Browsing author

Günel Nəbivi

70 yaşlı velosipedçi 4 min km yol qət edib

APA-nın Mingəçevir bürosunun nümayəndəsi Ehtiram Muradov məlumat verir ki, velosiped həvəskarı olan 70 yaşlı şəhər sakini Abid İsmayılov səyahətini başa vuraraq geri dönüb. Onu dostları, media nümayəndələri və idman həvəskarları qarşılayıb. Bir neçə ildir ki, dünyanın müxtəlif ölkələrinə fərqli marşrutlarla velosiped turu təşkil edən təqaüddə olan müəllim bu dəfə 4 min kilometr məsafə qət edib. O, […]

Hər bir qadın mütləq bu müayinələrdən keçməlidir

Skrininq testləri sağlam insanlarda simptomsuz şəkildə inkişaf edən xəstəliklərin diaqnostikasına yönəlib. Skrininq müayinələrin hansı yaşda, hansı tezliklə, hansı müddət ərzində aparılması ekspertlər arasında tez-tez mübahisə predmenti olur. ABŞ-ın Profilaktik Tibbi Xidmətlər üzrə İşçi Qrupu müstəqil ekspert qrupu ilə birlikdə yaşdan asılı olaraq dəyişən skrininq üstünlükləri və risklərini müəyyən edib. Bunun əsasında qurum

Gənclər və idman naziri Mingəçevirdə 20-dən çox müraciətə baxıb

Martın 27-də Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarında yaşayan vətəndaşları qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda ümumilikdə 20-dən çox müraciətə baxılıb. Müraciətlər gənclər, idman və digər sahələri əhatə edib. Gənclər […]

Mingəçevirdə “ASAN Həyat” kompleksi açıldı

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər. Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir “ASAN Həyat” kompleksi barədə dövlətimizin başçısına və xanımına ətraflı […]

Samux küəsində bir gündə 300-ə yaxın ağac əkilib

Yeni Azərbaycanın Partiyasının yaranmasının 25-ci ildönümü ilə əlaqədar YAP Mərkəzi Qərargahının başlatdığı “Hərəyə bir ağac əkək” kampaniyasına YAP şəhər təşkilatının üzvləri  də qoşulub. Onlar noyabrın  15-də Samux küçəsində  təmizlik və abadlıq işləri həyata keçirib, həmin məkana 300-ə yaxın müxtəlif növ ağaclar əkiblər. Bu aksiyada gənclər yüksək fəallıqla göstəriblər. İməcilikdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının I müavini […]

Regionlarda “Açıq hökumət” necə təşviq olunub?

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi yekunlaşdırıb. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, həyata keçirilən layihə çərçivəsində nəzərdə tutulan bütün fəaliyyətlər icra edilib: “Layihənin əsas istiqamətlərindən biri əhalinin Açıq Hökumət Tərəfdaşlığı […]

“Data Jurnalistika” kitabının tədris vəsaiti kimi qəbul edilməsi çox faydalı olardı”

Sentyabrın 4-də Mingəçevir  Turizm  Kollecində  (MTK) Azərbaycan dilinə çevrilmiş “Data Jurnalistikası” kitabının  müzakirəsi keçirilib. Kollecin ideoloji mərkəzində təşkil olunan tədbiri  MTK-nın direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov açıb. O,  informasiyanın həyatımızın ən vacib elementinə çevrildiyini,  son illər onlayn medianın ənənəvi mətbuatı sıxışdırdığını bildirib:  “Bu gün hər sahədə olduğu kimi, jurnalistikada da ixtisaslaşma gedir.  Ölkəmizin […]

QHT-hökumət münasibətləri Mingəçevirdə müzakirə olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 22 sentyabr 2017-ci ildə Mingəçevir şəhərində Ağcabədi, Yevlax, Qəbələ, Beyləqan, Bərdə, Oğuz, Kürdəmir, Goyçay, Zaqatala, Goranboy, Zərdab, İsmayıllı QHT-ləri və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə “QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” mövzusunda regional konfrans keçirib. Toplantıda çıxış edənMingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının […]

Gənclərin “Sahibkarlıq Məktəbi”nin əsası qoyuldu

Mingəçevir Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək”  adlı layihənin təlimlərinə yekun vurulub. Bu barədə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyindən qəzetimizə məlumat verilib. Bildirilib ki, İB Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli […]

Aprelin 16-da Mingəçevirdə tələbələr arasında vergi olimpiadası keçirilib

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyinin təşəbbüsü ilə  hər il respublikanın ali məktəblərinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş vergi olimpiadası təşkil olunur. Bu il  də olimpiadanın iki mərhələdə (seçmə və yekun) aparılması nəzərdə  tutulub. Seçmə mərhələni  Vergilər Nazirliyinin Tədris Mərkəzinin təqdim etdiyi suallar və metodiki […]