Browsing author

Mingəçevir İşıqları

Allahı və yaradılışı inkar etmək məqsədilə yaradılan nəzəriyyə

Darvinistlər iddia edirlər ki, insanlar darvinizmi və Darvini “Darvin adlı ağılsız!”, “Ay camaat, baxın, biz meymuna necə bənzəyirik, deməli, biz meymundan əmələ gəlmişik” deyərək müxtəlif provokasiyalarla səthiləşdiriblər. Halbuki bu, hiylədir. Heç bir provokasiya yoxdur. Sadəcə son illərdə insanlara bilmədikləri həqiqətlər açıqlanmışdır. Onlara illərlə aldadıldıqları sübut edilmişdir. Darvinizmin yalan olduğu, ancaq təbliğat yoluyla dirçəldildiyi, darvinistlərin – […]

DARVİNİZM bəşəriyyəti böyük fəlakətlərə sürükləyən ideologiyadır

Materializmin və din əxlaqına zidd cərəyanların təməlini darvinizm təşkil edir. Bu səbəbdən elmi cəhətdən təkzib edilsə də, ideoloji qayğılarla müdafiə edilir. Kainatın və insanın kortəbii təsadüflərin əsəri olduğunu irəli sürən darvinist-materialist cərəyanlar “heyvan növü” olan insanlar arasındakı münasibətlərin də heyvani olduğunu iddia edirlər. Bu azğın təfəkkür eqoistliyi, zalımlığı, dava-dalaşı, münaqişəni, adam öldürməyi normal hesab edir. […]

“Mina təhlükəsi: Dayan! Toxunma! Məlumat ver!”

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi  “Mina təhlükəsi: Dayan! Toxunma! Məlumat ver!” layihəsini həyata keçirir. Layihə çərçivəsində  Beyləqan,  Füzuli və  Tərtər rayonlarında  yeniyetmə və  gənclərin iştirakı ilə “Mina təhlükəsindən özünü və yaxınlarını qoru” mövzusunda seminar  keçirilib. Seminarlarda müvafiq rayon  icra hakimiyyətlərinin əməkdaşları iştirak edərək, qonaqları salamlayıb, həyata […]

Sevda Hacıyeva: “İcra Hakimiyyətinə də gedirəm, polis içəri buraxmır…”

25 fevral 2023-cü ildə Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Fərman Nəbiyev və şuranın üzvlərindən Rizvan Mikayıllı və Zahid Qasımlı Nizami küçəsindəki 4 A saylı ünvanda yaşayışçılarla görüşüb. Bina sakini Həqiqət Quliyeva zirzəmini kanalizasiya suları ilə dolu olduğunu dilə gətirib: “Problemlərimiz çoxdur, amma ən böyük dərdimiz zirzəminin  təmizlənməməsidir. Mən birinci mərtəbədə yaşayıram və […]

20 Yanvar küçəsindəki 166 saylı binanı təhlükə gözləyir

Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri 23 fevral 2023-cü ildə 20 Yanvar küçəsindəki 166  saylı binanın sakinləri ilə görüşüb. “Dəmir Yumruq” məhəllə komitəsinin sədri Röya Həmidova uzun illər boyu binanın zirzəmisinin kanalizasiya suları ilə dolu olduğunu, müxtəlif dövlət qurumlarına şikayətlərinin qulaqardına vurulduğunu bildirib: “Gəlirlər, suyu çəkib, gedirlər, yenə zirzəmi kanalizasiya suları ilə dolur. […]

Rusiyanın Ukraynaya qarşı müharibəsinin bir ili: birlikdə hərəkət etmək beynəlxalq hüququn üstünlüyünü təmin edəcək

24 fevral 2022-ci il Rusiyanın Ukraynanın qəddar, əsassız və qanunsuz işğalına başladığı gün kimi əbədi xatırlanacaq. Bu vəziyyət əsl təcavüz və BMT Nizamnaməsinin açıq şəkildə pozulması olmuşdur və belə də qalır. Bu müharibə nə “sadəcə Avropa məsələsi”, nə də “Qərb digərlərinə qarşı” deyil. Söhbət hər birimizin yaşamaq istədiyi bir dünyadan gedir: nüvə gücü və Təhlükəsizlik […]

10-cu Youth Speak Forum gəncləri bir araya topladı

18 Fevral 2023-ci ildə Azərbaycan Gənclər Fondunun dəstəyilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 10-cu Youth Speak Forum baş tutub. Youth Speak Forum-un əsas məqsədi gəncləri bir araya toplayaraq müxtəlif mövzular üzrə diskussiyalar aparmaq və  gənclərin baxış çərçivələrini genişləndirməkdir. Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan çıxışların yer aldığı Youth Speak Forumda bu dəfə #SDG4- “Keyfiyyətli Təhsil, #SDG8- “Layiqli Əmək və […]

Mingəçevir, Goranboy, Yevlaxda yaradılacaq 6 icmada 30 məcburi köçkün ailəsinin gəliri 20%-25% artacaq

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinə start verib. 2023-cü il fevralın 1-dən başlanan layihə 11 ay ərzində  icra olunacaq. Layihənin hədəf icmalarının seçilməsi məqsədilə Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında məcburi […]

FHN-in növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk […]