Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

İspaniyalı pilot Bakının mərkəzi küçələrində

Formula 1 üzrə ikiqat dünya çempionu titulunu qazanan və hal-hazırda McLaren Honda komandasının heyətində yarışan Fernando Alonso, 2016 Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi kimi bu gün Bakıya gəlib. O, Bakıya səfəri çərçəvəsində­ Formula 1-in ən yeni şəhər treki hesab olunan Bakı Şəhər Halqasına baş çəkib və burada trekin özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış […]

İtaliyada Multikulturalizm Mərkəzinin filialı yaradılır

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM)  İtaliyanın Sandro Teti Nəşriyyat Evinin (STNE) rəhbəri, politoloq Sandro Teti ilə görüş keçirilib. Mərkəzin icraçı direktoru Azad Məmmədov və müşaviri Aytən Qəhrəmanın iştirak etdiyi görüşdə BBMM və STNE arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib. Müzakirələrdən sonra BBMM ilə STNE arasında multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya […]

Hər əzaba qatlaşan qadınlar

Azərbaycan qadını  həmişə zəhmətkeş, ailəcanlı olub. Xüsusən iqtisadiyyatımızın krizis keçirdiyi indiki  durumda daha çox ağrlıq  onların çiyinlərinə düşüb. Bəlkə də kişilər cəmi bircə gün qadın olub, bu insanların  nə boyda yükü çəkdiklərini görsəydilər,   özlərinin qat-qat gücsüz olduqlarını etiraf edərdilər. Bu gün işsiz qalan kişilərin bir hissəsi çörək pulu ardınca başqa şəhər və ölkələrə üz tutub, […]

“Uğur” kubokun sahibidir

Forum  Şəhər Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və Gənclər Evinin təşkilatçılığı, 10 saylı  orta məktəbin ev sahibliyi ilə baş tutub. Finalda 14 və 19 saylı orta məktəbin “Qəhrəmanlar” və “Uğur” komandaları yarışıblar. Azərbaycan təhsilində repetitorluğa təsdiq və inkar mövqedən yanaşan  komandalar, xırda səhvlərinə baxmayaraq, gözəl oyun nümayiş etdiriblər. Hakimlərin son qərarına əsasın “Uğur” 3 […]

MDU-nun “THİK” komandası qalib oldu

Xəbər verdiyimiz kimi, Mingəçevirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dahi Gənclər” layihəsi həyata keçirilir. Şəhərin orta ixtisas və ali təhsil ocaqlarının  tələbə gənclərini əhatə edən layihə təlim və intellektual yarışlar formasında icra olunur. Layihə rəhbəri Turqut Əlibəylinin məlumatına görə, məqsəd yeniyetmə və gənclərin asudə vaxtını səmərəli təşkil etmək, eyni zamanda bu […]

Mirasa sahib olmağın asan və çətin yolları

“Mirası qoyan şəxs məcburi pay alacaq şəxsdən sonra ölərsə…” “Ötən ilin yayından bir məhkəmə prosesini izləyirəm. Prosesin məğzi belədir: Atanın 4 övladı vardı-iki qızı, iki oğlu. Oğullardan biri itkin düşüb,  o biri isə atanın sağlığında dünyasını dəyişib. Kişi ölməmişdən qabaq mülkünü qızlarından birinə vəsiyyət edib.  İkinci bacı məcburi paydan rəsmən imtina etdikdən sonra vəsiyyətnamə alan […]

İcra başçısı şəhərdə suyun qiymətinin aşağı salınacağına tərəddüd etmir

2015-ci İl ərzində şəhərin sənaye müəssisələrində 264,7 milyon manatlıq məhsul hazırlanıb ki, bu da əvvəlki illə müqayisədə 17,3 faiz artım deməkdir.  Azərbaycan İES-də 7,4 milyard,  “Mingəçevir  SES silsiləsi” MMC-də  451 milyon kilovatsaat elektrik enerjisi istehsal olunub. Sənaye müəssisələrində çalışanların sayı ötən ilin sonuna 3027 nəfər olub ki,  onlardan da 591 nəfəri özəl sektorun payına düşür. […]

Mingəçevirdəki xidmət mərkəzində vergi ödəyiciləri üçün seminar

Fevralın 27-də 11 saylı Ərazi Verglər İdarəsinin Mingəçevirdəki Xidmət Mərkəzində sadələşdirilmiş vergi ödəyiciləri üçün seminar keçirilib. 11 saylı ƏVİ-nin xidmət şöbəsinin baş dövlət vergi müfəttişi Elçin Paşayev və dövlət vergi müfəttişi Ramiz Həsənov sadələşdirilmiş vergi hesabatlarının online təqdim olunması barədə izahat veriblər. E.Paşayevin sözlərinə görə, istənilən sadələşdirilmiş vergi ödəyicisi www.e-taxes.gov.az ünvanının GİRİŞ bölümündən ASAN İMZA,  e-İMZA yaxud […]

İlahiyyatçı Cavid Ələmdarın fikrincə, Xocalının, Qarabağın azadlığı Kərbəladan keçir

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Mingəçevirdə Xocalı soyqırımının qurbanları yad edilib.  Mingəçevir Heydər Məscidinin nəzdində  Quran kursunun müəllimi Pünhan Hüseynov tədbir iştirakçılarını Çingiz Mustafayevin lentə aldığı kadrları izləməyə dəvət edib. Xocalı faciəsinin dəhşətlərini əks etdirən filmə baxışdan sonra şəhər ziyalıları və hadisənin canlı şahidləri  gənclər qarşısında çıxış edərək, […]

2015-ci ildə şəhərdə əhaliyə göstərilən pullu xidmətlər

2015-ci il ərzində şəhər əhalisinə cəmi 50066,2 min manatlıq pullu xidmət, o cümlədən 8740,5 min manatlıq məişət xidməti göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərdə cəmi pullu xidmətlər 2095,4 min manat və ya 4,4%, müqayisəli qiymətlərlə isə 593,7 min manat və ya 1,2%, o cümlədən məişət xidmətləri faktiki qiymətlərlə 1605,2 min manat və […]