Browsing author

Mingəçevir İşıqları

Taxıl və meşə sahələrinin yanğın təhlükəsizliyinin təmin edilməsi vacibdir

Kənd təsərrüfatında məsul bir dövrün – dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir. Əlbəttə, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona […]

Mingəçevirdə avtomobil aşıb, xəsarət alanlar var

Mingəçevirdə yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Energetik yaşayış massivində, İncilli yolu adlanan istiqamətdə qeydə alınıb. İdarəetmədən çıxan “Hyundai” markalı minik maşını aşıb. Qəza nəticəsində avtomaşında olan 1999-cu il təvəllüdlü Abdullayev İsmixan Sadiq oğlu və 2002-ci il təvəllüdlü Abbaszadə Emil Asif oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı […]

Haqq-ədalət zəfər çaldı

Biz niyə 1-ci Qarabağ savaşında uduzduq? Çünki o vaxt hakimiyyətdə olan AXC və Müsavat ikiliyi torpaqların alınması üçün heç bir iş görməmişdir. Lakin bu gün Ali Baş Komandanın yürütdüyü məqsədyönlü və ağıllı siyasət nəticəsində o tarix təkrarlanmadı və əksinə, xalqın igid sərkərdəsinin başçılığı altında Azərbaycan torpaqlarının hər bir qarışı mənfur düşməndən tam azad olundu. Qızıl […]

Qəzvindəki “Səfəvi Dövlətxanası” dağılır

Qəzvin şəhərində yerləşən tarixi “Səfəvi Dövlətxanası” acınacaqlı vəziyyətdədir. Tarixi abidələrə məsul qurumlar və yerli hakimiyyət orqanları Səfəvi və Qacar dövlətlərinin yadigarları olan tarixi əhəmiyyətli binanın yenidən qurulması və qorunması ilə bağlı verdikləri vədi yerinə yetirmirlər. Azerbaycan-ruznamesi.org sozcu.az saytına istinadən qeyd edir ki, Qəzvindəki “Səfəvi bağı” bir çox qaynaqlarda “Səfəvi Dövlətxanası” kimi də göstərilir. Bir neçə […]

Dostlar Təbrizi – 42 il əvvəli xatırladılar

Bu foto Bakı Dövlət Universitetinin dosenti Pərviz Firidun oğlu Kaziminin yubiley mərsimində çəkilmişdi. Onlar elə səmimiyyətlə görüşdülər ki, sanki 100 il idi ayrı düşmüşdülər. Tanışlıqları isə 1979-cu ildə Təbrizdən başlanmışdı. Firidun kişi Azərbaycan Demokrat Firqəsinin orqanı olan “Azərbaycan” qəzetinin 34 ildən sonra yenidən həmin şəhərdə çapının bərpasında iştirak edəcək əsas simalardan biri olacaqdı. Maraqlı taledir. […]

Azərbaycan abidələri – iki fərqli baxış

18 aprel YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Tarixi abidələr-məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar. Hər […]

Son istəyin nədir? “Su icmək istəyirəm”

Sosial şəbəkələrə ötürülən bu şəkil gizli çəkilib. Edam səhnəsidir. Bir azdan edam olunacaq, boynuna kəndir keçirilmiş gənc əlindəki su qabını ləzzətlə başına çəkir. Onun son arzusu yerinə yetirilib. Cəlladlar “humanistcəsinə davranaraq  şair, ictimai fəal Ramin Hüseynə sual veriblər: “Son istəyin nədir?”. Ramin deməyib ki, bəsdir insan haqlarını pozdunuz, ölkəni taladınız, qanunsuzluqlara göz yumdunuz, bunları yığışdırın. […]

“Çin İranda 5 minə qədər hərbçi yerləşdirəcək”

“2016-cı ildə bu məsələ ilə bağlı söz-söhbət var idi. İnqilabdan sonra, İran-İraq müharibəsi bitəndən sonra Tehran daha çox Çin və Hindistanla əlaqələrini genişləndirdi. Hakimiyyət diplomatik münasibətləri, iqtisadi əlaqələri Çin və Hindistanla qurmağa çalışırdı. Çünki Çin ABŞ-la rəqabət aparırdı və qarşıdurma vəziyyətində idi. Sonrakı dövrlərdə iş o yerə gəlib çatdı ki, İranda sahibkarlar onlara verilən pulu […]

Yumşaq səsin zənguləsi

Azərbaycan radiosunun əməkdaşı olduğum illərdə efirə gətirdiyim proqramlardan biri də “Axtarış” idi. Gənclik redaksiyasında işləyirdim deyə bu verilişə daha çox cavanları dəvət edir, onları axtarıb tapır, üstün cəhətlərindən söhbət açır, danışdırır, söz, könül mülklərinə güzər edirdim. Amma sonralar “Axtarış”in sərhədlərini bir az da genişləndirdim, istədim çağdaş gənçliyimizi həm də vaxtilə, tutaq ki, 20-30 il əvvəl […]

Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək

Cari ilin 26-28 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans və data yarışması keçiriləcək. “PASHA Holding”, “the International Bank of Azerbaijan”, “BestComp” və bp şirkətinin maliyyə dəstəyi ilə təşkil olunacaq konfrans dünya şöhrətli alim Lütfi Zadənin […]