Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

İcra başçısının müavini “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub

2023-cü il iyun ayının 23-də Mingəçevirdə Dövlət qulluqçuları peşə bayramını qeyd ediblər. Onlar Heydər Əliyevin abidəsinin ziyarət etdikdən sonra şəhər İcra Hakimiyyətinin konfrans zalına toplaşıblar. İH başçısı İlham İsmayılov dövlət qulluqçularının üzərinə düşən məsuliyyətdən danışıb, prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan İHB-nın Şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadovanı təbrik edib. […]

“Azərsu” Mingəçevirdə tullantı sularını təmizləyən qurğunu hələ də inşa etməyib

2023-cü il iyun ayının 21-də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. Iclasda aşağıdakı məsələlər müzakirə olunub: Şəhərdə içməli su təminatı və kanalizasiya xidmətinin mövcud vəziyyəti barədə Sukanal idarəsinin hesabatı. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi və Mənzil Kommunal Təsərrüfatı Kombinatı tərəfindən balansında olan yaşayış binalarının saxlanması və aparılan təmir işlərinin vəziyyəti haqqında. […]

Bələdiyyə Xətai küçəsində park saldı

Mingəçevir Bələdiyyəsinin maliyyə dəstəyi ilə şəhərin Ş.İ.Xətai küçəsində yeni istirahət məkanı salınıb. 1 hektara yaxın boş ərazidə quruculuq işlərinə 2023-cü ilin may ayının əvvəlindən başlanıb. Qısa müddətdə 9 oturacaq və 2 söhbətgah quraşdırılıb. 650 kvadratmetr sahəyə tamet plitə döşənib, bordürlər düzülüb. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi parka 150-yə yaxın ağac tingi və gül kolları, o […]

Mingəçevirdə 3 çoxmənzilli bina “Merlərin razılaşması”ndan faydalanacaq

Xəbər verdiyimiz kimi, Mingəçevir Bələdiyyəsi Avropa İttifaqı ilə Azərbaycanın Tərəfdaşlıq və Əməkdaşlığı çırçivəsində İqlim dəyişmələrinə adaptasiya planları tərkibində “Merlərin  Razılaşması” sazişinə qoşulub və bu haqda Aİ-nin müvafiq qurumları ilə 16 iyun 2017–ci ildə  sənəd imzalayıb. Bu sənədə əsasən Avropa İttifaqı saziş iştirakçılarını enerji effektivliyi, resurslardan səmərəli istifadə, alternativ enerji sahəsində yeni texnologiyalarla təmin etməyi, Avropanın […]

20-dək ölkənin avarçəkənləri “Prezident Kuboku-2023” reqatasında bir araya gələcək

Mayın 4-7-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əiyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası təşkil ediləcək. Suqovuşan və Mingəçevirdə keçiriləcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edəcək. Yarışlardan bir gün […]

Zirzəmilər kanalizasiya suları ilə dolur, parkda gəzənlər skuterlərdən zədə alır

29 aprel 2023-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Şuranın sədri Fərman Nəbiyev nəzərə çatdırıb ki, uzun müddətdir “Azərişıq” ASC-nin regional şəbəkəsinin rəhbərliyi ilə sahibkarları narahat edən məsələlər müzakirə olunur və müsbət irəliləyiş əldə edilib: “Biz şəbəkənin baş mühəndisi Elbrus Əliyevi yanımıza dəvət etdik. O da şikayətçilərin haqlı olduğunu etiraf […]

Kənd məktəbinin şagirdlərinə yeni öyrənmə imkanları yaradılıb

Aprelin 27-də Qusarın Z.Rizvanov adına İmamqulukənd orta məktəbində “İncəsənət özünü inkişaf vasitəsi kimi” layihəsinin bağlanış tədbiri keçirilib. Layihənin əsas məqsədi məktəbliləri düzgün ixtisas seçiminə hazırlamaq, onların daha uğurlu karyera imkanlarına malik olması baxımından incəsənət alətlərindən və qeyri formal təhsil metodları vasitəsilə yumşaq bacarıqların artırılması və bu bacarıqların praktikada tətbiqindən ibarətdir. Bağlanış tədbirini giriş sözü ilə […]

Azərbaycan dili 1978-ci ildə Dövlət dili kimi qəbul olundu

70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini […]

Başçı məmurlardan şəffaf olmalarını tələb etdi

Aprelin 25-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Şuranın növbəti iclasına ictimaiyyət nümayəndələri də dəvət edilib. İH başçısı İlham İsmayılovun dediklərindən məlum olub ki, bütün dövlət qurumları KİV, sosial şəbəkələr və İctimai Nəzarət Şurası ilə əməkdaşlıq şəraitində çalışmalıdırlar:   “Baxmayaraq ki, İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar şəhərdə davamlı abadlıq-quruculuq işləri aparır, amma bununla bağlı əhalinin maarifləndirilməsi […]

Mingəçevir Gənclər Evi Postu:

📍Mingəçevir Gənclər evinin debat klubu fəaliyyətini açıq elan edir. 7-9 may tarixlərində Klubun fəaliyyəti çərçivəsində gənclər debat simulyasiyası, natiqlik üzrə master klass, təqdimat bacarıqları üzrə təlimlərin iştirakçısı olacaqlar. #GənclərDebatda özünü inkişaf etdirəcək və fərqli, maraqlı bir mühitin iştirakçısına çevriləcək 🌟 💼 Debat klubun idarə heyəti fəaliyyətində fərqlənən gənclərdən təşkil ediləcəkdir. 🔗 Üzvlük üçün: https://forms.gle/jt1PdvywcZhyk5Yv8 #GənclərvəİdmanNazirliyi #DVC #MingəçevirGənclərEvi #birkimibirlikdə #AzDebate