Browsing author

Mingəçevir İşıqları

Prezident vurğulayıb ki, Şükür Həmidovun adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona […]

Ermənistan tərəfinin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır

Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır. İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki ölkə arasında olan yüksək səviyyəli […]

Ordumuz Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi

Azərbaycan Prezidenti Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir neçə yaşayış məntəqəsinin işğaldan azad edilməsi  barədə twitter səhifəsində iki məlumat paylaşıb: Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, […]

Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu

Azərbaycan Prezidenti Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması və 21 yaşayış məntəqəsinin azad edilməsi barədə twitter səhifəsində üç məlumat paylaşıb: Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Müzəffər Azərbaycan Ordusu […]

Ermənistan ərazisindən Azərbaycan əraziləri raket atəşinə tutulub

Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. […]

Dwşmən itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib

Müdafiə Nazirliyi məlumat verib ki, oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki […]

22 yaşayış məntəqəsi düşmən tapdağından azad olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Twitter” hesabında yeni paylaşım edib. Ölkə başçısı aşağıdakı yaşayış məntəqələrinin işğaldan azad olunduğunu açıqlayıb. Zəngilan rayonu: Mincivan qəsəbəsi Xurama Xumarlı Sarıl Babaylı Üçüncü Ağalı Hacallı Qırax Müşlan Üdgün Turabad İçəri Müşlan Məlikli Cahangirbəyli Baharlı Füzuli rayonu: Gecəgözlü Aşağı Seyidəhmədli Zərgər Cəbrayıl rayonu: Bələnd Papı Tulus Hacılı Tinli

Döyüşlərdə iştirak edən şəxsi heyət üçün “Əsgərə məktub” layihəsi keçirilib

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat keçirilən tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi keçirilib. Döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanlanan məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır. Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi […]

Ermənistanın bir neçə PUA-sı məhv edilib

Oktyabrın 21-də saat 12.00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib. Oktyabrın 20-də isə saat 19.30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində məhv edilmişdi.