Browsing author

Mingəçevir İşıqları

Mingəçevirdə mənzildən oğurluq edilib

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində, Cəmil Əliyev küçəsi 9 a ünvanında baş verib. Beşmərtəbəli binanın birinci mərtəbəsindəki Arif Abdulkərimova məxsus mənzil qarət olunub. Axşam saat 20:00–21:00 radələrində mənzilə eyvandan daxil olan şəxs və ya şəxslər 10 min manat dəyərində qızıl-zinət əşyaları aparıb. Həmin şəxslərin tapılıb-tutulması istiqamətində əməliyyat aparılır.

Balıqçı

Göl qırağında, adına uyğun bir guşədə əyləşib tilovu suya atan Sakit müəllim nəzərini bir nöqtəyə zilləmişdi. Elə bu zaman tilova balıq düşdü. O, tilovu çəkib, qarmağa düşən balığa baxıb, fikrə daldı. Bu balığın xırda olması, çırpınıb qarmaqdan çıxmaq istəyi bir anlığa onu keçmişə apardı. Vaxt var idi o heç tilov atmadan, iri balıqlar, balıq kürüsü […]

Yevlaxda zibil yandıran sakin kəndi işıqsız qoydu

Yevlax rayonunda yanğın baş verib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Əkşəm kəndində qeydə alınıb. Həyətində təmizlik apardığı zaman tullantılardan ocaq qalayan kənd sakini ehtiyatsızlıqdan daha ciddi yanğına şərait yaradıb. Alov öncə çəpərə, oradan isə xəttinə çataraq qəzaya və güclü yanğına səbəb olub. Nəticədə kəndin böyük bir hissəsi işıqsız qalıb. Hadisə yerinə 2 […]

İcra Hakimiyyəti başçısı Energetik yaşayış massivində

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sentyabrın 27-də Energetik yaşayış massivində sakinlərlə görüşüb. Şəhər rəhbəri ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi nailiyyətləri, regionlarda həyata keçirilən inkişaf proqramı, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə reallaşan layihələr barədə danışıb. Başçı bildirib ki, Mingəçevirdə küçə və prospektlərin asfaltlanması, park və istirahət məkanlarında sakinlərin istirahəti üçün […]

10-cu Avropa Film Festivalına Bakıda start verildi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri və Park Cinema ilə əməkdaşlıqda Bakıda 10-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 2-16 oktyabr tarixlərində keçiriləcəkdir.  Bakıda Avropa Film Festivalının 10 illik yubileyi ilə bağlı Bakıda on dörd məftunedici Avropa kino günləri keçiriləcəkdir. Proqrama 14 Avropa İttifaqı ölkəsindən (Xorvatiya, Çex […]

Uşaqların oynadığı top mərmisi… FACİƏ BAŞ VERƏ BİLƏRDİ

APA TV-nin yerli bürosunun məlumatına görə, suyun çəkilməsi üzə çıxan naməlum əşya ərazidə məskunlaşan ailələrin kiçik yaşlı övladlarının diqqətini çəkib. Hərbi sursatı tanımayan uşaqlar hətta onunla oynamağa cəhd edib. Daha sonra ərazidə məskunlaşan məcburi köçkünlər onun mərmi olduğunu görüb, dərhal aidiyyəti qurumlara zəng edib. Polis əməkdaşları və ANAMA-nın xüsusi çevik əməliyyat qrupu əraziyə cəlb olunub. […]

STP panel məhsul çeşidini artırır

Yeni məhsul artıq bir sıra layihələrdə  müvəffəqiyyətlə istifadə olunub. STP panel brendi bundan öncə H50, H70 və H100 növlərində divar və dam sendviç panelləri istehsal edirdi. Texnopark  yaxın gələcəkdə sendviç panel məhsulları sırasına  H80 və H40 məhsullarını da əlavə etməyi planlayır.  Yeni çeşid sendviç panel məhsulları inşaat  həyata  keçirdən şirkətlərə konstruksiyaların quraşdırılması üçün məhsul seçimində […]

İstedadlı uşaqlar üçün məntiq yarışı

Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olan Mingəçevir şəhər N. Gəncəvi adına 8 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilən İstedadlı uşaqlar üçün “Yay Məktəbi” layihəsi çərçivəsində şagirdlər arasında keçirilən məntiq yarışının ikinci mərhələsi baş tutub. Təlimin növbəti günü şagirdlər riyazi təfəkkürü ilə yanaşı, sürətli düşünmə və cavab […]

Mingəçevir Turizm Kollecində yeni tədris ilinin ilk günü

Təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor  Əyyub Əyyubov  ölkədə təhsilin, turizmin  inkişafına, turizm yönlü kadr hazlığı prosesinə  dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb:  “Cənab prezident İlham Əliyev başda olmaqla aidiyyati nazirlik və dövlət qurumları  ümumən cəmiyyətin hərtərəfli inkişafı üçün  bütün zəruri addımları atır, komleks tədbirlər həyata […]

Ekskursiya formatında düşərgə

Azərbaycan Gənclər Fondunin dəstəyi ilə  «Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı» İctimai Birliyi tərəfindən həyata keçirilən  “Tarixi və mədəni abidələrimizi öyrənək və təbliğ edək” adlı layihə  çərçivəsində  növbəti  ekskursiya formatında düşərgə təşkil olunub. Göygöl Olimpiya İdman Kompleksində sentyabrın  11-dən 13-dək cəbhəyanı  bölgələrdən olan  region gənclərinin  iştirakı ilə baş tutan  ekskursiya və düşərgənin iştirakçıları  müxtəlif maarifləndirici […]