Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Başçıya 9 saylı məktəbdə nə dedilər?

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 9 nömrəli orta məktəbin akt zalında Sabir küçəsindəki 1, 3, 6, Şəhriyar küçəsindəki 3, 4, A.Məmmədov küçəsindəki 16, 20 Yanvar küçəsindəki 13 saylı binaların sakinləri ilə görüşüb. Ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların öz bəhrəsini verməsindən bəhs edən başçı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində reallaşan layihələrin […]

Mingəçevir Turizm Kollecində “Xocalı Soyqırımı bəşəri cinayətdir” adlı konfrans keçirilib

Xocalı Soyqırımının 27-ci ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub. Ağrılı -acılı Xocalı dəhşətlərindən bəhs edən  dəyirmi masa ətrafı fəal müzakirələr keçirilib, inşa, rəsm müsabiqələri, sərgi və  faciə qurbanlarının xatirəsinə həsr olunmuş idman turnirləri təşkil olunub. Anım tədbirləri “Xocalı Soyqırımı bəşəri cinayətdir” adlı elmi-nəzəri  konfransla yekunlaşıb. Konfrans iştirakçıları öncə Xocalı Soyqırımına həsr olunmuş sərgini […]

Xocalı şəhidləri anıldı

Fevralın 26-da Mingəçevirdəki Şəhidlər Xiyabanında Xocalı faciəsinin 27-ci ildönümünün anım mərasimi keçirilib. Şəhidlərin ruhuna dua verildikdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edib. O, diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xocalılar öz talelərinin ən ağır, acılı anlarını yaşayıb, çünki onlara və bütövlükdə insanlığa qarşı ən qəddar, amansız terror hadisələrindən […]

“Bazarstore” Mingəçevirdə 2-ci mağazasını açdı

Bu gün, fevralın 19-da Mingəçevirdə, Heydər Əliyev prospektində yerləşən keçmiş Mərkəzi bazarın yerində  ölkənin supermarket şəbəkələrindən olan “Bazarstore”nin növbəti  mağazası açılıb. Açılış mərasimində qeyd edirlib ki,  “Bazarstore” iaşə şirkətləri, otellər, kafe, restoran müəssisələri, təşkilati şirkətlər və özəl müştərilərinə orqanik məhsulları – ət, meyvə-tərəvəzdən tutmuş təmizlik vasitələrinə qədər bütün ehtiyaclarını bir nöqtədən, bazarın ən aşağı qiymətləri […]

“Bazarstore” Mingəçevirdə 2-ci mağazasını açdı

Bu gün, fevralın 19-da Mingəçevirdə, Heydər Əliyev prospektində yerləşən keçmiş Mərkəzi bazarın yerində  ölkənin supermarket şəbəkələrindən olan “Bazarstore”nin növbəti  mağazası açılıb. Açılış mərasimində qeyd edirlib ki,  “Bazarstore” iaşə şirkətləri, otellər, kafe, restoran müəssisələri, təşkilati şirkətlər və özəl müştərilərinə orqanik məhsulları – ət, meyvə-tərəvəzdən tutmuş təmizlik vasitələrinə qədər bütün ehtiyaclarını bir nöqtədən, bazarın ən aşağı qiymətləri […]

“Fəlakət” Mingəçevirdə

Fevralın 17-də Mingəçevirdə, “Asan Xidmət”də yerləşən kinoklubda komediya janrında olan “Fəlakət” filminin təqdimatı keçirilib. Baş rolun – Fəlakət obrazının ifaçısı Elşən Orucov filmdən əvvəl və sonra tamaşaçılarla görüşüb, onlarla birlikdə şəkillər çəkdirib. Media nümayəndələrinin suallarını cavablandıran E.Orucov bildirib ki, ona belə bir rolda çəkilmək təklifi gələndə etiraz etməyib: “Mən də dəyərləndirdim. Bu, filmin birincisidir, mənə […]

Məktəb direktoru və hərbi müəllim gənclərin çağırışadək hazırlıq fənninin tədrisinə görə fərqləndi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından 7 il keçir. Bu münasibətlə fevralın 13-də Mingəçevirdəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib. İştirakçılar ulu öndərin abidəsi önünə  gül  qoyaraq  ehtiramlarını bildirib, onun həyat və fəaliyyətinə həsr edilən sərgi ilə tanış olublar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsinin rəisi Şirvan Xasıyev […]

7615 nəfər YAP üzvü 61 ərazi təşkilatında birləşib

Fevralın 13-də YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 26 illiyi qeyd edilib. Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gələrək, xatirəsini yad etdikdən sonra Heydər Əliyev Mərkəzində yığıncağa toplaşıblar. Təşkilatın sədri Cavanşir Yusubov bildirib ki, 13 fevral 1993-cü ildə təsis yığıncağı keçirilib: “Bu gün 7615 nəfər üzvümüz  61 ərazi təşkilatında birləşib. Təkcə keçən il sıralarımıza 229 nəfər […]

STP-nin kadr siyasətinin əsasında şirkət maraqları durur

Sumqayıt Texnologiyalar Parkı  Azərbaycanda ən iri  sənaye şirkətlərindən biri olmaqla yanaşı ən iri  işyerlərindəndir.   Texnopark yerli və xarici bazarda Neft və Qaz, Enerji, Tikinti və Kənd təsərrüfatı sektorları üçün  yüksək keyfiyyətli  məhsullar istehsal edir.  Şirkətin əsas  məqsədlərindən biri ixracatı gücləndirərək qlobal  şirkətə çevrilməkdir.  Bu isə şirkətin  yüksək  keyfiyyətli  məhsul istehsal etməsi ilə yanaşı  beynəlxalq standartlara  […]

Mingəçevirdə sakinlər qarğaların öldüyünü deyirlər.

Mingəçevirdə artıq bir neçə gündür ki, qarğaların ölməsi ilə bağlı xəbərlər dolaşır. Belə ki, şəhərin müxtəlif yerlərində qarğalar göydən çırpınaraq, yerə düşürlər. Hadisəni görən yerli sakin deyir ki,  quşlar arasında ən uzun ömürlü hesab olunan  qarğaların belə ölməsi təəccüb doğurur. Fevralın 12-də şəhərin H.Əliyev prospektində, bir qarğa da yaşıllıqların arasına düşüərək ölüb.