Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Zahid Oruc: “Azərbaycan Prezidenti bizi bəlalardan qoruya bildi”

Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrlə  bağlı sentyabrın 18-də “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun Mingəçevirdə seçicilərlə  görüşü keçirilib. Qrupun üzvü, Milli Məclisin deputatı Zahid Oruc  deyib ki, Azərbaycan Konstitusiyasına 2009-cu ildə edilən sonuncu dəyişiklikdən sonra ölkənin sürətlə inkişaf etməsi, əldə olunan uğurlar  Əsas Qanunun daha da təkmilləşdirilməsi zərurətini ortaya qoyub:  “Dünyanın inkişaf etmiş ölkəsi olan İsveçrədə hətta […]

Mingəçevirin təhsil işçiləri ötən ilki tədris ilini necə başa vurublar?

Sentyabrın 6-da Mingəçevirin təhsil işçilərinin ənənəvi sentyabr konfransı baş tutub. Ümumtəhsil məktəbililərinin əl işlərindən ibarət sərgi  və özfəaliyyətinə baxışdan sonra konfrans öz işinə başlayıb. Təhsil şöbəsinin müdiri Sahib Məmmədov  “2015-2016-cı dərs ilinin yekunları və Mingəçevir şəhər təhsil işçilərinin qarşıda duran vəzifələri”nə dair hesabat  verib. Bildirib ki, ötən dərs ilində 19 tam orta məktəb, 2 lisey […]

Mingəçevirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə çoxmənzilli binaların idarə olunmasına başlandı

“Əslində camaat əmlaka bütünlüklə sahib olmaq niyyətindədir, sadəcə bəzi narahatlıq doğuran məsələlərə görə yükün altına girməyə risk eləmir. Mingəçevirdə ən təzə binanın 30-dan çox yaşı var. Hələ 50-60 yaşlı binaları demirəm.  Yəni əksər binaların əsaslı təmirinə ehtiyac duyulur. Qorxuruq ki, idarəetməni öhdəmizə götürək,  bundan sonra kömək edən olmasın”. Bu fikirləri Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin […]

Jurnalistlər sentyabrda Nabrana toplaşacaqlar

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində 10-11 Sentyabr 2016-cı ildə Nabranda “GENDER HÜQUQU: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda jurnalistlər üçün 2 günlük seminar keçirəcəkdir Seminarda iştirakla bağlı müraciət (CV ilə) üçün son tarix: 05 Sentyabr 2016-cı il Ətraflı məlumat almaq üçün GIZ-in layihə ofisinə müraciət etmək olar. Əlaqələndirici şəxs: Şakir […]

Haray-həşirin hədəfi kimdir?

Hələ ötən ilin noyabrında olke.az-da “Mingəçevir Şəhidlər Xiyabanında biabırçılıq” sərlövhəli xəbər dərc olunmuşdu: “…şəhid Quliyev Şəmil Ədil oğlunun şəkli başdaşına həkk olunmayıb. Əməkdaşımız bu ayrı-seçkiliyin səbəbini öyrənməyə çalışsa da konkret səbəb öyrənə bilməyib… İnanırıq ki, şəhər rəhbərliyi və aidiyyatı qurumlar tezliklə bu utanverici mənzərəni aradan qaldıracaq, şəhidin başdaşına öz fotosunun vurulmasını təmin edəcəklər”. Əslində isə […]

Bələdiyyə və vergi nümayəndələri əməkdaşlıq edirlər

Seminar-məşğələdə Mingəçevir Bələdiyyəsinin “Maliyyə, vergi və ödənişlər” şöbəsinin müdiri Mehdixan Babayev bələdiyyənin fəaliyyəti, bələdiyyə büdcəsinin icrası üzrə görülmüş işlər və qarşılaşdıqları problemlər barədə məlumat verib. 11 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi, 1-ci dərəcəli müfəttiş Samir Həsənov və Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri Elçin Paşayev […]

“Jurnalistlərin çörək ağacı” barədə regiondakı KİV nümayəndələri nə bilirlər?

İyunun 29-da Mingəçevirdəki “Kür” oteldə  Avropa Şurasının  və Avropa İttifaqının birgə layihəsi çərçivəsində “İfadə azadlığı və şəxsi həyata hörmət” mövzusunda tədbiri baş tutub.  Layihə rəhbəri  Pərvanə Bayramova və Mətbuat Şurasının sədr müavini  Müşfiq Ələsgərli ölkədə KİV-in mövcud durumuna qısa nəzər salaraq, media üçün layihənin əhəmiyyətindən danışıblar. Media eksperti Ələsgər Məmmədli “İfadə azadlığı və şəxsi həyata […]

Elman Lələyev “Tərəqqi” medalına, İlham İsmayılov isə “Fəxri diplom”a layiq görüldülər

İyunun 23-də Mingəçevirin  dövlət qulluqçuları Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzdükdən sonra şəhər İcra Hakimiyyətinə gəliblər. İH başçısı Niyazi Bayramov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. O, vurğulayıb ki, bu bayram 10 il əvvəl Azərbaycan  Prezidenti  İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. Azərbaycanda müasir […]

Bələdiyyə Qarabağ qazilərinə yardım göstərdi

Mingəçevir  Bələdiyyəsindən aldığımız məlumata görə,  Qarabağ Qaziləri İctimai Birliyi Mingəçevir şöbəsinin idarə heyati yeni ofislərinin təmiri üçün bələdiyyəyə müraciəti etmişdi. “Biz  bütün seçicilərimiz kimi qazilərin də müraciətinə həssaslıqla yanaşdıq. Bələdiyyə tərəfindən otağa plastik pəncərə quraşdırıldı,  təmiri üçün lazım olan tikinti materialları alınaraq, qazilərə verildi. Az vaxtda ofis təmir olunraq, iş üçün hazır vəziyyətə gətirildi”-Bələdiyyə sədri […]

Mingəçevir Turizm Kollecini bu il 500-dən artıq gənc bitirdi

Azərbaycanda Turizminıinkişafına ixtisaslı kadr hazırlığı ilə önəmli töhfə verən Mingəçevir Turizm Kollecinin kollektivi  24 iyun 2016-cı ildə  onuncu dəfə  məzunlarını yola saldı. Yüzlərlə gənc xüsusi geyimlərdə kollec meydanını bürüyərək, çətin və maraqlı təhsil illərinə “əlvida”, həyatlarının yeni dönəminə isə  salam söyləmək üçün sevinc və fərəh içində bir araya gəldi. Təbriklərin, mahnı və rəqslərin müşayiəti ilə […]