Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Doğum Evinin ətrafında, Kənar küçə adlanan ərazidə 500-ə qədər sənədsiz ev var

Yanvarın 23-də 3 saylı orta məktəbdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib. Nümayəndəliyin ərazisində fəaliyyət göstrən 146 idarə, müəssisə və təşkilatdan 127-si nümayəndəsi ilə yığıncaqda təmsil olunub. Dairənin nümayəndəsi Faiq Mustafayev 2014-cü ildəki fəaliyyətlə bağlı məruzə ilə çıxış edib. O. Deyib ki, il ərzində şəhər […]

Mingəçevir Bələdiyyəsinin 2015-ci ildəki fəaliyyəti barədə hesabat verdi

Yanvarın 18-də Mingəçevir Bələdiyyəsi 2015-ci ildə gördüyü işlər haqqında illik hesabatını ictimaiyyətə təqdim edib. Mingəçevir şəhər Bələdiyyəsinin sədri Coşqun Abdullayev 2015-ci il üzrə bələdiyyənin fəaliyyəti və 2016-cı ildə qarşıda duran vəzifələri barədə danışıb. O, bildirib ki, 2015-ci ildə sakinlərin müraciətlərinə əsasən yolların cari təmiri  diqqət mərkəzində olub. Tərəvəzçilik sovxozunun, AzİES-də məişət tullantıları sahəsinin, yeni salınmış […]

Dünyaya obyektivin gözü ilə baxan qız

Bu dəfəki qəhrəmanımız Ülkər Kərimli Bərdə rayonunun Qarayusifli kəndindəndir. Hazırda Qafqaz Universitetində istilik və molekulyar fizika ixtisası üzrə magistratura təhsili alır. Dərsdən sonra işləyən bu xanım uzun illər müxtəlif təşkilatlarda könüllü kimi çalışıb: “Dosta-tanışa qoşulub QHT-lərin tədbirlərinə gedirdim. Daha çox qardaşım məni bu sahəyə yönəldirdi. O, bir neçə təşkilatın layihələrində əlaqələndirici, Beynəlxalq Avrasiya Mətbuat Fondunun […]

“Bu, mənim üçün həm hobbidir, həm də gəlir mənbəyi”

20 xanımdan biri Bu yaxınlarda maarifçi və xeyriyyəçi Həmidə xanım Cavanşirin adına ithaf olunan və “Qadın Gücünə Güc!” layihəsi çərçivəsində Bakı Biznes Mərkəzində qadınların məhsul sərgisi keçirilirdi. 400-dən artıq qadın içərisindən seçilən 20 xanımın əl işlərinin sərgiləndiyi tədbirdə Göyçayda doğulan və yaşayan Rəvanə xanım da var idi. Elə biz də onunla bu məkanda tanış olduq.. […]

Qohumunun vədinə inanıb mülkünü banka girov qoyan ailə küçədə qalıb

Belə bir acı hadisə ilə üzləşənlərə, demək olar ki, ölkəmizin hər bölgəsində rast gəlmək mümkündür. Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 5 ünvanında yaşayanlar da artıq soyuq qış aylarını küçədə keçirməyə məhkumdurlar. Çünki onların evləri əlindən alınır. Özlərinin dediklərinə görə, buna səbəb isə onların savadsız olmalarıdır. Banka müraciət etməyən bir şəxsin evinin əlindən alınması müasir […]

“Azərbaycan DRES-in inşası H.Əliyevin şəxsi iradəsi sayəsində gerçəkləşib”

Noyabrın 28-də və 29-da Mingəçevir Politexnik İnstitutu respublika əhəmiyyətli növbəti konfransa ev sahibliyi edib. İki gün ərzində “Heydər Əliyev və Azərbaycanda energetikanın inkişafı” barədə maraqlı məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb. İnstitutun rektoru Akif Hacıyev tarixə qısa ekskurs edərək bildirib ki, 60-cı illərin sonundan Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrilməyə başlayıb: “Biz əvvəllər hətta enerjini […]

Mingəçevirdə üç gün ərzində 350 idmançı qızıl medal uğrunda suya baş vuracaq

“Gələn il 12-28 iyun tarixlərində Bakı və Mingəçevir I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bakı2015 Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində oyunları təşkil və idarə edəcək. 17 gün ərzində ənənəvi və innovativ idman növlərindən ibarət […]

“İcra hakimiyyəti başçısı imzaladığı sərəncamla yerli səviyyədə dövlətin adından akt qəbul edir”

Noyabrın 6-da inzibati aktların qəbulunda iştirak edən məmurlar üçün seminar keçirilib. Mingəçevir Media Mərkəzində GİZ-in (Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) təşkilatçılığı ilə baş tutan toplantıda Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov yeni inzibati hüquq mövzusunda fikirlərini bölüşüb. Natiq izah edib ki, əvvəllər inzibati hüquq dedikdə vətəndaşın dövlət qarşısında vəzifələr daşıdığı başa […]

Ramiz Əliyev: “Yeni nəslin tərbiyəsində belə filmlərin rolu əvəzsizdir”

Oktyabrın 9-da və 10-da Mingəçevir Media Mərkəzində “Mənim taleyim öz əlimdədir” adı ilə sənədli filmlər festivalı keçirilib. Açılış mərasimi həvəskar rəssam Yunis Yolçuyevin yağlı boya ilə çəkdiyi rəsmlərin təqdimatı ilə başlanıb. MVA İdarə heyətinin üzvü və festivalın aparıcısı Yeganə Nəbiyeva bildirib ki, bir neçə il qabaq təsadüfən müəllifin bir rəsmini görüb və onun izi ilə […]

Bu payız Mingəçevirə kino bayramını gətirib

Oktyabrın 9-da Mingəçevirdə “Mənim taleyim öz əlimdədir” adı ilə sənədli filmlər festivalı başlanır. Mingəçevir Media Mərkəzində (MMM) gerçəkləşəcək üçüncü kino bayramını “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi təşkil edir. Filmləri Henrix Böl Fondu və People in Need təşkilatı təqdim edib, sponsorluğu Mingəçevir Bələdiyyəsi, “Elastik” MMC və “Mingəçevir işıqları” qəzet öhdəsunə götürüb. Festivalın açılışı həvəskar rəssam Yunis […]