Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

“Polis rəisi, prokuror, hakim, qərar verəndə tələsməyin…”

MDU-nun iclas salonunda keçirilən dinləmədə  İnsan hüquqları üzrə müvəkkil E.Süleymanova söhbətinə  ordumuzun aprel döyüşlərindəki qələbəsini yada salmaqla başlayıb: “Azərbaycanlıların böyük şücaətini, xalqla ordunun vəhdətini müşahidə etdik. Xüsusən şəhid qadınların və  anaların qürurunu gördük. Ölkə başçısının xanımı ilə birgə təmas xəttini qarış-qarış gəzməsi  bu insanlara ruh gətirdi. İnanın ki, sizin hər biriniz də gəlsəniz, döyüşçülər bağrına […]

Mingəçevirdəki 4 saylı məktəb 32 nəfər bitirir

İyunun 14-də Mingəçevirin 4 saylı məktəbində məzunlar məktəblə vidalaşıblar. Mahnı sədaları altında addımlayan məzunlar şeir, mahnı oxumaq, rəqs etməklə son zəng tədbirinə rəngarənglik qatıblar. Məktəbin direktoru Azər Qazıyev təhsil müəssisəsinin ilbəil artan uğurlarından söhbət açıb. O, deyib ki, burdakı müəllimlərin əməyi hədər getməyib, çünki ötən tədris ilində məktəbi bitirən məzunlar hazırda ən yüksək reytinqli ali […]

Mülki-hüquqi müqavilə və ya müddətli əmək müqaviləsi daimi işçinin həyatından nəyi oğurlayır?

“6 aylıq müqaviləyə qol çəkməliydim, üstəlik  2 ərizə yazmalıydım” Qarabağ döyüşlərində sağlamlığını qismən itirən Məhəmməd  Nəzərov uzun illərdir ki,  Mingəçevirin böyük sənaye müəssisələrindən birində mühəndis kimi çalışır. Onun dediyinə görə,  müdiriyyət üçün arzuolunmaz işçiyə çevrildiyindən məhkəmə çəkişmələrində qalıb: “Mənə və başqa iş yoldaşlarıma qarşı təzyiqlər bir neçə ildir ki, davam edir. Məsələ bundadır ki, daimi […]

Aprel ayının qalibiyyət savaşı

“Teymur evlənməyi yox, şəhidliyi seçdi…” Aprel hadisələrində  Mingəçevir üç şəhid verdi: Teymur Sabir oğlu Qasımov,  Adil Kamran  oğlu Adilzadə və  Rüstəm Oruc oğlu  Əhmədov. Onların hər üçü Talış kəndi  istiqamətindəki  yüksəklik uğrunda gedən döyüşlərdə  həlak oldu və  böyük insan izdihamının müşayiətilə  şəhərin  mərkəzindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı . Teymur və Adil  ölümündən sonra Azərbaycan Prezidentinin […]

Azərbaycan vətəndaşı Ermənistandan repatriasiya olundu

BQXK-dan aldığımız məlumata görə, Beynəlxalq sərhəddi 7 iyun 2016-cı il tarixdə keçən mülki Azərbaycan vətəndaşı bu gün  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunmuşdur. O, Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilmişdir.  BQXK, neytral vasitəçi qismində çıxış edərək, Azərbaycan və Ermənistan […]

“İşıqlı Gələcək” şəhər birincisi oldu

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə mayın 26-dan iyunun 7-dək Yaşar Məmmədzadə adına şəhər stadionunda futbol üzrə müəssisə, təşkilat və MİS-lərin komandaları arasında şəhər birinciliyi keçirilib. Yarışın əsasnaməsinə uyğun olaraq, iki yarımqrupda 10 komanda dairəvi sistem üzrə mübarizə aparıb. Qrupda 1-2-ci yeri təmin etmiş komandalar yarımfinal və final oyunlarına vəsiqə qazanıblar. İyunun 7-də […]

Fransalı qonaq Mingəçevir Turizm Kollecində

Mingəçevir Turizm Kolleci zəngin beynəlxalq əlaqələrə malik təhsil ocağı kimi tanınır. “Tempus” proqramı çərçivəsində fəaliyyətini genişləndirən kollec bir neçə ildir ki, Fransanın Qrenobl Akademiyası və Almaniyanın Yade universiteti ilə birgə layihələrə də qatılıb. Layihəyə uyğun olaraq mütərəqqi təhsil metodlarının mənimsənilməsi, kollecdə tədrisin bir sıra istiqamətlər üzrə ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması, ikili diplomların tanınması […]

Uşaqların əl işlərindən ibarət rəsm sərgisi keçirilib

Güvən Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı və “Platinium Tours and Events” şirkətinin dəstəyi ilə “Ekoturizmin inkişafı və təbiətin qorunması” mövzusunda uşaqların əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz ailələrdən  olan uşaqlar iştirak ediblər. Üç qalib sertfikart, hədiyyə və Göygöl turuna getmək şansı qazanıb. Mingəçevir Gənclər Evinin rəhbəri Tural Kərimov, Gənclər və İdman İdarəsinin […]

Mingəçevirlilər kitabı sevirlərmi?

Kür sahilində M.P.Vaqif adına Mərkəzləşdirilmiş Kitabxananın  təşkil etdiyi bu ilki kitab bayramında  maraqlı fikirlər səsləndirilib. Tamaşaçı az olsa da, sözə, ədəbiyyata qiymət verən ziyalılar kənarda qalmayıblar. İcra hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov, kitabxananın müdiri Etibarə Babayeva, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və başqaları  deyiblər ki,  valideyn məsuliyyətini yüksəltmək, yay oxu dərslərinə diqqəti artırmaq,  kitab […]

Xuan Rodrigo Labardini: “Meksika uzaq olsa da dostlar olanda daha yaxın olur”

Mayın 12-də Mingəçevirə səfərə gələn Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini öncə  İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Onlar ikitərəfli münasibətlər, bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar. Səfir vurğulayıb ki, ölkələrimiz arasında əməkdaşlığın potensialı mövcuddur, xüsusən  mədəniyyət, mətbəx,  qarşılıqlı tanıma və yaxınlaşmaya xidmət edən sahələr arasında oxşarlıqlar vardır. Səfir Meksikadan bəhs edən […]