Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Hər yerdə abadlıq və səliqə-sahman

Martın 16-da Mingəçevirin bütün küçə və xiyabanlarında, həyət və məhəllələrində Novruz bayramının gəlişi münasibətilə iməcilik keçirilib. İH-dən aldığımız məlumata görə, idarə və müəssisələrin, eyni zamanda sahibkarların qatıldıqları təmizlik bayramında şəhər ərazisi tullantı və məişət çıxarlarından təmizlənib, park və bağlarda yaşıllıq sahələri bellənib, ağac və kül kolları əkilib.

Başçı “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək şəxslərlə görüşüb

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən “Ölkəmizi  tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilər və onları  müşaiyət  edəcək  şəxslərlə görüşüb. Görüşdə şəhər rəhbəri şagirdlərə “Ölkəmizi  tanıyaq” tur aksiyasının  əhəmiyyətindən danışaraq, xoş istirahətlər arzulayıb.

Mingəçevirdən başlayan tibbi sığorta bizi, xəstəxanamızı və ölkəmizi necə dəyişir?

Maddi-texniki baza möhkəmləndirilib Azərbaycan Respublikası Prezidentinin sərəncamıyla 2017-ci il yanvarın 1-dən Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığorta sisteminin (İTSS) tətbiqi məqsədilə pilot layihəyə başlanıb. Sonradan Ağdaş rayonu da bu layihəyə qoşulub. Hər üç bölgədə dövlət səhiyyə qurumuna daxil olan təşkilatlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji […]

Narın yağış altında baş tutan Novruz şənliyi

Martın 19-da narın-narın yağış çiləməsinə baxmayaraq, mingəçevirlilərin ümumşəhər şənliyi Səməd Vurğun adına meydanda baş tutub. Hər tərəfi al-əlvan plakat və pannolarla, yaşıl səməni, Novruzun digər rəmzləri ilə bəzədilmiş meydan bayramı hərəkətə gətirən iştirakçıların ixtiyarına verilib. İdmançılar, xüsusən də pəhləvanlar öz qabiliyyətlərini göstəriblər. Meydan boyu tonqal ətrafına cəmləşən müəllim və şagirdlər bayram münasibətilə hazırladıqları əl işlərini, […]

Novruz gəlib, qapıdadır

Qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Aşıqlar da vücudnamələrində “Ab, atəş, xak, badan yarandım” deyiblər. Yəni insan su, od, torpaq və yelə bağlıdır. Elə Novruza qədər qeyd etdiyimiz bayram çərşənbələri də bu ünsürlərlə əlaqələndirilir. İslam dini Yaxın Şərq və Orta Asiyada yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin adət-ənənələrini, […]

Tonqal ətrafında yallı rəqsi

Mingəçevir Turizm Kollecində bayram şənliyi keçirilib. Milli geyimli tələbələr,  qədim əmək alətlərinin nümayiş olunduğu  ekspozisiya, Novruzun  obrazlaşdırılmış rəmzləri olan Keçəl və Kosanın şux zarafatları və təbriklər şənlik boyu iştirakçıların qəlbində xoş təəssüratlar oyadıb. Kollecinin  direktoru, iqtisad elmləri dokrtoru, professor Əyyub Əyyubov hər kəsi milli bayram münasibəti ilə təbrik edib. Tədbir boyu təbriklər, səhnəciklər, şerlər və […]

Nümunəvi sinif Milli Qəhrəmanın adını daşıyır

Mingəçevirdəki 10 nömrəli məktəbin  V “a” sinfinə Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın  adı verilib. Bu barədə sinif rəhbəri Aytən Babayeva məlumat verib. O, deyib ki, sinfə bu adın verilməsi və Salatın Əsgərovanın həyatı ilə bağlı güşə yaradılması şagirdləri ruhlandırıb: “Onlar nizm-intizamlı olmağa, dərslərində müvəffəqiyyətlər əldə etməyə çalışırlar.  Çalışırlar ki, bu adı doğruldalar”.

Hərbi hissədə “Açıq qapı”

Martın 17-də “N” saylı hərbi hissədə “Açıq qapı” günü keçi-rilib. Mingəçevir ictimaiyyətinin nümayəndələri şanlı ordumu-zun əsgər və zabitləri ilə görüşüb, onlara Novruzun gəlişi mü-nasibətilə təbriklərini çatdırıblar. Dədə Qorqud və Bahar qıza, Kosa və Keçələ çevrilən MDDT-nın aktyorlarının, Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi üzv-lərinin, şəhərin mədəniyyət kollektivlərinin və məktəb şa-girdlərinin rəngarəng çıxışları maraqla qarşılanıb. Əsgərlər on-lara […]

3 ay ərzində 69 tədbirə 457 gənc qatılıb

“Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsi çərçivəsində Azərbaycan Gənclər Fon-dunun maliyyə dəstəyi ilə reallaşan Debat Forumu uğurla yekunlaşıb. Forumda 22 komandanın tərkibində 66 söz cəngavəri mübarizə aparıb. Finalda “Qarabağ” (3 saylı məktəb)  və “Demosfen” (Texniki Humanitar Liseyi) komandaları qarşılaşıblar.  Hakim heyətinin qərarına əsasən “Demosfen” forumun qalibi elan olunub. Qaliblərə kubok, ən yaxşı natiqlərə və xüsusi fəallığı […]