Browsing author

Mehparə Rəhimqızı

İnformasiyanın xassələri

Müəyyən vaxta qədər doğruluğundan əmin olduğum məlumatlardan bir müddət sonra əmin ola bilmirəm. Bu, sadəcə, olanlara baxış bucağımın, ya da baxış məsafəmin dəyişməsi ilə bağlı deyildir, həm də həmin məlumatların tamlığına, obyektivliyinə məndə şübhə yaranması ilə bağlı olur. Əslində bu halı zaman-zaman yaşayırıq. Məsələn, 7-8 yaşında bir uşaq bildiyi bir şeyin doğruluğuna o qədər əmin […]

Ağıllı ol, yoxsa…

Daha çox hədə kimi səslənir, deyilmi? Biri səni narahat edəndə, yaxud həddini aşanda, ilk ağlımıza gələn fikir bu olur:”Ağıllı ol”! Burada çox maraqlı bir məqam yarandı, “ağlıma fikir gəlməsi” və “ağıllı olmaq” və bunlar arasında hansı əlaqənin olması fikri. Ümumiyyətlə götürsək “ağıl” kəlməsi hələ uşaqlıqdan diqqətimdə olub, çünki atam həmişə deyərdi ki, ağlınla qərar ver! […]

Tanrı bilir, Tanrı eşidir, Tanrı görür!

Biz Tanrını niyə kənarda axtarırıq? Onun haqqında məlumatımız kifayət etmir? Ya da məntiqli düşünə bilmirik, bəlkə ətrafımızda olanların fərqində ola bilmirik, çox diqqətsizik? Bəlkə də Onun bizə çox yaxın olmağını istəmirik? Bütün hallarda bunların hər biri və ya hamısı ola bilər. Həyatımızda tez-tez işlətdiyimiz ifadələr vardır:”Mən çəkdiklərimi, yaşadıqlarımı bir Allah bilir, bir də mən bilirəm…”, […]

Oyunçu, yoxsa qalib?

Oyunlar, yarışlar keçirilən zaman hamının diqqəti adətən oyunçularda olur. Onların oyununu maraqla izləyirsən, müəyyən vaxt ərzində onların adlarını belə öyrənirsən. Oyununu bəyəndiyin oyunçunun isə həmişəlik azarkeşi olursan. Lakin oyunu daha diqqətlə izləyən, narahat-narahat kənarda var-gəl edən, bəzən əl-qol hərəkətləri ilə oyunçulara nəsə başa salan, bəzən də hakim ədalətsizliyinə dözməyib müdaxilə edən daha biri olur, bəli […]