Browsing author

Mingəçevir İşıqları

“Şəhidimiz” kampaniyası çərçivəsində gənclər şəhid ailələrini ziyarət edib

“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi və Mingəçevir Gənclər Evi və digər könüllü təşkilatlarının iştirakı ilə “Şəhidimiz” kampaniyasına start verilib. Gənc könüllülər əvvəl Şəhidlər Xiyabanını ziyarət edib, daha sonra […]

Yeniyetmə və gənclərdə özünəinamı artırmaq üçün

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən “Əsas Həyat Bacarıqları” təlim kursunun yeni mərhələsinin icrasına başlanılıb. Yeniyetmə və gənclərin müstəqil düşünməsi, özünəinam, şəxsi inkişafına dəstək olmaq, onların stresə davamlılığını artırmaq və məqsədlərini müəyyənləşdirməyə kömək etmək məqsədi daşıyan təlimin ilk günündə təlimçi Seymur Səfəralıyev […]

Nəinki Azərbaycanda, Qafqaz regionunda bir ilkə imza atıldı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınn İdman Jurnalistikası magistr proqramının tələbələrinin  Böyük Britaniyaya növbəti səfərləri baş tutub. Təlim-təcrübə məqsədi daşıyan səfər çərçivəsində İnglitərənin London, Şeffield, Koventri, Stradford, Mançester və digər şəhərlərində olacaq proqramın ikinci kurs tələbələri ölkənin mədəni ictimai həyatı ilə yanaşı, ixtisasları üzrə bir sıra qurum və təşkilatlara da baş çəkəcəklər. Bunlara misal […]

Əhməd Əhmədzadə Balakəndə, müavinləri isə Qax və Zaqatalada vətəndaşlarla görüşüblər

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə noyabrın 15-də Balakən şəhərində vətəndaşları fərdi qaydada qəbul edib. Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ümummilli […]

Nazir müavininin qəbuluna düşmək istəyənlərin nəzərinə!

Əziz mingəçevirlilər, Daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərsiniz. Mingəçevir şəhər sakinlərinin qəbulu 23 noyabr 2013-cü il tarixdə Göyçay rayon polis şöbəsində Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru cənab Seyfulla Əzimov tərəfindən keçiriləcəkdir. Qəbul üçün elan olunan gündən noyabr ayının 13-dək Mingəçevir şəhər […]

Heydər Əliyev meydanından Bayraq meydanınadək ümumşəhər yürüşü

Mingəçevirdə noyabrın 9-da Bayraq günü izdihamlı tədbirlə yadda qalıb. Şəhər rəhbərlərinin və ictimaiyyət fəallarının iştirakı ilə baş tutan yürüş Heydər Əliyev meydanından Bayraq meydanınadək uzanıb. İdmançı gənclər eni 7, uzunluğu 14 metr olan möhtəşəm üç rəngli bayrağı başları üzərində daşıyıblar. Onları əli bayraqlı digər həmyaşıdları müşayiət edib. Daha sonra yürüş Bayraq meydanında coşqulu şənliklə davam […]

Ukrayna Trampın şantajının qurbanıdırmı?

ABŞ-ın Ukraynadakı səfirinin səlahiyyətlərini yerinə yetirən şəxsin ifadələri Trampın impiçmenti üçün ən tutarlı əsas ola bilər Jam-news xəbər verir ki, Ukrayna Amerikanın Kiyevdəki əsas diplomatının – ABŞ-ın Ukraynadakı müvəqqəti səlahiyyətli nümayəndəsi Bill Teylorun çıxışı ilə çalxalanır. Oktyabrın 22-də o, ABŞ prezidentinin impiçmenti işi üzrə Konqresin qapalı dinləmələrində ifadə verib. İmpiçment prosedurunun başlanması üçün Trampın Ukrayna prezidenti […]

Mərkəzi xəstəxanadan bildirirlər ki, analiz aparatı xarab olub

Şəhər sakini Elxan Rəşidov 05.11.2019-cu ildə qan analizi verdiyini, amma bu günədək cavabını almadığını deyir: “Mənə bildirdilər ki, biokimyəvi analizi aparmaq mümkün olmadı. Səbəb kimi də son 3 gündə analizləri yoxlamaq üçün şəhərdə reaktivlərin olmadığını bildirdilər”. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının (MŞMX) direktoru Könül Ələkbərovun mətbuata açıqlamasına görə, xəstənin şikayəti əsassızdır: “Xəstəxanamızda xəstələrə yalnız həkim göstərişi […]

Azərbaycanda Bələdiyyə Seçkiləri – 2019

mi-news.az 2019-cu ildə Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı “Uluçay” “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin hazırladığı siyasi icmalı təqdim edir. XÜLASƏ Bələdiyyələr Qanunla müəyyən edilmiş ərazi hüdudları daxilndə, seçkili, yerli özünüidarəetmə forması kimi və bərabərlik əsasında fəaliyyət göstərir. Ölkəmizdə 12 dekabr 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkiləri nəticəsində 2700 bələdiyyə yaradılmışdır. Sonradan 1094 bələdiyyə digərləri ilə […]

Masallıda “İnformasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib

Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə  oktyabrın 28-də Masallı  şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda seminar  keçirilib. “Cənub xəbərləri” qəzetinin konfrans  zalında keçirilən seminara Cənub bölgəsində fəaliyyət göstərən  yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə üzrə təmsilçiləri, həmçinin, yerli QHT və internet fəalları  qatılıblar.  Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  maliyyə yardımı ilə […]