Browsing author

Mingəçevir İşıqları

Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır

Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal altında saxlanılır. Düşmən doxsanıncı illərdə dayanmadan ölkəmizin Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda dəfələrlə təxribatlar, terrorlar, yanğınıar törətməklə torpaqlarımızı işğal edib, 1 milyona yaxın insan yurd yerindən məcburi köçkün düşüb. Ötən illər ərzində  Minsk Qrupunun həmsədrliyi ilə danışıqlar aparılsa da, dövlətimizin yalnız bir və […]

Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir

Sentyabrın 27-də ermənilərin ölkəmizin sərhəd bölgələrinin  müxtəlif istiqamətlərdən silahlı hücuma məruz qalması nətisəcində dövlətimiz qurbanlar verib, mülki əhali arasında da ölənlər  və yaralananlar var. Düşmənin hər bir həmləsi zamanı Azərbaycan itkilərə məruz qalır.  Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əllərindən gələni edəcək və […]

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi ilk tanıyan dövlət Pakistan Respublikası olub. Azərbaycanın ən çətin və böhranlı, iqtisadiyyatının  tamamən zəiflədiyi dövrdə Pakistanın göstərdiyi  dost və qardaş münasibətləri o zaman gənc bir dövlət üşün böyük əhəmiyyət kəsb edirdi. Illər ərzində əlaqələr daha da möhkəmlənib.  Ölkələrimiz arasında strateji münasibətlər, qardaş münasibətləri bir daha təsdiqləndi. Ermənistanla  Azərbaycan arasında […]

Azərbaycan xalqı böyük qələbəyə yaxınlaşmaqdadır

Ötən əsrin son illərində erməni daşnaqları Azərbaycan torpaqlarının ərazi bütövlüyünü pozaraq Dağlıq Qarabağda və ətraf rayonlarda dəfələrlə işğalçılıq əməlləri törətməklə minlərlə insanın öz doğma ev-eşiyindən məcburi köçkün düşməsinə, günahsız insanların, hərbçilərin, qadınların, qocaların, uşaqların ölümünə səbəb olmuşlar. Dünya ölkələri, siyasi qrumlar bu faktları bilir. Həmin illərdə Xocalı soyqırımı kimi insanlığa sığmayan qətlian törədən erməni silahlı […]

Ölkənin siyasi partiyalarının bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir

Otuz ilə yaxındır ki, Azərbaycan torpaqları  düşmən təxribatına məruz qalıb. Ötən illər ərzində düşmən yurdumuza, xalqımıza o qədər zərbələr vurub ki, saymaqla qurtarmaz. Doxsanıncı illərdə, müstəqilliyimizin ilk illərində hakimiyyətsizlik, idarəetmədə qeyri peşəkarlıq hökm sürürdü. Belə bir zamanda ölkədə həyat durmuşdu, düşmən isə öz işində idi. Təxribatlar davam edir, xalq qorxu, həyəcan və inamsızlıq içində yaşayırdı. […]

Üçrəngli bayrağımız tezliklə Şuşada dalğalanacaq

Ermənistan işğalçı dövlətdir. Illərdir ki, torpaqlarımıza atəşlər açmaqla insanların rahatlığını pozur, evlərə, inzibati binalara, əkin sahələrinə ziyan vururlar. Düşmən xislətindən əl çəkmir. Sentyabrın 27-də sübh tezdən növbəti təxribatı, həm də silahlı hücumlar edən erməni hərbi birləşmələri yenə sərhəd bölgələrimizdə böyük xəsarət törədib. Azərbaycan xalqı artıq yorulub. Düşmənin dinc durmamasından  bəlli olur ki, torpaqlarımızın danışıqlar yolu […]

Xalq, dövlət, ordu birliyi sarsılmazdır

Azərbaycan xalqı əsrlər boyu yağı hücumlarına məruz qalsa da hər zaman qələbə qazanıb. Şərəfli tarixi olan doğma yurdumuzun fədakar, qorxmaz, vətənpərvər övladları hər zaman düşmən qarşısına cəsarətlə çıxıb. İyirminci əsrin son onilliyində illər boyu özünü dost, qardaş kimi göstərən, əslində isə Azərbaycana düşmən gözü ilə baxan, gizli təxribat planları quran, hətta yeni doğulmuş uşaqları belə […]

Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi

Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.