Browsing author

Mingəçevir İşıqları

“İşıqlı Gələcək” İctimai Birliyi “Region gənclərinin intellekt akademiyası”nı yaradır

Oktyabrın  21 və 22-də “İşıqlı Gələcək” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Evində “Region gənclərinin intellekt akademiyası” adlı layihə çərçivəsində  intellektual yarış keçirib. Mingəçevir Dövlət Universitetində təhsil alan  tələbə gənclər öz bilik və dünyagörüşlərini yoxlayıb. Layihənin formatına uyğun olaraq Mingəçevir Dövlət Universitetində təhsil alan region gəncləri 8 komandadan […]

“Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız Kuboku 2017”-yə hazırlıq davam edir

Mingəçevir  Gənclər Evində “Debat Təlimi və Şou Debat” keçirilib. Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə MRDM tərəfindən icra olunan təlimlərə yeni qoşulan gənclərə debat haqqında ətraflı məlumat verib. MRDM-nın sədr müavini Samir Şükürov “Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız Kuboku 2017” çərçivəsində şəhərdə həyata keçiriləcək tədbirlər və daxili turnirlər haqqında danışıb. Bundan sonra “ŞOU […]

Göyçayda 100 kilometr uzunluğunda su boruları Bığır kənd icra nümayəndəsinin köməyilə oğurlanaraq satılıb

Göyçay rayonunda yerin altı ilə çəkilmiş paslamayan su boruları oğurlanaraq satılıb. Oğurluq hadisəsi rayonun Bığır kəndində qeydə alınıb. Bərdə rayonundan olan Elsevər adlı şəxs Göyçay rayon İcra Hakimiyyətinin Bığır kəndi üzrə icra nümayəndəsi Şıxverdi Behbudovla əlbir olaraq Sovet dövründə Bığır kəndinin ərazisində salınan 550 hektardan çox nar bağının, tərəvəz sahəsinin və üzüm plantasiyasının suvarılması məqsədilə […]

Mingəçevir Regional Debat Mərkəzi növbəti mövsümə start verdi

Sentyabrın 23-də  Mingəçevir Regional Debat Mərkəzinin 2017/18-ci mövsüm ili üzrə ilk iclası keçirilib.  Mərkəzin sədri Etiram Sadıqzadə  görülmüş işlərdən, qazanılan uğulardan danışıb.  Mərkəzin sədr müavini Samir Şükürov planlaşdırılan tədbirlərdən və forumlardan söhbət açıb. İclasın yekununda idarə heyəti  yeni mövsümlə  bağlı qərar qəbul edib.  Qərarda deyilir: 1.Kamran Əliyev Mingəçevir Dövlət Univeristeti Debat Klubun sədri vəzifəsindən azad olunsun. […]

Mingəçevirlilər isveçliləri məğlub edib, növbəti mərhələyə addadı

Azərbaycanın qadınlardan ibarət son ölkə çempionu olan “Nur” həndbol komandası Avropa Həndbol Federasiyasının (EHF) kuboku uğrunda iki oyununu keçirib. Onlar Mingəçevirdə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində İsveçin “Luqi HK” komandası ilə üz-üzə gəliblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində sentyabrın 16-da keçən ilk oyun 24:24 hesablı heç-heçə ilə yekunlaşıb. Matça rəqib komanda üstün başlayıb. Lakin təşəbbüsü […]

Mingəçevir təhsili: məzunlardan 426-sı tələbə adını qazanıb

Mingəçevirin təhsil ocaqlarında növbəti dərs ilinə hazırlıq işləri başa çatdırılıb. Şəhərin 1, 7 və 9 saylı tam orta məktəbləri müasir səviyyədə yenidən qurulub,  zəruri avadanlıqlarla təchiz olunub. 57 min 309 nüsxə dərslik və dərs vəsaiti təhsil ocaqlarına gətirilib. Pilot məktəblərdə tədrisin təmayüllər üzrə təşkil edildiyi qruplar komplektləşdirilib. İstedadlı uşaqların birinci sinfə vaxtından əvvəl qəbulu ilə […]

Bələdiyyə yüksək nəticə göstərən məzunları mükafatlandırdı

Mingəçevir Bələdiyyəsində 2016-2017-ci tədris ilində şəhər ümumtəhsil məktəbləri üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan orta məktəb məzunları ilə görüş keçirilib. Bələdiyyənin sədri Coşqun Abdullayev tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynlərini təbrik edib. Sədr vurğulayıb ki, bələdiyyə artıq belə görüşləri ənənə halına salıb. Şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov məlumat verib ki, […]

Ağcabədidə “Açıq hökumət” təşviq olunub

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində Ağcabədi rayonunda məlumatlandırma sessiyası keçirib. Ağcabədi rayonunda 32 nəfərin iştirakı ilə keçirilən tədbir iki saatdan artıq davam edib. Tədbiri giriş sözü ilə açan Tərtər […]

Azərbaycan: Yüzlərlə insandan hələ də xəbər yoxdur

23 il əvvəl əldə edilmiş atəşkəs sazişi Dağlıq Qarabağ münaqişəsini dondurmaqla bərabər, həmin münaqişədə yaxınları itkin düşmüş ailələr üçün zamanı da sanki dondurub. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) həmin ailələrin əzizlərinin talelərini aydınlaşdırmağa yardım etməkdə davam edir. 30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar təşkil olunmuş anım mərasimində çıxış edən BQXK-nın itkin düşmüş […]

Mingəçevirdə nərd üzrə şəhər çempionatına yekun vurulub

Mingəçevir şəhər Gənclər və İdman İdarəsi avqust ayının sonunda ahıllar arasında “Nərd” milli oyunu üzrə şəhər çempionatı keçirib. Üç gün davam edən çempionatda 64 həvəskar dörd yarımqrupda mübarizə aparıb. M.Mirzəyev adına istirahət parkında baş tutan çempionatın qalibləri aşağıdakılar olub: Səfər Şahmar oğlu Səfərov – I yer; Mehman Hilal oğlu Qurbanov – II yer; Çingiz Selman […]