Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

“Piştaxta” altından manat satışı, yaxud borclarını qaytara bilməyənlərin tragediyası

“Birindən  götürüb, o birinin  borcunu qapadırdım “ Mingəçevirdə yaşayan  Esmira xanım yeddi il öncə, qızı Azərbaycan Müəllimlər İnstituna qəbul olunanda,  özünü  “quyuya” salıb.  Övladının Bakıdakı xərclərini-kirayə haqqını və digər ehtiyaclarını qarşılamaq üçün  “Bank of Baku”dan 500 manat kredit  götürüb: “Bir il sonra qızımı AMİ-nin Mingəçevirdəki  filialına köçürə bilsəm də, kreditin faizi yüksək  olduğuna görə borcu […]

ÜZƏN MANATIMIZ

21 fevral 2015-ci ildə  manat 33,8 faiz, 21 dekabr 2015-ci ildə isə daha 47,6 faiz devalvasiya olundu. 2015-ci ilə 1 dollar = 0.78 manat məzənnə ilə başlasaq da, ili 1 dollar = 1.55 manat məzənnə ilə yola salırıq. Yəni ilin əvvəli ilə müqayisədə ilin sonuna dollara nisbətən manat 2 dəfə ucuzlaşıb. Manatın növbəti devalvasiyası gözlənilən […]

“Qəfil döyülən qapı”

Yazıçılar Birliyinin üzvü, yazıçı  Camal Zeynaloğlunun yeni “Qəfil döyülən qapı” kitabı oxucuların ixtiyarına verilib. Kitabda “Qəfil döyülən qapı” povesti ilə yanaşı yazıçının bir sıra oçerkləri də yer alıb. Bu müəllifin sayca 16-cı kitabıdır. İstedadlı bir yazıçı kimi Camal Zeynaloğlunun mövzu dairəsi genişdir.  Camal Zeynaloğlu  zamanın nəbzini tutan, yazıçı-publisist, tərcüməçi-psixoloq kimi öz əsərləri ilə ədəbiyyatımıza yeniliklər gətirən […]

Gəlir vergisindən yayınmağın qanuni və qanunsuz yolları

Neft gəlirləri azaldıqca vergilər artır Vergi ta qədimdən mövcuddur. İslam xilafəti zəkat adı ilə vergi toplayırdı. Fransa və İngiltərə inqilablarının mahiyyətində də vergi dayanırdı. Tarix boyu   Azərbaycanda yaşayanlar da  dövlətin və hökumətin saxlanması üçün qazanclarının müəyyən hissəsini ayırmalı olurdular.  İkinci müstəqillik dönəmindən  vergilər birbaşa və dolayısı yolla yığılır. Əsasən fiziki şəxlərin gəlirindən, hüquqi şəxslərin mənfəətindən […]

81 yasli Qəmər xanım “Günəşli”də itkin düşən oğlundan xos soraq alacağına inanır

“Günəşli” yatağında 10 saylı buruqda baş verən qəzadan sonra itkin düşənlərdən biri də Mingəçevir sakini İnqilab Osman oqlu İsgəndərovdur. O. 29 noyabr 1957-ci ildə Mingəçevirdə anadan olub. İxtisasca nəqliyyatçıdır. Son 10 ili dənizdə işləyib. İki övladı var. Bu il apreldə qızına, sentyabrda isə oğluna toy edib. Buruqdakı qəzadan 10 gün əvvəl ad gününü dənizdə keçirməli […]

MDU Samir Zəngəzurlunun “Kədərinə vəfalı” çıxdı

Mingəçevir Dövlət Universitetində gənc yazar, şair-publisist Samir Zəngəzurlunun “Kədərinə vəfalı” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. MDU-nun rektoru Akif Hacıyev ləyaqətli  ömür yaşayan Samirin həm də layiqli əsərlər yaratdığını diqqətə çatdırıb. MTK-nın direktoru Əyyub Əyyubov,  MDU-nun kafedra müdiri Mayıl İsmayılov, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı,  psixoloq İlhamə İsmayılova,  “Mingəçevir leysanı” jurnalının, “Azərbaycan işıqları” və […]

Yeni inzibati hüquq: hər kəsə “yaşıl işıq”

Dövlət qurumları vətəndaşa standart cavab verirlər İnsan hüquq və azadlıqlarının qorunması  uzun illər ərzində  müxtəlif sosial partlayışların, inqilabi sarsıntıların  nəticəsi olaraq meydana çıxıb. Buna görə də dövlət bütün tərəflərin maraqlarına uyğun şəkildə bir çox islahatlar aparır, insanların rifahına yönəlik fəaliyyəti həyata keçirir, vətəndaşa münasibətdə qərarlar qəbul edir.  Qərar qəbul etməzdən qabaq dövlət qurumu müvafiq icraata […]

İcra başçıları gözdən əlili aldadıblar

19 il öncə mənzil növbəsinə dayanan birinci qrup əlilə hələ 17 il qabaq hökumət adından rəsmən bildirmişdilər ki, növbəti bölgü zamanı növbəlilik əsasında mənzillə təmin olunacaq Beş-altı aya şad xəbər gözləyirdi… Tofiq dayı uzun illərdir ki, görmə qabiliyyətini itirib. Birinci qrup əlildir. Dar mənzilinin içində addımlarını ölçə-ölçə və əli ilə toxuna-toxuna axtardığını rahatlıqla tapa bilir. […]

Sərhəd kəndlərinin təhlükəsiz yaşayışı üçün

Noyabrın 24-də Humanitar Tədqiqatlar İctimai Birliyinin 6 ay ərzində icra etdiyi “Sərhəd bölgələrində təhlükəsiz yaşayış: icma davamlılığı” adlı layihəsi çərçivəsində yekun dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən bu layihənin Qazax və Tovuz rayonunun sərhəd kəndlərində icmaların inkişaf etdirilməsində əhəmiyyətli olduğunu qeyd edən  Humanitar Tədqiqatlar […]

“Camaat bu qazıntı işlərindən təngə gəlib”

Noyabrın 19-da  Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclasında qışa hazlrlığın vəziyyəti müzakirə olunub. Başçının müavini Məhluqə Cavadovanın məruzəsində müsbət işlərlə bərabər enerji təchizatında baş verən qəzalar, istilik təchizatındakı çətinlklər, qaz və kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar aparılan uzun-uzadı qazıntı işlərinin əhalini narahat etməsi, nəqliyyat departamentinin səlahiyyətlərinin “Asan xidmətə” verilməsindən   sonra müəyyən mexanizmin […]