Browsing author

Mingəçevir İşıqları

STP Global Cable şirkətinin növbəti uğuru

STP MMC-nin törəmə şirkətlərindən olan STP Global Cable şirkəti ölkədə sənayenin inkişaf etdirilməsi, ixrac potensialın artırılması yolunda yeni nailiyyət əldə edibdir. Belə ki, STP Global Cable istehsal etdiyi NA2XSY markalı 6/10 kV və 20,3/35 kV gərginlikli kabelləri artıq Avropa İqtisadi Zonasında da satılmaq imkanına malikdir. Buna nail olmaq üçün şirkət yuxarıda qeyd edilmiş markalı kabelləri Avropa Birliyində […]

Qarabağ Dirçəliş Fondu üzrə ödənişlər “ASAN ödəniş”də

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə Qarabağ Dirçəliş Fondu üzrə ödənişlər inteqrasiya olunub. Fonda yardım etmək istəyən vətəndaşlar “ASAN ödəniş” sisteminin rəsmi veb-səhifəsi – asanpay.az-a və ya mobil tətbiqə daxil olaraq müvafiq ardıcılıqla “Yardım Fondu” və “Qarabağ Dirçəliş Fondu” bölmələrini […]

Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyi bir sıra peşə təhsil müəssisələri üçün “açıq qapı” günlərinə başlayıb

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi Gəncə, Cəlilabad və Şəkidə yerləşən bir sıra peşə təhsil mərkəzləri üçün “açıq qapı” günlərinin keçirilməsinə start verib. “Açıq qapı” günlərinin məqsədi peşə təhsil mərkəzləri haqqında məlumatlılıq səviyyəsini yüksəltməyə, eləcə də peşə təhsilinin gənclər üçün cəlbediciliyini artırmağa kömək etməkdir. İlk tədbir […]

Fuad Dərgahlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə icraçı direktor təyin edilib

Mayın 27-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclas zamanı ilk olaraq Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu bu vəzifəyə Fuad Dərgahlının namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək F.Dərgahlının namizədliyini yekdilliklə dəstəkləmişlər. Fuad Dərgahlı 10 mart 1974-cü ildə Bakı şəhərində anadan […]

EHİM-lə Azərbaycan-Britaniya Məzunları Birliyi arasında görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə Azərbaycan-Britaniya Məzunları Birliyinin (AUKAA) üzvləri arasında onlayn görüş keçirilib. AUKAA-nın İdarə Heyətinin üzvü Mədinə Paşayevanın moderatorluğu ilə keçirilən görüşdə EHİM-in direktoru Fariz Cəfərov Mərkəzin funksional öhdəlikləri və əsas fəaliyyət istiqamətləri, “ASAN Bridge” – Milli Məlumat Mübadiləsi Sistemi […]

FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət etdi

FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət edib. Nazirlik bir neçə sadə təhlükəsizlik qaydasını vətəndaşların diqqətinə çatdırıb: –   taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin; –   sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab […]

Regional rəqəmsal hökumət portalının ilkin versiyası hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “Rəqəmsal icra hakimiyyəti” portalının ilkin versiyası hazırlanıb. Portal vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim ediləcək. Portal istifadəyə verilmədən öncə EHİM bu prosesdə vətəndaş iştirakının təmin edilməsi, […]

Regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb. Belə ki, yerli icra hakimiyyətləri tərəfindən təqdim edilən xidmətlərdə “ASAN standartları”nın tətbiq edilməsi, o cümlədən bu xidmətlərin “ASAN standartları”nda hazırlanması və sadələşdirilməsi nəzərdə tutulub. Həmçinin, bu xidmətlərin vətəndaşlara elektron qaydada təqdim edilməsi üçün Elektron Hökumətin İnkişafı […]