Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Mingəçevirlilərin Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditlər alması mümkünmü?

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndələrinin rəhbərləri  Akif Abbasov və Rəşad Abbasov  Mingəçevirdə olublar. Onlar sənaye və istehsal fəaliyyəti göstərən sahibkarlar və sahibkarlığa yeni başlayanlar üçün təlim keçiblər. Mingəçevirdə Sahibkarlığa Dəstək İctimai Birliyinin qərargahında baş tutan təlimdə sənayenin brendləşməsi, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, biznes planların və investisiya […]

Həyatla ölüm arasında can çəkənlər

30 il əvvəl,  26 aprel 1986-cı ildə  Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı baş verib. Yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət edib, yerdə qalan hissəsi isə cənuba “sürüklənib”. Nəticədə Azərbaycanda da radioaktiv şüalanmaya məruz qalanlar olub. Eyni zamanda  AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün […]

Düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirilib

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım və Fərəhli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz […]

Mingəçevirdə Ramiz Dadaşovun xatirəsinə yarış keçirilib

Aprelin 23-24-də Mingəçevirdə  yeniyetmə və gənclər arasında  kayak və kanoe üzrə açıq şəhər birinciliyi  keçirilib. Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutan idman bayramı  UGİM-ın ilk məşqçi müəllimi, Mingəçevirdə avarçəkmə idmanının inkişafında böyük xidməti olan  Ramiz Məhərrəm oğlu Dadaşovun xatirəsinə həsr edilib. Açılış mərasimində bu barədə ətraflı danışılıb.   Mingəçevir İcra Hakimiyyətinin və yerli Bələdiyyənin […]

QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni üzvləri bəlli oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraqqərara […]

Mətbuat Şurasında jurnalistin əl işləri nümayiş olunub

Bu məqsədlə keçirilmiş mərasimdə çıxış edən MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov T.Vəfalını istedadlı jurnalist kimi xarakterizə edib. «Bu gün onun dostları bu sərgiyə toplaşıblar. Nümayiş olunan əl işlərində mövzu rəngarəngliyi özünü göstərməkdədir. Təbriz jurnalist kimi müxtəlif mövzulara müraciət etdiyi kimi, istedadlı memar kimi də eyni dəst-xəttə malikdir», – deyən MŞ sədri T.Vəfalını rəhbərlik […]

Mart ayının 31-i səhəri Mingəçevir Turizm Kollecinin kollektivi üçün Şəhidlər Xiyabanının xatirə kompleksində açılıb

Onlar Azərbaycanlıların soyqrımı və deportasiya qurbanları abidəsini ziyarət edib,  soyqırım  qurbanlarının xatirəsinə ehtiram nümayış etdiriblər. Bundan sonra müəssisənin Heydər Əliyev İdeoloji  Mərkəzində  “31 Mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir” adlı elmi-nəzəri konfrans keçirilib. MTK-nın direktoru, professor Əyyub Əyyubov əsrlər boyu  türk dünyasına, o cümlədən azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya və soyqırım siyasətinin əsl mahiyyətini […]

500 000 kitab cibinizdə

Ölkəmizin mobil rabitə bazarının lideri Azercell Telekom MMC-nin ötən ilin noyabr ayında mütaliə sevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsi abunəçilər tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, istifadəyə verildiyi gündən indiyə qədər “Bookmate” əlavəsinin yüklənmə sayı 27000-dən çox, xidmətdən mütəmadi olaraq faydalanan istifadəçilərin sayı isə 6000 nəfəri keçib. Məlumat üçün bildirək ki, “Bookmate” – minlərlə kitabı […]

Maliyyə Nazirliyinə online hesabatı necə vermək olar?

Maliyyə Nazirliyinə online hesabatların verilməsi ilə bağlı  yeni yaradılan proqramdan istifadə qaydaları barədə növbəti  məlumatlandırma sessiyası Mingəçevir Regional QHT-lərin Resurs Mərkəzində baş tutub.  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən sessiyada Mingəçevirlə bərabər ətraf bölgələrdə fəaliyyət göstərən QHT nümayəndələri iştirak ediblər. Şura Katibliyinin aparıcı məsləhətçisi Amid Mirzəyev və məsləhətçi […]

İstərdim ki, düzü-düz, əyrini-əyri göstərəsiniz

“İstərdim ki, düzü-düz, əyrini-əyri göstərəsiniz” Azərbaycan Milli Mətbuatının 143-cü ildönümüylə əlaqədar iyulun 20-də Mingəçevirdə fəaliyyət göstərən yerli və bölgə KİV-lərinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə “Mingəçevir işıqları”, “Mingəçevir”, “Azərbaycan işıqları”, “Azərbaycan bələdiyyəsi”, “Azadlıq” qəzetləri, “Bənövşə” jurnalı və  “AZTV”-nin bölgə müxbirləri iştirak ediblər. İcra Hakimiyyəti aparatının məsul işçisi Sahib Əliyev media mənsublarına İH başçısı Niyazi Bayramovun  […]