Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Mingəçevirdə özbaşına, qanunsuz tikililərin sökülməsinə başlanıb

Mingəçevirdə qanunsuz və özbaşına tikintilərin iyulun 25-dən sökülməsinə başlanıb.  İcra Hakimiyyəti başçısının sərəncamıyla özbaşına tikintilərə yol verilməməsi məqsədilə yaradılmış  komissiyada Sağ sahil və AzDRES yaşayış massivləri üzrə işçi qrupunun və  şəhər Bələdiyyəsinin sədri  Coşqun Abdullayevin dediyinə görə,  xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar hələ də  məsuliyyətsiz hərəkətlərə yol verirlər: “Fazil Əzimov döngəsindəki 5 saylı evdə yaşayan Ağayev […]

Sloveniyalı alimlər Mingəçevir Dövlət Universitetində

Sloveniyalı alimlər Mingəçevir Dövlət Universitetində Erasmus+ proqramı çərçivəsində tələbə-müəllim mübadiləsi xəttilə Sloveniyanın Nova Gorica Universitetinin elmi işlər üzrə prorektoru, professor Mladen Franko və Humanitar sahə üzrə professor Katya Mihurko Poniz Mingəçevir Dövlət Universitetinin rəsmi qonağı olublar. İlk olaraq qonaqlar universitetin rektoru Akif Hacıyevlə görüşüblər. Qonaqları rəhbərlik etdiyi MDU-da görməkdən məmnunluq duyduğunu bildirən rektor Akif Hacıyev […]

Daha bir məhəlləyə yardım edilib

Daha bir məhəlləyə yardım edilib Mingəçevir Bələdiyyəsi kömək üçün müraciət edən daha bir məhəllə sakinlərini sevindirib. Təbriz küçəsinəki 3 saylı binanın yaşayışçıları binanın qarşısında yerləşən çoxdan tikilmiş xeyir-şər mağarının yenidən qurulmasını xahiş etmişdilər. Bələdiyyə üzvləri ümumi iclaslarında həmin binanın sakinlərinin əmlak vergilərini vaxtında ödədiklərini, bələdiyyənin tədbirlərində fəal iştirak etdiklərini nəzərə alaraq, mağarın yenidən qurulması üçün […]

Göyçayda Novruz yarmarkası

Rayonda süni qiymət artımının qarşısının alınması məqsədilə Göyçay şəhərinin mərkəzi küçəsində təşkil edilən yarmarkada 10-a yaxın yerli istehsal müəssisəsi və şirkət alıcılara bazar qiymətindən daha aşağı olan müxtəlif ərzaq malları, un, quş əti, yumurta, pendir, şirniyyat, meyvə şirələri, konyak, makaron, geyim əşyaları, balıq və digər məhsullar təqdim ediblər. Həmçinin, 150-ə yaxın kənd təsərrüfatı məhsulu istehsalçısı […]

Novruz həsrətli yurdlarımız əkin-biçin, çal-çağır, toy-büsat gözləyir

Su, od,   yel və torpaq ünsürünü  özündə birləşdirən və “Yeni Avesta” təqvimindən başlanan Novruz İslam dininin meydana gəlməsi ilə qadağalarla üzləşib. Amma islami dünyagörüşün Novruzu qəbul etmədiyi şəraitdə Hicri-Şəmsi təqviminin bərpası baş verib. İlin uzunluğunu  365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiə hesab edən türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqi (1072-1092) […]

MTK-da müəllim günü nə ilə yadda qaldı?

MTK-da müəllim günü nə ilə yadda qaldı? “Azərbaycan turizmini təbliğ edə biləcək suvenir hazılığı məsələsi gündəmdə dayandığı üçün istedadlı tələbələrin ideyalarına geniş yer verməliyik” Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllim günü sözlü-nəğməli bayram tədbiri ilə qeyd olunub. Kollecin direktoru, iqtisad elmləri doktoru professor Əyyub Əyyubov şərəfli peşə sahibləri olan müəllimləri peşə bayramı münasibəti ilə təbrik […]

Mingəçevir Turizm Kollecində Novruz coşqusu

Mingəçevir Turizm Kollecinin bayram şənliyində ifa olunan müxtəlif məzmunlu şeirlər, milli və müasir musiqi nümunələri, nümayiş olunan  və özündə obrazlaşdırılmış Novruz qəhrəmanlarını və ənənələrini əks etdirən  maraqlı səhnəciklər, milli oyunlar, yarışmalar və daha nələr-nələr  tədbir boyu ürəkləri fəth edib. Qorqud Ata, Bahar qız, keçəl, kosa, milli geyimli qızların ifasında səslənən folklor nümunələri, kəndir dartısması, yumurta […]

Niyazi Bayramova qara yaxanların niyyəti niyə gözlərində qaldı?

Niyazi Bayramov dörd il əvvəl Mingəçevirə başçı təyin olunub. Bu müddətdə Prezidentin sərəncamı ilə Mingəçevirdə Dövlət Universiteti yaradılıb və şəhərdə Texnoparkın açılması qərara alınıb. “Kür” OTİM-də  I Avropa oyunlarının su növü üzrə yarışları   uğurla təşkil olunub.  Heydər Əliyev Mərkəzinin,  Gənclər Evinin,  Tarix Muzeyinin inşası başa çatdırılıb. İki yeni uşaq bağçası tikilib, Dostluq, Sahil və Fizuli […]

Mingəçevir Turizm Kollecinin rəngarəng həyatı

Beynəlxalq Qadınlar Günü MTK-da          8 Mart münasibətilə düzənlənən tədbirdə Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov qadın əməkdaşların kollecin tədris prosesində və ictimai həyatında fəal rol oynadıqlarını, naliyyətlərə böyük tohvə verdiklərini  nəzərə çatdırıb. Zərif cinsin nümayəndələrini təbrik edən professor   təbrik rəmzi olaraq xanımlara tər çiçək dəstələri təqdim edib, büdcədənkənar vəsait hesabına onların mükafatlandırılacağını elan edib. […]

Mingəçevirdə bayram şənliyi Səməd Vurğun meydanında keçiriləcək

Mingəçevir bələdiyyəsi Novruz bayramı münasibəti ilə təşkil edilən ümumşəhər tədbirlərinin keçiriləcəyi S.Vurğun meydanında və parkında abadlıq-təmir işlərinə başlayıb. Park və bağ süpürülür, ağaclar budanır, meydan boyu bordürlər rənglənir, ölkə əhəmiyyətli abidə olan qapı tağları təmir olunur. Xalq şairimiz S.Vurğunun heykəli, heykəlin pedestalı yuyulub təmizlənir. Parkın giriş hissəsindəki yaşıllıq və gül kolları səliqəyə salınır. Təmir-abadlıq işləri […]