı, həm də turizm sahəsinin müxtəlif  istiqamətləri üzrə elmi-yaradıcılıq axtarışlarına meylli olmaları ilə də seçilirlər.  Kollecdə müntəzəm olaraq keçirilən elmi-nəzəri konfranslarda turizm sferasının ayrı-ayrı istiqamətləri üzrə maraqlı mövzular müzakirəyə çıxarılır. Bu səpkidə növbəti yığınacaq noyabr ayının 29-da baş tutub. Kollecdə “Azərbaycan […]

İnsan alveri problemi ilə bağlı tələbə-gənclər üçün də təlim keçirilib

Noyabrın 25-də Beynəlxalq Miqrasiya Təşkilatının və «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun birgə proqramı çərçivəsində gənclər üçün təlim keçirilib. «Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə» mövzusunda tələbə -gənclər qatılıb. Mingəçevir Media Mərkəzində gerçəkləşən təlimi “Mingəçevir Valdeynlər Assosiasiyası” İctmai Birliyinin idarə heyətinin üzvü və proqramın eksperti  Yeganə Nəbiyeva aparıb. Tədbir «İnsan […]

Könüllülük Məktəbi üzvlərinin seçilməsi davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi” adlı layihənin təlimləri artıq yekunlaşıb. Xatırladaq ki, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən icra olunan layihənin əsas  məqsədi könüllülük ideyasının gənclər arasında təşviq etmək, könüllülərin formalaşdırılması, icma-könüllü əməkdaşlığının qurulması, eləcə də, zəruri təbliğat və maarifləndirmə […]

“Regionu gənc bələdçilərlə tanıyaq!”

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Mingəçevir Turizm İnformasiya Mərkəzi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclər Evinin təşkilatı dəstəyi ilə “Regionu gənc bələdçilərlə tanıyaq!” adlı layihənin təlimlərinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin ilk təlimləri Mİngəçevir Tibb Kolleci və Mingəçevir Turizm Kollecində baş tutub. Açılış tədbirində iştirak edən […]

Dörd mingəçevirli qalib sırasında yer alıb

Mingəçevir Dövlət Universitetində  Fond rəsmilərinin və digər dəvətli qonaqların iştirakı ilə layihələrin təqdimat mərasimi  düzənləib. Tədbiri açıq elan edən Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev  adı çəkilən Fond tərəfindən təhsil ocağı bazasında yaradılmış İnnovativ Biznes İnkubatorun fəaliyyəti və əhəmiyyəti barədə söhbət açıb. Daha sönra tədbirin məram və məqsədlərilə bağlı fikirlərini paylaşan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət […]

Ən zərif idman növünün nümayəndələri bu dəfə Mingəçevirdə toplaşıblar

Noyabrın 18-dən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində  bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışlarına start verilib.  İki gün davam edən yarışda  balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında 103 gimnast və 9 qrup komandası iştirak edib. Onlar “Ocaq Sport” Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman […]

Topxana harayından başlayan Dirçəliş günü Mingəçevirdə qeyd olunub

YAP Mingəçevir şəhər təşkilatı Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə Milli Dirçəliş günü ilə bağlı yığıncaq keçirib.  Təşkilatın sədri Cavanşir Yusubov xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynadığından danışıb, o dövrdə ermənilərin Topxanada törətdikləri vəhşilik və  Ağdamda iki azərbaycanlının qətlə yetirilməsindən sonra […]

Mingəçevir Turizm Kollecində Milli Dirçəliş günü

Bir müddət əvvəl MTK-da Milli Dirçəliş Gününə həsr edilmiş tədbirlər planına uyğun olaraq rəngarəng müsabiqələrə  və  silsilə toplantılara start verilmişdir. Kollecin tələbələri fəal şəkildə bu tarixi günə həsr olunmuş inşa yazılar və  şeir müsabiqələrinə qoşulmuşdular. İstedadlı  tələbələrin əl işləri və qrupların hazırladıqları  divar qəzetləri stendlərdə nümayiş olunurdu. Müxtəlif qrupları təmsil edən tələbələr arasında diskussiyalar və  […]

İsrail dövlətinin səfiri şəhərimizin qonağıdır

Noyabrın 16-da İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Mingəçevir şəhərinə səfər edib. Şəhər İcra Hakimiyyətinin  başçısı Niyazi Bayramov qonağa Mingəçevir barədə ətraflı məlumat verib, xüsusən şəhərdə Komputer və “Akkord” sənaye müəssisələrinin yenidən bərpa olunduğundan,  Mingəçevir Dövlət Universtieti, Turizm və Tibb kolleclərinin fəaliyyətindən, şəhərdə aparılan abadlıq-quruculuq işlərindən söhbət açıb: “Cənab prezidentimiz İlham Əliyevin […]

“Erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə”

Mingəçevir şəhər Gənclər Evində “Erkən nikahların qarşısının alınması”sahəsində maarifləndirici görüş keçirilib. “Ümidli Gələcək”  Gənclər İctimai Birliyinin icraaçı direktoru Kəmalə Aşumova məişət zorakılığı, erkən nikahların yaranma səbəbləri, onların qarşısının alınması yolları barədə məlumat verib: “Erkən nikah ölkəmizdə mövcud olan aktual problemlərdən biridir. Respublikamızda yuxarı siniflərdə təhsil alan qız uşaqlarının təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur […]