Browsing author

Mingəçevir İşıqları

Mingəçevir məktəbliləri Cocuq Mərcanlıya 200 kitab göndərdilər

Mingəçevir şəhərindəki  4 nömrəli tam orta məktəb Cocuq Mərcanlı kənd məktəbinin kitabxanasına kitab hədiyyəsi  barədə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun irəli təşəbbüsünə qoşulub. Şagirdlər Cocuq Mərcanlı məktəbində təhsil alacaq yaşıdları üçün Bilik Fonduna 200 adda bədii kitab göndəriblər

Prezident Kuboku-2017”nin qalibləri kim oldu?

Azərbaycan Milli Avarçəkmə Federasiyası  tərəfindən  keçirilən “Prezident Kuboku-2017” beynəlxalq turnirində idman məktəbimizin şagirdləri fəal iştirak edərək bu dəfədə böyük  uğurlara imza atıblar. Beş komanda arasında mübarizə aparan idmançı 37 medala sahib olub. İdman məktəbimizə ilk qızıl medalı gənc idmançımız Əliyev Əli Mahir oğlu (1 nəfərlik qayıqda, 1000 metr məsafə) gətirib. Qurbanlı Nihad isə eyni məsafədə ikinci nəticəni göstərib. […]

Bakı Şopinq Festivalının daha bir fəxri qonağı- Vera Brejneva

Bakı Şopinq Festivalı daha bir inanılmaz sürpriz hazırlayıb: məşhur “VİA Qra” qrupunun “qızıl” heyətinin cazibədar eks-solisti, populyar müğənni Vera Brejneva  BSF-nin fəxri qonağı olacaq. O, festival çərçivəsində, aprelin 20-də “#Nömrə1” adlı konsert proqramı ilə çıxış edəcək. Vera Brejneva Heydər Əliyev Sarayında rəqslərlə, xüsusi effektlərlə möhtəşəm şou təqdim edəcək, həmçinin yeni mahnılarını ifa edəcək. Müğənni Vera […]

Aprelin 16-da Mingəçevirdə tələbələr arasında vergi olimpiadası keçiriləcək

Vergilər Nazirliyinin təşəbbüsü ilə  hər il respublikanın ali məktəblərinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş vergi olimpiadası təşkil olunur. Bu il  də olimpiadanın iki mərhələdə (seçmə və yekun) aparılması nəzərdə  tutulub. Seçmə mərhələni  Vergilər Nazirliyinin Tədris Mərkəzinin təqdim etdiyi suallar və metodiki köməkliyi əsasında ali […]

“Terror multikulturalizmə qarşı: 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində sözügedən qurumun Elmi – Metodiki Şurasının nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminar “İslam Həmrəyliyi İli” çərçivəsində  “Terror multikulturalizmə qarşı: 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda növbəti tədbirini keçirib. Fransanın Sofiya-Antipolis Universitetindən gələn alimlərin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşlarının, ziyalı və tələbələrin də iştirak etdiyi elmi seminarı […]

Sahibkarlar Festivala necə qoşula bilərlər?

Bakı Şopinq Festivalının (BSF) təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) festivalda ƏDV qaytarılması prosesi barədə məlumat yayıb. Bürodan verilən məlumata görə, sahibkarlar yalnız Festivalın rəsmi saytında qeydiyyatdan keçdikləri halda bu üstünlükdən faydalana bilərlər. Buna görə də, mağazalar Azərbaycan vətəndaşlarına alış-verişdən sonra əlavə dəyər vergisini (ƏDV) geri qaytara bilmək üçün hansı qaydalara əməl etməli olduqlarını dəqiq […]

Elektron xidmətlərdən istifadədə region sakinlərinə köməklik göstərilir

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu layihə Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Elektron xidmətlərdən istifadədə region sakinlərinə  köməkliklərin göstərilməsi” adlı xidmət çərçivəsində icra edilir. Proqram çərçivəsində Mingəçevir şəhərində dövlət […]

Azercell daha bir beynəlxalq tədbirə dəstək verib

Azercell Telekom MMC ölkəmizdə keçirilən daha bir beynəlxalq tədbirə dəstək verib. Şirkət bu dəfə 16-19 mart tarixlərində Bakıda baş tutan “Avropa Gənclər Parlamentinin İnformasiya Texnologiyaları üzrə İkinci Universitet Sessiyası” tədbirinin sponsoru qismində çıxış edib. Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən forumun əsas mövzusu informasiya texnologiyalarının gələcəyi, terrorizm ilə mübarizədə texnologiyanın rolu və […]

“AzNar” hərbi hissələrə bayram sovqatı aparıb

Rusiyada yaşayan azərbaycanlı iş adamı, Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun təşəbbüsü ilə növbəti dəfə Bərdə və Tərtər rayonlarındakı “N” saylı hərbi hissələrə Novruz bayramı münasibətilə sovqat göndərilib. Hərbi hissələrdə zabit və əsgərlərlə görüşən “AzNar” QSC-nin nümayəndələri Asif Əhmədov və Vüqar Muradov ön cəbhədə düşmənlə üzbəüz Vətənin keşiyində ayıq-sayıq dayanan igid oğulları bayram […]

Jurnalistlərə miqrasiya hüququ ilə bağlı nə bilirlər?

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində 07-09 Aprel 2017-ci ildə Qəbələ şəhərində “Miqrasiya hüququ: qanunvericilik və təcrübə” mövzusunda jurnalistlər üçün  2 günlük seminar keçirəcəkdir İştirak üçün tələb olunan sənədlər:  CV və son 1(bir) ildə dərc olunan 3  məqaləniz (qəzet və ya linklər). Seminarda iştirakla bağlı müraciət üçün son tarix: 31 mart […]