Texniki Humanitar Liseydə Zəfər yürüşü
8 noyabr 2023-cü ildə Mingəçevir şəhər R. Muradov Texniki Humanitar Liseydə Zəfər yürüşü keçirilib. Mingəçevir şəhidlərinin adları qürurla çəkildikdən sonra ibtidai sinif şagirdlərinin yürüşü baş tutub. Şagirdlər böyük fəxarətlə tribunanın qarşısından keçiblər. Tədbirin bədii hissəsində şagirdlərin ifasında mahnılar səslənib, kompozisiya nümayiş olunub, xatirə şəkilləri çəkilib. Bədii hissədən sonra Şəhidlərin adlarının siniflərə verilməsi ilə bağlı mərasim […]