Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Böyük Britaniyalı jurnalist Mingəçevir Media Mərkəzində

Bizim hamımız öz telefonlarımızla şəkil çəkməyi xoşlayırıq. Lakin bir neçə əməliyyat etsək, telefonlarımızı jurnalistikanın güclü bir alətinə cevirə bilərik. Hətta şəkil, video və audio fayları yazmaq imkanlarımız da var. Bəs bu imkanları necə hərəkətə gətirməli? Böyük Britaniyalı jurnalist Dan Maysonun İREX-Azərbaycan təşkilatının dəstəyilə aprelin 11-də Mingəçevir Media Mərkəzində təşkil olunan bir günlük təlimində Mingəçevir, Gəncə, Şirvan və İmişli […]

Qabaqcıl pedaqoji təcrübə direktoryanı şurada müzakirə olundu

Pedaqoji fəaliyyət təlim və tərbiyə prosesini təkmilləşdirmək üçün fasiləsiz yollar axtarışıdır. Bunun üçün əlverişli şəraiti olan təhsil müəssisələrində pedaqoji proses əsl yaradıcılıq işinə çevrilir. Pedaqoji kollektivdə çalışan ayrı-ayrı müəllimlər işə yenilik gətirir, elmi nəzəriyyəyə və təcrübədə yaranan ideyalara həssaslıqla öz münasibətini bildirirlər. Onlar həm də müəllim fəaliyyətinin metodika və texnikasında yeni qiymətli tapıntılara qabil olduqlarını […]

Sağalmaq “mərəzi”, yaxud sağ qalmağın ümidi və çarəsi

Sərhədi keçib, xaricə yollanan soydaşlarımızın bəlli bir hissəsi yad ölkədə istirahət və iş deyil, normal müayinə və müalicə axtarır. Hökumət isə ciddi qərar qəbul etmək əvəzinə seyrçi mövqeyində dayanıb “Məndən rüşvət ala bilmədikləri üçün…” Sabirabad rayon sakini Azad Muradov ölkə başçısına ünvanladığı müraciəti qəzetimizin poçtuna da yollayıb. O, son 11 ildə əzələ xəstəliyindən əziyyət çəkdiyindən […]

İdman məktəbində şərait ürək açan deyil

lham Eminov 2 ildir ki, Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq Gənclər İdman Məktəbində cüdo ilə məşğuldur. Bu müddətdə 4 dəfə mötəbər yarışlara qatılıb. Onların ikisi ölkə daxilində, 2-si isə İranda və Gürcüstanda olub: “Oğuzda və Qəbələdə keçirilən yarışlarda 1-ci yerə sahib oldum. Təbrizdə 3 görüş keçirdim, yalnız finalda məğlubiyyətə uğradım. Sonunucu görüşüm isə fevral […]

Jurnalistlər üçün təhlükəsizlik təlimi keçirildi

Jurnalistlər üçün növbəti təhlükəsizlik təlimi fevralın 15 və 16-da Mingəçevir Media Mərkəzində baş tutub. Bölgədə fəaliyyət göstərən və təlimd iştirak edən 15 jurnalistə qaynar nöqtələrdə (fövqəladə vəziyyətlərdə, müharibə bölgələrində) işlədikləri zaman öz təhlükəsizliklərini necə qorumalı olduqları barədə bilgilər verilib. Onlar Beynəlxalq Jurnalistlər Federasiyasının ekspertləri David Rees Bevan (Böyük Britaniya) və Svetlana Svistunovanın (Rusiya) rəhbərliyi ilə […]

Mingəçevirin sahil parkında insanlar suya düşsələr də, xoşbəxtlikdən xəsarət almadılar

“Fevralın 8-də Mingəçevirdə Kür sahilindəki parkda insanları şoka salan hadisə baş verib. Saat 17 radələrində parkın daş döşəməsi müəyyən bir hissədə özülündən çöküb. Hadisə vaxtı həmin yerdə dayanmış 2 qadın və 3 azyaşlı uşaq Kürə düşüb”. Bu barədə məlumatı foto ilə birlikdə Rauf Hamidli adlı istifadəçi facebook-da yazıb. Hadisə ilə bağlı Mingəçevirdən olan Milli Məclisin […]

Mingəçevir gənclərinin “Müasir gənclik-sağlam gələcək” adı ilə toplantısı keçirilib

Fevralın 4-də Heydər Əliyev Mərkəzində Mingəçevir gənclərinin “Müasir gənclik-sağlam gələcək” adı ilə toplantısı keçirilib. Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə son illərdə qazanılan uğurlardan, eyni zamanda bəzi yeniyetmə və gənclərin antimilli qüvvələrin, dini təriqətlərin təsiri altına düşmələrindən danışılıb. Toplantının sonunda Azərbaycan gənclərinə müraciət qəbul olunub. Ölkədə, o cümlədən […]

Bu gün Mingəçevir SES-in doğum günüdür

Mingəçevir Su Elektrik Stansiyası (SES) – Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat, 1954-cü ildə fevralın 4-də stansiya tam gücü ilə işə salınmışdır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq çox sayda insan gəlib, ümumilikdə […]

Mingəçevir yeni və gözəl libasa bürünür. Şəhərin 18 yaşayış binasında liftlərin dəyişdirilməsi başa çatır

Rəqəmlərin dili ilə desək, mənzərə daha aydın görünər. Belə ki, 250111 kv.m əraziyə asfalt, 19635 metr sahəyə səki daşları döşənib. 2446 kv.m sahədə qazon salınıb, 6750 kv.m-lik sahəyə dekorativ beton tavalar qoyulub. Bütün bunlar barədə şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Arif Musayev jurnalistlərə müsahibəsində bildirib. O, həm də əlavə edib ki, şəhərdə 9 ədəd park […]

Bağçada uşaq nə yeyir?

Öncə bağçaları ərzaqla təmin edən “İaşəçi” MMC-yə baş çəkdik. Anbarda əsl səliqə-sahmanın şahidi olduq. Müəssisənin direktoru Vahid Əsgərov məlumat verdi ki, anbara qəbul olunan bütün malların sertifikatı var, tez xarab olan məhsullar soyuducuda saxlanılır: “Bir sıra ərzaqları, əsasən kənd təsərrüfatı məhsullarını bazardan alırıq. Orada bizə qaimə vermirlər. Buna görə də onlar alış aktı əsasında alınır. […]