Browsing author

Mingəçevir İşıqları

Sahil parkı yenidən qurulur, bayraq meydanı inşa edilir

20 iyul 2012-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın “Mingəçevir şəhərinin 2012-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş iclası keçirilib. İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2012-ci il iyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına […]

“Əfqanıstan müharibəsi – bir nəslin tarixçəsi”

Öncə tədbir iştirakçıları Əfqanıstanda və Qarabağ müharibəsində həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Layihənin rəhbəri Babək Məmmədov məlumat verərək bildirib ki, məqsəd Əfqanıstan müharibəsində döyüşən soydaşlarımızın iştirakına dair məlumatlandırıcı və maarifləndirici vəsaitlərin hazırlanması, veteranların və onların ailələrinin problemlərini ictimaiyyətin diqqətinə çatdırılması olub. Natiq qeyd edib ki, indiyədək Azərbaycan və ingilis dillərində almanax […]

“Baxın, odur mənim viranə qalmış evim”

Səhər saat 7-radələrində avtobusla Bakıdan Naxçıvana yola düşdük. 6-7 saatlıq yolu düz 14 saata getməli olduq. Yol boyu ya maşın sıradan çıxır, ya da ki, gömrükdə növbə gözləməli olurduq. Amma bütün bunlara və yayın istisinə baxmayaraq, günün sonunda doğulub boya-başa çatdığım torpağa, yaxınlarıma qovuşacağım üçün sevincimin həddi-hüdüdu yox idi. …İran sərhəddindən keçərkən sərnişinlərin hamısı gözünü […]

Polis-vətəndaş əl-ələ

İctimaiyyətlə polisin arasında qarşılıqlı hörmət, etibar, inam və məhəbbət körpüsü yaranıb İnsanlar həmişə polis orqanlarına üz tutublar. Bu, müxtəlif səbəblərlə bağlıdır. Adətən cinayətkarların təzyiqinə məruz qalanda kömək edəcək təşkilat kimi ilk növbədə ağıla polis gəlir. Kiminsə evini yarırlar, cibini soyurlar, hətta dələduzluqla pulunu alırlar, qeyd-şərtsiz polisə üz tutur. Bir sıra hallarda bu məsələlər digər orqanların […]

“Duyğularım” dilə gəldi

Şeirlərindən ibarət yeni diskini təqdim edən Zeynəb Ədalətqızı onu sevənlər üçün maraqlı bir gün yaşatdı Bu həyat yolumu yazıb-yaradan, Neçə il, neçə gün keçdi aradan. Qaranlıq dünyaya düşdüm sonradan, Mənim də gözümə işıq ver, Allah! Bu sətirlərin müəllifi, gənc şairə Zeynəb Ədalət qızı 21 iyun 2012-ci ildə sözü, sənəti başa düşənləri və dəyərləndirənləri Mingəçevir Media […]

Balıq sevdası ölümlə nəticələndi

10 iyun 2012-ci ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində bədbəxt hadisə baş verib. Səhər saat 10 radələrində kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Rahib Behbud oğlu Şirvan su kanalına balıq tutmaq məqsədilə tor atarkən sürüşüb və suya düşərək boğulub. Mərhumun cəsədi bir saatdan sonra elə düşdüyü yerdən tapılaraq, çıxarılıb. Süsən İbrahimova, “Mingəçevir işıqları” qəzeti nəzdində […]

Uşaqlığın son nəğməsi

31 may… Bu gün həqiqətən də möhtəşəm gündür. Şagirdlərin həyəcanla gözlədiyi, lakin məktəbdən ayrılmaq istəmədikləri bir gün. Mingəçevir şəhərində son zəng gününü yüksək səviyyədə qeyd edən məktəblərdən biri də 14 saylı orta məktəb oldu. 4 sinfin 68 şagirdi məzun adını qazandı. Hər biri bir-birindən gözəl görünürdü. Hələ 1-ci sinifləri demirəm, Azərbaycanı Eurovision mahnı müsabiqəsində qalib […]

Evinizi sığorta etdirmisinizmi?

Son zamanlar çox tez-tez yol nəqliyyat və təyyarə qəzaları, yanğınlar, oğurluq, istehsalatda bədbəxt hadisələr və təbii fəlakətlər haqqında məlumat alırıq. Hər belə bir məlumatın arxasında insan faciəsi, bununla əlaqəsi olan şəxslərin narahatlığı dayanır. Bu məlumatlar özlüyündə sığorta mexanizminə tələbatın olmasını nümayiş etdirir. Bu mexanizmdən lazımi qaydada istifadə olunarsa, risklər real hadisəyə çevrildiyi zaman maddi və […]

Məktəblər 20 ildir bufet həsrətindədir

Məktəblərdə təlim-tədrislə bərabər uşaqların qidalanması da aktual məsələrdəndir. Bəs Mingəçevir şəhərində bu sahədə vəziyyət necədir? Bu məqsədlə bir neçə məktəbə baş çəkdik. Məlum oldu ki, 2, 9 və 10 saylı məktəblərdə ümumiyyətlə bufet yoxdur. 10 saylı məktəbin “bufeti” kiçik, səliqəsiz otaqda yerləşir. Otaq göy polietilen salafanla iki yerə bölünüb. Bir tərəfdə adını demək istəməyən “bufetçi […]

“Yoxluğuna alışa bilmirəm”

Cəmi 34 il ömür sürdü Şaban. Vətənin dar gününə göz yummadı Vətən oğlu. Könüllü olaraq idarə etdiyi maşını döyüş bölgəsinə yazdırdı. Şəhidin ailəsini ziyarət etdik. Yoldaşı Şərafət xanım bizi görəndə təəccüb etdi. Birinci dəfədir ki, kiminsə Şaban və onun ailəsi ilə maraqlandığını dedi. Şərafət xanım Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında kiçik tibb bacısı işləyir. […]