Browsing author

Mingəçevir İşıqları

İlham Əliyev: “Azərbaycana qarşı sərt münasibət göstərilsə, havada F16-ları görəcəklər”

Azərbaycan Prezident İlham Əliyev bir neçə dəqiqə öncə xalqa müraciət edib. Tarixə nəzər salan ölkə başçısı deyib: “Kürəkçay” müqaviləsini açın oxuyun. O müqavilədə erməni xalqı haqqında heç bir məlumat yox idi. Çünki erməni xalqı yox idi. Onlar məqsədli şəkildə gətirildilər. Prezident sonra deyib: “Yığılmışıq biz  boğaza danışıqlardan. Deyirdilər hərbi həlli yoxdu. Kim deyir bunu? Bəs […]

İlham Əliyev: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib. Prezident İlham […]

İlham Əliyev: “Biz özümüzü müdafiə edirik və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edirik”

Prezident İlham Əliyev bugün Twiter hesabında aşağıdakıları post edib: 1) BMT-nin Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Biz özümüzü müdafiə edirik və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edirik. 2) ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq bitərəf qalmalı və tərəf tutmamalıdırlar. Həmsədrlər Ermənistanı inandırmalıdırlar ki, təcavüzə son qoysun, atəşkəsə sadiq olsun […]

Azərbaycan Prezidenti Amerika auditoriyasına nəyin nəyə görə baş verdiyini və gələcəkdə nələri görmək istəyimizi izah edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. – Sabahınız xeyir. – Sizin də sabahınız xeyir. – Mən 30 il Avropada işləmişəm. Mən heç vaxt Sizin ölkənizdə olmamışam. Buna görə təəssüflənirəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam. – Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün […]

Cəbhədə oktyabrın 25-nə olan vəziyyət

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər […]

Azərbaycanın Laçın və Qubadlı rayonları və digər əraziləri Ermənistan ərazisindən və Ağdərə istiqamətindən atəşə tutulur

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb. Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur. Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri […]

İlham Əliyev: “Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. -Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir? -Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər […]

24 oktyabr saat 00:00-dan etibarən Mingəçevir şəhərinə və bir neçə bölgəyə giriş-çıxış dayandırıldı

Yaranmış sanitar epidemioloji vəziyyətdən çıxış edərək Nazirlər Kabineti “Xüsusui karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 №li Qərara dəyişikliklər edib. Dəyişikliyə əsasən: – Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və […]

Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində binalarda yeraltı qaraj mərtəbəsinin tikintisi stimullaşdırılır

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında”, “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı […]