Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Azercell-lə bu yay daha əyləncəlidir

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom abunəçilərinə daha yaxın olmaq üçün bu yay da “Azercell-lə bu yay daha əyləncəlidir” şüarı altında yola çıxıb. Belə ki, regionlarda, eləcə də Bakıda müsabiqələr, rəngarəng əyləncələrdən və hədiyyələrdən ibarət aksiyalar təşkil olunub. 5-ci ildir ki, Azercell Azərbaycanın bölgələrində və paytaxtında  maraqlı aksiyalar təşkil etməklə şirkətin təqdim etdiyi […]

KİV, QHT və hökumət nümayəndələri üçün açıq məlumatlarla bağlı yeni fürsət

Əziz dostlar, Azərbaycanda data jurnalistikanın inkişafı ilə bağlı layihə komandası distant  təlim üçün qeydiyyata başlayır. İştirakçılar  məlumat axtarışının əsasları, onların sistemləşdirilməsi və əyaniləşdirilməsi, cədvəllərə çevrilməsi yollarıını öyrənəcəklər. Təlimə qatılan hər kəs internet səhifədə yerləşdirlən kurs materialları  ilə sərbəst şəkildə tanış ola biləcək.  Həftədə 2 dəfə iştirakçılarla kontaktda olacaq təlimçi tapşırıqlarını verəcək və sualları cavablandıracaq. Kursu […]

İcra Hakimiyyəti başçısı Ekologiya İdarəsini niyə ittiham etdi?

“Kürün ətrafı zibillənir.  Qurumuş ağacları kəməyə icazə verilmir. Nəyə görə bazarların ətrafı zibillikdir, amma tədbir görmək istəmirsiniz? Biz  qurumuş ağacları kəsmək üçün sizə müraciət edirik, cavab alana qədər 2 ay keçir. Niyə yerində qərar qəbul etmirsiniz? Bu şəhəri zibilləyənlərə qarşı niyə biganəsiniz? “ Bu fikirləri  İyulun 26-da Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın  altı […]

Mingəçevirdəki jurnalistləri “Qüllə”yə niyə toplamışdılar?

“Dörd-beş il qabaq  “Hidrolotos” şirkəti Mingəçevirdə su-kanalizasiya təsərrüfatının yenidən qurulmasıyla bağlı qazıntı işlərinə  başlayanda bizim qəzetimiz həyəcan təbili çaldı. Çünki araşdıranda onun əvvəllər başqa bölgələrdə işi yarıtmaz gördüyünü öyrəndik və bu haqda yazdıq. Növbəti illərdə də bu mövzunu diqqətdə saxladıq. O zaman məmurlar bizim mövqeyimizə yaxşı yanaşmırdılar. Amma indi özləri də vəziyyətdən narazılıqlarını açıq-aşkar biruzə […]

Miqrant, emiqrant və immiqrant ömrü: xoşbəxt, yoxsa bədbəxt həyat?

“Sənə görə pul ödəyib viza almışam, onun pulunu qaytar…” “Düşərgədə o qədər qarmaqarışıq həyat hekayələri var ki: kədər, ümidsizlik, çarəsizlik qarışıq… Yeni tanış olduğum azərbaycanlı qadının cəmi 22 yaşı var, bir aydır ərindən ayırıblar. Səbəb? “Hər gün döyürdü. Birində pəncərədən mühafizəçilər görüb, polis çağırdılar…”  Deyir ki, on dörd yaşı olanda valideynləri onu zorla ərə veriblər, […]

11 saylı ƏVD-nin rəhbərləri vergi ödəyiciləri ilə görüşdü

Mayın 19-da Yevlax şəhərindəki Şahmat məktəbinin binasında vergi ödəyiciləri ilə görüş keçirilib.  Görüşdə 11 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Zaur Adilov, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu İdarəsinin direktoru Qüdrət Məmmədov və Vergi ödəyicilərinə xidmət şöbəsinin rəhbəri Elçin Paşayev vergi qanunvericiliyinə edilən əlavə və dəyişikliklər, bu dəyişikliklərin üstün və praktiki cəhətləri barədə məlumat […]

Beloruslar Mingəçevirdəki şüşə mahlıc zavodu ilə maraqlanırlar

“Bizim müəssisə 1958-ci ildən fəaliyyət göstərir. Əvvəllər şüşə diyircəkləri əsasən Şimali Donetskdən və Mahaçqaladan alırdıq.  Sonra ondan lif və elektroizolyasiya məhsulları hazırlayırdıq. Bu məhsullar müxtəlif sahələrdə, əsasən müdafiə, avia və avtomobil sənayesində istifadə olunurdu. O zaman istehsalat korpuslarımız şəhərin mərkəzində yerləşirdi. Sonra bir ingilis firması ilə birgə  yeni istehsal sahəsi tikdik, təzə sobalar quraşdırdıq.  2010-cu […]

Beş ilin son 3 ayında nələr görülüb?

“Mingəçevirdə  icbari tibbi sığorta məqsədilə publik hüquqi şəxsin sərəncamına verilən Mərkəzi Xəstəxanada qəbula düşmək üçün nəinki saatlarla, hətta günlərlə növbədə dayanmalı olursan. Mümkün deyilmi ki, online qeydiyyata keçilsin və hər kəs də onun üçün ayrılan vaxtda xəstəxanaya gəlsin. Digər narahatçılıq  enerji kartlarına pul yükləməklə bağlıdır. “Azərişıq”dan əvvəl enerji satışı ilə məşğul olan “Azərenerji” digər xidmət […]

QHT-dən Mingəçevirdəki imkansız və problemli ailələrə dəstək

“Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi” İctimai Birliyi   Azərbaycan Respublikası Prezidenti Yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə “İmkansız ailələrdə valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsinə dair tədbirlər”  barədə  yeni layihəsinə start verib. Avqustun 15-dək davam edəcək layihənin əsas məqsədi Mingəcevir şəhərində yaşayan imkansız və problemli ailələrin maddi vəziyyətini araşdırmaq, bu ailələrdə uşaq-valideyn münasibətlərinin yaxşılaşdırılmasına nail olmaqdır. “Biz ailə […]

Azərbaycanda təlimlər bitsə də, layihə davam edir

Mətbuatda xəbər verildiyi kimi,  ötən ilin oktyabrından başlayaraq, Mingəçevir Valideynlər Assosiasiyası   Çexiya (“Transitions”) və Polşadan (“Linking”) olan tərəfdaşları ilə birgə  Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda  açıq məlumatlara dair silsilə tədbirlər   təşkil edir.  Bu tədbirlər  ölkəmizin kütləvi informasiya […]