Browsing author

Mingəçevir İşıqları

Mingəçevir Gənclər Evi qarşısına qoyduğu hədəflərin öhdəsindən layiqincə gəlib

Tural müəllim, 2 Fevral tarixinin milli Gənclər Günü kimi qeyd olunması gənclərə necə təsir edir? Sizcə bu əlamətdar gün Azərbaycan gəncliyinin inkişafında hansı rolu oynayır? – Bu əlamətdar tarixi gün gənclərə nə qədər dəyərli olduqlarını, necə böyük diqqət və qayğı ilə əhatələndiklərini, ölkə səviyyəsində dəstəkləndiklərini hiss etdirir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Hər […]

Yanğın niyə baş verir?

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir. Bu çərçivədə, respublika ərazisində baş verən yanğınların Xidmət tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür. Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının […]

Müharibənin canlı şahidi dəyirmi masada

“Mingəçevir Gənclər Evi” sosial xidmət müəssisəsi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib. Əməkdaş və könüllülər 20 Yanvar abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar. “Canlı şahid” adı ilə keçirilən dəyirmi masada hadisələrin canlı şahidi olan Mingəçevir Dövlət Universitetinin dosenti Mehman Rəsulov gənclərə qanlı hadisələrə aparan tarixi şəraitdən, 20 Yanvar faciəsininin […]

“İmtahanlar onlayn qaydada keçirilsəydi…”

Payız imtahan sessiyası Mingəçevir Dövlət Universitetində necə təşkil olunub? Tələbələr məmnundurlarmı? Biz onlardan bir qrupu ilə görüşərək, fikirlərini bölüşməyi xahiş etdik. İT ixtisası üzrə təhsil alan Seymur İsgəndərov prosesin şəffaflığından məmnundur: “Rektorun “Açıq qapı” günlərində tələbələrin bütün problemləri dinlənilir və adekvat qərarlar verilir”. Şifahi imtahanların tərəfdarı olan Seymur praktik yönümlü dərslərə daha çox yer ayrılmasını, […]

Aybəniz Cəfərova: “Davamlı inkişafa məktəbdən başlayaq!”

Education HUB Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə qrant müsabiqəsi ilə əməkdaşlıqda Tərtər rayon Seydimli kənd məktəb müəllimi Aybəniz Cəfərova tərəfindən “Davamlı inkişafa məktəbdən başlayaq!” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Tərtər rayonunun Seyidimli kənd məktəbliləri (7-9-cu siniflər) üçün maliyyə savadlılığı və resurslarının artırılması ilə bağlı ilkin bacarıqların formalaşdırılması ilə yanaşı, onları […]

Təhsil alan və təhsil verənləri kim qoruyur?

Mingəçevirdəki 13 saylı məktəbin təlim-tərbiyə üzrə direktor müavini Yeganə Kərimova təhsil müəssisələrində mühafizə sisteminin qurulmasının tərəfdarı olsa da düşünür ki, bu, həm də insanları təşvişə sala bilər: “Məktəbimizdə xüsusi mühafizə üçün heç kəs cəlb olunmayıb. Ancaq məktəbin təşkil etdiyi gözətçilər var ki, onlar 7/24 rejimində məktəbə nəzarət edirlər.” Övladı 6-cı sinifdə oxuyan Rəvanə Baxışova isə […]

Fərman Nəbiyev: “Məqsəd bölgə gənclərinin fəallığını artırmaqdır”

Mingəçevir Media Mərkəzidə gerçəkləşən təlimlərdə iştirakçılar jurnalistikanın əsas prinsipləri və janrları, xəbər hazırlamağın və mövzu seçməyin yolları barədə bilgilərə yiyələniblər. Təşkilatçı və təlimçi Fərman Nəbiyev deyib ki, məqsəd bölgə gənclərinin fəallığını artırmaqdır: “İstəyirik ki, bölgə gəncləri aktiv olsun, fikrlərini rahat ifadə etməyi bacarsın, baş verən hadisələrə laqeyd qalmasınlar.” F.Nəbiyevin sözlərinə görə, dekabrın əvvəllərindən MVA yeni […]

Bakıdan şərh: “Moskva aqressiyanı artırır”

Kremldən səslənən son bəyanatların Rusiya ilə qonşu dövlətlərə bilavasitə aidiyyatı var. Bakının Ankara ilə yaxınlığını və Türkiyənin NATO üzvü olduğunu nəzərə alsaq, Azərbaycanı da düşündürəcək məsələlər mövcuddur. Regionda yaranmış vəziyyəti siyasi icmalçı Aqşin Kərimov şərh edib. “Rusiya aqressiyasını artırır: Kremlin mesajlarından Bakıya da pay düşür, – azərbaycanlı siyasi icmalçı Aqşin Kərimov hesab edir. Ekspertin sözlərinə […]

FHN qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir

Qış fəslində havalar əksər günlər soyuq, yağıntılı və şaxtalı keçir. Yolların buz bağlaması piyadaların işinə çətinlik törədir. Bu cür vəziyyət həm də sürüşmə təhlükəsi yaradır. Buzlu yollarda yıxılıb əzilmək təhlükəsi piyadalar üçün ağır nəticələnə bilər. Buna görə də  onlar bir neçə məqama diqqət etməlidirlər: – buzlu yollarda tələsik yeriməyin və buz üzərində kəskin hərəkətlər etməyin; […]

Ali hüquq təhsilli və idman cüssəli gənclərə polis orqanlarında iş tapmaq fürsəti yaranıb

Müsabiqədə ali hüquq təhsilli, yaşı 28-dək, idman cüssəli, həqiqi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının vətəndaşları (ancaq  oğlanlar) iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyən şəxslər 2021-ci il noyabr ayının 27-dən dekabr ayının 27-dək http://mia.gov.az/index.php?/az/concent/29799/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket formalarını şəxsən dolduraraq elektron […]