Browsing author

Günel Nəbivi

Qarabağ İqtisadi rayonunda ekoturizm imkanları araşdırılır

Aprelin 29-da Ekoloji İnformasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması , monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsinin icra planına uyğun olaraq Bərdə  rayonunda yekun seminarını təşkil edib. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində  baş tutan seminarda tədbir iştirakçıları ekoturizm haqqında […]

Ekoloji İnformasiya İctimai Birliyi Tərtərdə ekoturizmlə bağlı seminar keçirib

Aprelin 26-da Ekoloji İnformasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması , monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsinin icra planına uyğun olaraq Tərtər rayonunda seminar təşkil edib. Tərtər rayon Gənclər evində baş tutan görüşdə 20 nəfərlik turizm sektorunun nümayəndələri təmsil olunub. […]

Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanları araşdırılır

Aprelin 19-da Ekoloji İnformasiya İctimai Birliyi Ağdam rayonunda növbəti tədbirini reallaşdırıb. “Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsinin icra planına uyğun olaraq  Ağdam Sosial-İqtisad Kollecində seminar təşkil edilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla  yad ediblər. Ekoloji İnformasiya İctimai Birliyinin sədri, layihə […]

“Aran”ın Bakıda yekun tədbiri oldu

“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili” layihəsinə aprelin 12-də Bakının “Anatoliya” otelində keçirdiyi “dəyirmi masa”a ilə yekun vurub. Tədbirdə paytaxtı ilə yanaşı Gəncə, Cəlilabad, Lerik, Salyan, […]

Sumqayıt Şəhidlər Xiyabanında unudulmaz gün

Kimyaçılar şəhərinə qədəm qoyan “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi əbədiyyətə qovuşan döyüşçü və zabitlərimizin şərəfinə salınmış  ünvana özləri ilə “Qələbə Şəhidləri” kitablarını da gətirmişdilər. Kitabın əl-əl gəzməsi, 70-ə yaxın şəhid valideyninin, onların ailə üzvlərinin keçirdikləri hiss-həyəcan və duyğuları onların simasından oxumaq çətin deyildi. Həmin gün havanın sərt küləkli olması Şəhidlər xiyabanına toplaşanlar üçün heç […]

“Qələbə Şəhidləri”nin növbəti cildi salyanlıların görüşünə gəldi

Martın 18-də “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi salyanlı şəhid ailələrinin üzvləri ilə görüşə “Qələbə Şəhidləri” kitabının dördüncü cildinin təqdimatı ilə gəlib. Mərkəzi Kitabxanada baş tutan görüşün iştirakçıları Rayon İcra Hakimiyyətinin Müharibə və şəhid ailələri ilə iş şöbəsinin müdiri Rəşad Kazımovun təklifi ilə Vətən müharibəsində həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Məclisə aparıcılıq […]

Hökumət 2022-ci il martın 6-dan etibarən COVID-19-a qarşı peyvənd olunmuş şəxslər üçün “yaşıl işıq” yandırdı

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2022-ci il martın 6-dan etibarən  aşağıdakılara icazə verilib: dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna; dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə; […]

“Böyük qayıdış” ərəfəsində üçüncü dialoq

Fevralın 22-də Mingəçevir Media Mərkəzində üçüncü dialoqa həm universitetdə çalışan xanımlar, həm də işsiz kişilər qatılıblar. Xocalı, Ağdam, Qubadlı və Laçından köçkün düşmüş bu insanlar acı xatirələrini bir daha bölüşüblər. Saat yarım davam edən dəyirmi masada köçkünlərin qayıdışı ilə bağlı məqamlar müzakirə olunub. Qubadlıdan olan Elman Xəlilov və Faiq Məmmədov, Laçından köçkün düşmüş Zülfüqar Abdullayev […]

Bakıda FantazEU adlı mədəni irs festivalı keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi 2022-ci ilin mart ayının 1-dən 18-dək Bakıda “FantazEU” adlı mədəni irs festivalı təşkil edəcək. “FantazEU Festivalı” Avropa və Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş etdirmək, Azərbaycanda Avropa mədəni irsinə xüsusi diqqət yetirməklə, Avropa mədəni müxtəlifliyini təşviq etmək məqsədi daşıyır. FantazEU Festivalı Avropa İttifaqına üzv dövlətlərin tərəfdaşlığı ilə, Almaniya, Belçika, Bolqarıstan, […]

Mingəçevirdə ikinci dialoq

Fevralın 15-də Xocavənd, Ağdam və Kəlbəcər rayonlarından olan 10 məcburi köçkünün iştirakilə Mingəçevir Media Mərkəzində ikinci dialoq keçirilib. Bir saat yarım davam edən tədbirdə məcburi köçkünlərin qayıdışı ilə bağlı Azərbaycan Prezidentinin, Qaçqın və Məcbiri Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işlər, eyni zamanda qayıdış ərəfəsində köçkünləri narahat edən məsələlər müzakirə olunub. Görüş iştirakçıları vurğulayıblar ki, […]