Browsing author

Günel Nəbivi

Azərbaycanda karantin rejimi sərtləşdirilir?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi mətbuat orqanlarında, sosial şəbəkələrdə bayram ərəfəsində qurumun karantin rejimini sərtləşdirəcəyi ilə bağlı iddialara münasibət bildirib. Qurum karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulunun birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ olmadığını açıqlayıb. Qeyd olunub ki, koronavirusla əlaqədar qapanma və yaxud […]

Region mediası niyə diqqətdən kənardadır?

Fevralın 6-da  ELTV-nin “İndiki zaman” proqramında region mediasının mövcud durumu ilə bağlı maraqlı müzakirə keçirildi. Bölgə KİV-lərinin problemlərini və yein yaradılan Media Agentliyindən gözləntiləri verilişin aparıcısı İnqilab Şirinbəyli “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və şair-publisist Elşən Əzimlə birlikdə müzakirə etdi.  

GƏNCLƏR ÜÇÜN INCƏSƏNƏT HƏFTƏSİ KEÇİRİLİB

6 gün davam edən tədbir Bədən dili, İnkluziv rəqs, Rəsm terapiyası, Oyuncaq hazırlama texnikası, Hekayə söyləmə və Pantomim teatr növünə həsr olunub. İncəsənət həftəsinə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir, Qazax, Biləsuvar nümayəndəlikləri, Binəqədi Gənclər Evi, Xəzər Gənclər Evi və Mingəçevir Gənclər Evindən mentor və iştirakçılar qatılıb. Sessiya zamanı iştirakçılar müxtəlif incəsənət janrları ilə tanış […]

Mənim gözəl ŞUŞAM, sən azadsan və yeni nəsil sənin qucağında böyüyəcək

Gözəl Şuşamız 1992-ci il mayın 8-dən dünənə kimi düşmən tapdağında idi. Ata-babalarımız, ana və nənələrimiz bu əvəzsiz şəhərlə bağlı xatirələrini bölüşəndə gözlərinin yaşını saxlaya bilmirdilər. Mən və yaşıdlarım isə onu böyüklərin söhbətlərindən, ekranlarda nümayiş etdirilən filmlərdən tanıya-tanıya sevirdik. Şuşa işğal olunanda mənim cəmi bir yaşım vardı. Həmişə mayın 8-də doğulmağımdan utanırdım. 27 il idi ki, […]

“Çap medianı qoru, peşəkar jurnalistlərin iş yerlərini qoru, keyfiyyətli xəbəri qoru, demokratiyanı qoru!”

JuHİ Mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) və Qlobal Həmkarlar İttifaqları Koalisiyasının (UNI Global Union) birgə təşəbbüsü ilə çap medianın problemlərinə həsr edilmiş beynəlxalq onlayn konfrans keçirilib.  “Çap medianı qoru, peşəkar jurnalistlərin iş yerlərini qoru, keyfiyyətli xəbəri qoru, demokratiyanı qoru!” devizi ilə onlayn keçirilən konfransa dünyanın 95 ölkəsindən 100-ə qədər nümayəndə qatılıb.  […]

#EvdəQal, kapuçino hazırla!

“Cappuccino” hazırlamaq heç də çətin deyil. Siz də sevdiklərinizlə bu gözəl ləzzəti paylaşa bilərsiniz. Bunun üçün yarım stəkan su, yarım stəkan şəkər tozu və yarım stəkan qəhvə mikserlə qarışdırılır və 30 dəqiqə soyuducuda saxlanılır. Yarım saatdan sonra süd ilə qarışdırılır. Kapuçino artıq hazırdır. Nuş olsun!    

190 manat kimlərə düşmür?

“Mingəçevir işıqları” qəzeti novator.az səhifəsinə istinadən bu barədə məlumatı oxucuları ilə bölüşür.  Baş nazir Əli Əsədovun aprelin 4-də təsdiqlədiyi planda muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi; fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi; sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi; dövlət əmlakını icarəyə götürmüş sahibkarlıq subyektlərindən icarə haqqının 2020-ci ilin sonunadək hesablanmaması; zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının […]

Gənclərə vətənpərvərlik mövzusunda təlim keçilib

“Migəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı və müəssisənin fəal könüllüsü Türkan Qurbanovanın təşəbbüsü ilə və yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə təlim keçirilib. Müzakirə şəklində baş tutan təlimdə çıxış edən müəssisənin əməkdaşı Rəşad Qurbanov yeniyetmə və gənclərin vətənpərvər ruhda böyüməsi, onların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində mütəmadi işlərin […]

Anti bulling haqda neyi bilmeliyik?

“Qoy özüm olum” layihəsi Education Hub-ın təşkilatçılığı ilə “İNKIŞAF ZAMANI” proqramı çərçivəsində həyata keçirilir. Təşəbbüsün əsas məqsədi son zamanlar cəmiyyətimizi narahat edən bullinq (bir şəxsin və ya şəxslərin tez-tez davranış, görünüş, mədəniyyət, irqi, sinfi, qabiliyyəti və ya kimliyi ilə fərqli olan şəxsləri qəsdən incitmək qorxutmaq və ya utandırmaqdır) məsələlərinə toxunmaqdır. Bullinq əsasən 4 formada özünü […]

Mingəçevirdə “İntellekt akademiyası -2” layihəsinə başlandı

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilən Gənclər təşkilatları üçün qrant müsabiqəsinin qaliblərindən biri olan “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi “İntellekt Akademiyası-2” layihəsinin icrasına başlayıb. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə həyata keçirilən layihənin ilk günündə Mingəçevirdə yaşayan və şəhərin  ali, orta-ixtisas təhsili müəssisələrində təhsil alan […]