Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Mingəçevirdə Könüllülük Məktəbi formalaşır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclər Evinin təşkilatı dəstəyi ilə “Regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi” adlı layihənin təlimlərinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas  məqsədi könüllülük ideyasının gənclər arasında təşviq etmək, könüllülərin formalaşdırılması, icma-könüllü əməkdaşlığının qurulması, […]

“Mingəçevirdə avropalı turist nəyə baxa bilər?”

Görüş zamanı əhalinin məşğulluğu, peşə təhsili, şəhərin turizm və investisiya imkanları müzakirə olunub. Xanım  vurğulayıb ki, Azərbaycan nəinki neft –qaz yataqları  ilə zəngindir, həm də dünyanın əlverişli mövqeyində yerləşməsi ilə fərqlənir: “Çindən Avropayadək uzanan ipək yolu Azərbaycandan keçir”. N.Bayramov qeyd edib ki,  1948-ci ildə şəhər statusu alan Mingəçevir ölkənin 4-cü şəhərdir, sənaye məkəzlərindəndir: “İndi Qafqazda […]

Təmənnasız şəhərim

Noyabr bayramlar ayıdır.  Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günləri məhz bu aya təsadüf edir. Hər üçünü də müstəqillik illərində qazanmışıq. Amma müstəqilliyə qədər də  noyabr ayı mingəçevirlilər üçün əlamətdar olub. 11 noyabr  1948-ci ildə bu məkana şəhər adı verilib. Dünyanın əksər ölkələrində insanlar yaşadıqları şəhərin yaranış gününü təmtəraqla keçirirlər. Bu münasibətlə təşkil edilən  karnavallar, […]

Ana bətnində cinsiyyət ayrı-seçkiliyi

Hər il Azərbaycanda on minlərlə qız uşağı selektiv abortların qurbanı olur. Buna görə nə valideynlər,  nə həkimlər, nə də hökumət məsuliyyət daşımır. Qızbəs – yəni daha qız bəsdir -Adın nədir? -Qızbəs. -Niyə sənə bu adı qoyublar? -Hər dəfə adım çəkiləndə  soruşurlar ki, neçə bacısınız? Adımdan utanıram, buna görə həmişə komplekslərim var.  Bir ara istədim dəyişəm, […]

İnsan alverinin qurbanları

Ekspertlərin fikrincə, qurbanları müdafiə edən təşkilatların maliyyələşdirilməsini gücləndirməyə, belə təşkilatlardan ibarət şəbəkənin Bakının xaricində də inkişafına diqqəti  artırmağa ehtiyac var Həmid kişi  qızını axtarır Külək və qar bir-birinə qarışıb, adamın iliyinə işləyirdi. Yollar buz bağladığından təkərlərinə zəncir bağlanmış maşınlar asta-asta hərəkət edirdilər. Hələ axşam düşməmişdi, amma soyuğun təsirindən camaat çoxdan evinə çəkilmişdi.  Belə havada yalnız […]

25 il əvvəl Azərbaycanda nə baş verib?

Bu gün-18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Düz 25 il qabaq  Azərbaycanın keçmiş parlamenti (Ali Sovet) Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Aktın qəbulu günlərlə çəkib. Ali Sovetin növbədənkənar sessiyası oktyabrın 8-də işə başlasa da, dörd  gün davam edən qızğın müzakirədən sonra qərar vermə prosesi  bir həftə sonraya qalıb. Nəhayət, parlamentdəki demokratik qüvvələrin təsiri […]

“Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr”

Sentyabrın 29-da Şəmkirdə “Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” təşkil olunub. Tədbir “Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsi çərçivəsində keçirilib. Toplantını giriş sözü ilə Şəmkir Rayon İcra Hakimiyyətinin ictimai-siyasi […]

“Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə Ictimai Birliyi tərəfindən həyata keçirilən “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində təlimlər davam edir. Mingəçevir Regional QHT Resurs və Təlim Mərkəzində region vətəndaş cəmiyyəti nümayəndələri üçün “QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib. […]

Naftalana bir dəfə gələn yenə gələr

Tarixiə qısa nəzər Neftin insan orqanizminə  faydası Adəm və Həvva dövründən məlumdur. Qədim insanlar müxtəlif xəstəliklərdən can qurtarmaq üçün yerin qatında yığılan və hələ tərkibi məlum olmayan  neft quyularına girər və sağlamlıq tapardılar. Onlar bir çox dəri xəstəliklərinin müalicəsində neftin faydasından xəbərdar idilər. Əcdadlarımız  ölən insanların cəsədinə çürüməmək üçün neft çəkərdilər.  İndiki amerikanların əcdadları sayılan […]

Mingəçevirdə çoxmənzilli binaların idarə olunması mövzusunda ümümşəhər toplantısı keçirilib

Sentyabrın 20-də Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşən layihə çərçivəsində  çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumşəhər toplantısını keçirib. Şəhər Bələdiyysində baş tutan tədbirə məhəllə komitələrinin aktiv üzvləri, QHT və KİV əməkdaşları ilə bərabər yerli İcra hakimiyyəti və bələdiyyətini, İqtisadiyyat Nazirliyinin məsul nümayəndələri də qatılıblar. […]