Browsing author

Mingəçevir İşıqları

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2024-cü ildəki fəaliyyəti barədə hesabat

1)Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 27 yanvar 2024-cü ildə növbəti iclası keçirilib. İclasda Şuranın 2023-cü ildəki fəaliyyəti barədə hesabat,  2024-cü il üçün Fəaliyyət Planı müzakirə olunub və qəbul edilib. Xüsusən şəhərdə sahibsiz küçə itlərinin saxlanması üçün sığınacağın inşası və orda xidmətin təşkili, yol hərəkəti qaydalarını uşaqlara öyrətmək üçün Dövlət Yol Polisi ilə məktəblərin […]

Mingəçevirin daha yaşanabilər bir şəhər olmasına töhfə vermək üçün

Həmzəyev Faiq Məcid oğlu 12 noyabr 1962-ci ildə Mingəçevir şəhərində doğulub.  1981-1983 -ci illərdə radiotexnika qoşunları və hava hücumundan müdafiə sahəsində hərbi xidmət keçib.  1986-1989-cu illərdə Mingəçevir Baza Politexnik Texnikumunda elektrik stansiyaları şəbəkələri və sistemləri (mexanik-elektrik) ixtisası üzrə təhsil alıb. İlk dövrdə  elektrik quraşdırıcısı, kabelçi və lehimçi, kabel ustası vəzifələrində çalışıb. Sonradan peşəkar işçi kimi […]

Mingəçevir Bələdiyyəsi ötən ili necə yola saldı?

2024-cü ildə bələdiyyə 23 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 237 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 132-i icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 9-u şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 19-u maddi yardımlarla, […]

Hərbi biletin itməsi barədə

09 yanvar 1966-cı ildə doğulmuş Azərbaycan Respublikasının Kəlbəcər rayon sakini Abdullayev Həsən Balı oğluna Bakı şəhərinin Qaradağ rayon hərbi komissarlığı tərəfindən 23 aprel 1984-cü ildə verilmiş NZ 4704936 nömrəli hərbi bilet itdiyi üçün etibarsız sayılır.

Valideynləriniz tənha qalmayacaq

Əgər valideynlərinizdən uzaqda yaşayırsınızsa,  bu şəxslərə qulluq etməyi bizə etibar edə bilərsiniz. Təlim keçmiş işçilərmiz  onlara  baş çəkəcək və aşağıdakı xidmətləri yerinə yetirəcək: -Ərzaq və dərman alınması; -Asudə vaxtın təşkili (digər həmyaşıdları ilə birlikdə ekskursiyalar, teatr və kino tamaşalarına baxış, birgə nahar və müzakirələr); -Digər xidmətlər (əlavə razılaşma üzrə yemək hazırlanması, evin təmizlənməsi, paltarların yuyulması […]

Biz sizin “Sağlam Yaşam”ınız üçün gəldik

“SAĞLAM YAŞAM” Sosial Sahibkar Müəssisəsi Mingəçevir Resurs Mərkəzinin nəzdində  yaradılıb və 2024-cü ilin oktyabr ayından fəaliyyətə başlayıb. “Vahid pəncərə”də psixoloji dəstək, hüquqi yardım və mühasib məsləhəti verir. Qarabağ qaziləri və işsiz gənc analara xidmətlər güzəştlidir.   Müəssisəyə rəhbərlik edən Fərman Nəbiyev  respublikanın Əməkdar jurnalistidir. Qızıl qələm, H.B.Zərdabi və Ali Media mükafatlarına layiq görülüb. Mingəçevir şəhər […]

“Yevlax Kimyəvi Paltar Təmizləmə” ASC-nin yığıncağı ilə bağlı elanı

Heydər Əliyev prospekti, 48 ünvanında yerləşən “Yevlax Kimyəvi Paltar Təmizləmə” ASC-nin  binasında 19 noyabr 2024-cü ildə saat 10-da  səhmdarların ümumi yığıncağı keçiriləcək. Gündəlikdə aşağıdakı məsələlər durur: 1.Yevlax şəhəri, Pişəvəri küçəsi, 27 ünvanında yerləşən paltar qəbulu məntəqə köşkünün satılması; 2.Heydər Əliyev prospekti, 48 ünvanında yerləşən binanın boş otaqlarının icarəyə verilməsi.   Şahlar Vəliyev, “Yevlax Kimyəvi Paltar […]

Mingəçevirdə keçmiş köçkünlərə peşə bacarıqları verildi

Sentyabrın 20-də Mingəçevir Media Mərkəzində “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinin yekun mərasimi keçirilib. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin və layihənin rəhbəri Fərman Nəbiyev bildirib ki, ötən 4 ay ərzində Mingəçevirdə məskunlaşan və qayıdışa hazırlaşan keçmiş köçkünlərin məşğulluq ehtiyacları araşdırılıb: “Bu məqsədlə 64 ailə arasında sorğu aparılıb, peşəyə daha çox […]

Doğma yurdlarına dönməyə hazırlaşan qadınlara dəstək göstərilir

“İnci” Məcburi köçkün qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Doğma yurdlarına dönməyə hazırlaşan qadınlara dəstək” layihəsini həyata keçirib. Layihənin əsas məqsədi Böyük Qayıdış proqramı ilə doğma yurdlarına dönmüş və  doğma yurdlarına dönməyə hazırlaşan sakinlərin mövcud sosial müdafiə mexanizmlərindən istifadə etməklə xüsusilə qadınların  fərdi təsərrüfatlara sahib olmaları, onların dövlət yardımından asılılığının […]

Cənub bölgəsində sağlam həyat tərzinin təbliği ilə bağlı layihə yekunlaşmışdır

Lənkəran rayonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cənub bölgəsində gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı layihə uğurla başa çatmışdır. Layihə çərçivəsində ümumlikdə 40 nəfər gənc 2 gün boyunca narkomaniya və sağlam həyat tərzi ilə bağlı təlimdə iştirak etmiş, eləcə də “Natiqlik və effektiv təqdimatın keçirilməsi” mövzusunda təlim almışlar. Eyni zamanda həmin […]