Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

“Qarabağdakı çiçəkləri qoxulayacağımız gün uzaqda deyil”

“Mən “Qarabağ şikəstəsi”ni yenidən doğma Qarabağımızda eşitmək istərdim. Indi Qarabağda çiçəklər açır. O çiçəklər bizim şəhidlərimizin qanından can alıb, böyüyürlər. Ümid edirik ki, düşmən tapdağı altında olan torpaqlarımız tezliklə geri alınacaq  və hər kəs öz yurd-yuvasına qayıdacaq. Və o çiçəklərin qoxusu bizim yurd həsrətli insanlarım evlərinə dolacaq. Bax, o zaman şəhidlərimizin ruhu və bizim ürəyimiz […]

“N.Gəncəvi” məhəlləsində sakinlərin problemləri dinlənildi

Mingəçevir bələdiyyəsi məhəllə komitələri ilə görüşlərini davam etdirir. Növbəti görüş “N.Gəncəvi” məhəllə komitəsinin ərazisində (Y.Mansurov küçəsi, ev 7, A.Şaiq küçəsi, ev 7) baş tutub. Məhəllə komitəsinin sədri Əbülbət Babayev, sakinlər Əmrah Mustafayev, İbrahim Əhmədov, Nuh Bəhədov və Nuriyyə İbrahimova məhəllənin problemlərindən danışıblar. Onlar xeyir-şər mağarının təmiri, ağacların suvarılması, poçt şöbəsinin açılması, yarımçıq idman kompleksinin və […]

Əflatun Amaşov: “Mingəçevirin inkişafında yubileyinə toplaşdığımız bu qəzetin əvəzsiz rolu var”

Fevralın 28-də “Mingəçevir işıqları” qəzetinin 70 illik yubleyi qeyd edilib. Mingəçevirin idarə və  müəssisə rəhbərlərinin,  çoxsaylı ziyalıların  və fəal oxucuların iştirak etdiyi yubiley mərasiminə toplaşanlar öncə qəzetin keçdiyi uzun yoldan bəhs edən videoçarxı izləyiblər. Qəzetin baş redaktoru,  əməkdar jurnalist Fərman Nəbiyev çıxışında mərasim iştirakçılarına təşəkkürünü bildirərək,  yubilyar nəşrin keçdiyi yola bir qədər də geniş aydınlıq […]

Kamal Nəcəfli gəncləri karyera arxasınca getməyə çağırdı

“Bəzən gənclər hansısa yüksək vəzifəni tutmağa tələsirlər, Unutmayın ki, əksəriyyət  gələcək karyerasını qurmağa sıravi işdən başlayır, hətta xeyli müddət könüllü kimi çalışır. Sizin də maddiyyət barədə deyil,  addım-addım karyera dalınca gedəcəyinizə inanıram”. 2 Fevral Gənclər Günü münasibətilə yanvarın 31-də  Mingəçevir Gənclər Evində keçirilən  toplantıda  Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli belə deyib. […]

“Abonent pul verib qaz alırsa, niyə qazın təzyiqi aşağıdır?”

“Bizim yaşayış massivində “Azərsu” tərəfindən su-kanalizasiya xətlərinin dəyişdirilməsindən sonra ərazinin asfalt örtüyü tamamilə sıradan çıxıb: “Gediş-gəliş çətinləşib. İşıqlanma sistemi yoxdur. Qazı da elə verirlər ki… Əgər abonent pul verib qaz alırsa, niyə qazın təzyiqi aşağıdır? 1 və 18 saylı bağçalar bərbad haldadır. Bir də təklif edərdim ki, yas mərasimlərində ehsan süfrələrinin yığışdırılması üçün  aidiyyatı qurumlar […]

Mingəçevir Bələdiyyəsinin hesabatı nə ilə yadda qaldı?

“Bu günkü dövrün tələbi belədir ki, konkret layihələrlə iş qurulmalıdır. Bələdiyyənin imkanları artdıqca, o, şəhərdə sosial-iqtisadi yönümlü layihələrin icrasını qarşısına məqsəd qoyub, həyata keçirə bilər. 3-5 il bundan əvvəl “Bir bələdiyyə-bir layihə” təşəbbüsləri vardı. Hazırda bələdiyyənin ən  ciddi problemi torpaqlarının zəbt olunması ilə bağlıdır. Həmin torpaqlarda heç bir layihəyə uyğun gəlməyən tikililər inşa olunur. Biz […]

Mingəçevir “Merlərin Razılaşması” sazişinə qoşulub

Mingəçevir Bələdiyyəsi Avropa İttifaqı ilə Azərbaycanın Tərəfdaşlıq və Əməkdaşlığı çırçivəsində İqlim dəyişmələrinə adaptasiya planları tərkibində “Merlərin  Razılaşması” sazişinə qoşulub və bu haqda Aİ-nin müvafiq qurumları ilə 16 iyun 2017–ci ildə  sənəd imzalayıb. Bu sənədə əsasən Avropa İttifaqı 2 il ərzində saziş iştirakçılarını enerji effektivliyi, resurslardan səmərəli istifadə, alternativ enerji sahəsində yeni texnologiyalarla təmin etməyi, Avropanın maliyyə institutları […]

“Bu gün təhsillə məşğul olmaq icra başçısı işləməkdən çətindir”

“Akif müəllim Azərbaycan xalqını və Azərbaycanı istəyən insandır. Gözəl ailə başçısıdır.  İcra Hakimiyyəti yanında şuranın üzvüdür. Şəhər Ağsaqqallar Şurasının sədridir. O, öz həyatını elmə və təhsilə həsr edib. Mingəçevir şəhərində Akif müəllimlə tanış olandan sonra özümə dost qazandım. Onun barəsində saatlarla gözəl sözlər demək olar. Akif müəllim, sizi bir daha təbrik etmək istəyirəm. Sizə nə […]

Bələdiyyənin maliyyə dəstəyi ilə tikilmiş söhbətgahda məhəllə komitəsinin fəalları ilə görüş

Mingəçevir bələdiyyəsinin üzvləri “Mingəçevir kəndi” məhəllə komitəsinin fəalları ilə görüşüblər.  Görüş bələdiyyənin maliyyə dəstəyi ilə tikilmiş söhbətgahda, çay süfrəsi arxasında baş tutub. Bir müddət əvvəl Bələdiyyə kənd icmasının müraciətinə əsasən, sakinlərin istirahət yeri olan klubun qarşısında söhbətgah tikintisi üçün 726 manat dəyərində inşaat materialları alaraq məhəllə komitəsinə təhvil vermişdi. Məhəllə komitəsinin  üzvləri kənd sakinlərinin üzləşdikləri […]