Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

MTK-da müstəqilliyimizin 101 illiyi təntənə ilə qeyd olundu

28 May Respublika Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub. Fənn komissiyalarında və dəyirimi masa ətrafında Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti haqqında pedaqoq və tələbələrin iştirakıilə müzakirələr aparılıb. İstedadlı tələbələr arasında inşa və rəsm müsabiələri keçirilib və tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunub. Tədbirlər silsiləsi “Şərqdə yaranan ilk demokratik respublika”adlı […]

Yevlax rayonunda məlumatlandırma sessiyası

Regional İnsan Hüquqları və Media Mərkəzi icra etdiyi “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində Yevlax rayonunda məlumatlandırma sessiyası keçirib. Tədbirdə Yevlax rayonunda fəaliyyət göstərən Ağdam rayon 23 saylı,  Kəlbəcər rayon 30 saylı, 48 saylı və 85 saylı tam  orta məktəblərdə çalışan 28 müəllim iştirak edib. Tədbirdə giriş sözü ilə çıxış edən Ağdam rayon […]

E-vətəndaş proqramı Mingəçevirdə təqdim olundu

Mayın 27-də Mingəçevir Gənclər Evində  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan “SƏLİS”-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının təqdimatıkeçirilib.QHT Forumu MRQRTM-nın direktoru Füzuli Əsədov bildirib ki, Şura fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, Vətəndaş Cəmiyyətinə, dövlətə, […]

Sağ sahildə yaşayanları nələr narahat edir?

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mayın 22-də sağ sahil yaşayış massivindəki Koroğlu 23, 25, Mehdi Hüseyn 12 və Nəcəf Bəy Vəzirov 16 saylı ünvanlarda yaşayan sakinlərlə görüşüb. Başçı ölkədə həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlərdən, şəhərdə aparılan abadlıq-quruculuq işlərindən danışıb: “Hazırda şəhərin sağ və sol sahillərindəki məhəllələrdə, Energetiklər qəsəbəsində böyük quruculuq işləri həyata keçirilir. […]

Tələbələri Yevlaxdan Mingəçevirə gətirən mikroavtobus aşdı, 2 nəfər dünyasını dəyişdi

Bu gün səhər radələrində Yevlax rayonundan Mingəçevirə gələn mikroavtobus Xaldan qəsəbəsində qəzaya uğrayıb. Qəza nəticəsində 22 nəfər xəsarət alıb. Bir nəfər hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onlar – 2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə və Səadət Məzahir qızı Musayevadır. Yaralılardan 19-ui Yevlax, 3-ü isə Mingəçevir xəstəxanalarına yerləşdirilib. Qəzaya düşənlərin əsasən […]

Finalda “Bermud” komandası ilə görüşən “Qarabağ” qalib gəlib

Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Yaz Kuboku 2019” layihəsi uğurla yekunlaşıb. Həyəcan və böyük maraqla davam edən debatların nəticəsi olaraq finalda “Bermud” komandası ilə görüşən “Qarabağ” qalib gəlib. Final mükafatlandırma və bağlanış mərasimidə Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov, MDU Tələbə Gənclər Təşkilatının […]

Mingəçevirdə “Avropa İttifaqı Günləri”

Mayın 21-də Mingəçevirdə “Avropa İttifaqı Günləri”nə start verilib. Öncə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, eləcə də İttifaqa üzv olan dövlətlərin Azərbaycandakı diplomatik korpus nümayəndələri və digər qonaqlarla Mingəçevir İcra Hakimiyyətində rəsmi görüş  keçirilib. İcra Hakimiyyəti başçısı İlham İsmayılov 2008-ci ildə Avropa İttifaqına üzv olan ölkələrin Brüssel görüşündə şərq tərəfdaşlığı təşəbbüsünü irəli sürməsinə diqqəti […]

Avropa İttifaqı ilə münasibətlərimiz necə olacaq?

Azərbaycan liderləri dövlətin Avropa İttifaqı ilə əməkdaşlıq və Avropaya inteqrasiya kursunu tutduğunu bəyan edirlər. 2009-cu ildən etibarən Avropa İttifaqı ilə Azərbaycan “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Avropa İttifaqının altı qonşu ölkəsi – Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan bu proqramda birləşir. Bundan daha əvvəl, 1999-cu ildə Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq […]

Mingəçevirdə Avropa günləri

Əziz Mingəçevir və ətraf rayonların sakinləri, Sizi bu gün, mayın 21-də Səməd Vurğun meydanında təşkil edilən “Avropa Sənin Üçün” sərgisinə dəvət edirik. Energetiklər şəhərində keçirilən  Avropa Günlərində sizi bol enerjili və əyləncəli proqramlar, hədiyyəli suallar və açıq səma altında canlı konsert gözləyir. Ailənizi, dostlarınızı, tanışlarınızı və qohumlarınızı götürüb Avropaya qonaq gəlin. Sərgi saat 16:00-da başlayır. […]

Mingəçevirdə mənzil mülkiyyətçilərinin şəhər konfransı baş tutdu

“Bu gün əsas vəzifə çoxmənzilli yaşayış binalarını mənzil mülkiyyətçilərinin tam mülkiyyətinə verilməsinə nail olmaqdır. Bu iş təkcə maarifləndirmədən keçmir, eyni zamanda əhaliyə praktiki və hüquqi aspektdə yardım göstərilməsinə ehtiyac var. Belə ki, mülkiyyətçilərin qanunun tələblərinə uyğun şəkildə ümumi yığıncaqlarının keçirilməsi, protokolların tərtib olunması, digər sənədlərin hazırlanması və qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunması başlıca şərtdir. […]