Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Əsgər və zabitlər də rəqs edən mingəçevirlilərə qoşuldular

Silahlı Qüvvələr günü münasibətilə “N” saylı hərbi hissədə keçirilən bayram tədbirinə Mingəçevir Şəhər İcra hakimiyyətinin  və hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ müharibəsi və şəhid ailələrinin təmsilçiləri və digər ictimaiyyət nümayəndələri də qatılıb. Dövlət Himnimiz səsləndiriləndən sonra hərbi hissənin komandiri, polkovnik-leytenant Cərulla Ağayev 101 illik tarixi olan milli ordumuzun keçdiyi şanlı yoldan, onun ilk qurucularından söz açıb […]

“İnternet dövründə şəxsi həyatın qorunmasını necə təmin etməli?”

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  iyunun 25-də  “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat”  mövzusunda  ilk seminarını  keçirib.  “Mingəçevir işıqları” qəzetinin  nəzdindəki Media Mərkəzində baş tutan tədbirə Qərb bölgəsində fəaliyyət göstərən yerli KİV  nümayəndələri, paytaxt KİV-lərin  bölgə  üzrə  təmsilçiləri, həmçinin yerli internet fəalları və QHT təmsilçiləri qatılıblar. Seminar Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət […]

“Müvəqqəti ər”, yaxud “Bir gecəlik kəbin”

İyunun 24-də Mingəçevir Dövlət Dram Teatırında “Müvəqqəti ər”(“Hülləçi”) iki hissəli komediya ictimaiyyətə təqdim olunub. Məşhur türk yazarı Rəşad Nuri Güntəkinin əsəri əsasında hazırlanan tamaşa çox maraqlı süjet xətti ilə auditoriyanı güldürə-güldürə düşündürüb və ağladıb. Var-nemətə görə öz doğma qardaşını zərbə altına qoyan axırda özü də qazdığı quyuya düşüb və ən yaxınlarının lənətini qazanıb. Burada baş […]

Narkomaniya düşkünləri potensial qurbanlarını azyaşlılar və gənclər arasında arayırlar

26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Gününə həsr olunmuş tədbir Mingəçevir Turizm Kollecinin Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birgə iş planına müvafiq olaraq gerçələşdirilib. Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov narkomaniyanı bəşəriyyətin bəlası kimi xarakterizə edib. O bildirib ki, bu bəlaya qarşı  mübarizə təkcə rəsmi  dövlət qurumlarının və hüquq […]

Əkrəm İmamoğlu seçkiləri bu dəfə də qazandı

Türkiyəin İstanbul bələdiyyəsinə keçirilən seçkilərdə nəticələr bəllidir.  Türkiyə mətbuatı xəbər verir ki, seçki qutularının hamısı açılmasa da, artıq aradakı 777 581 səs fərqi CHP-nin namizədi Əkrəm İmamoğlunun qazandığını deməyə əsas verir. Hazırda səslərin 99,4 faizi sayılıb. Bu nəticələrə görə səslərin 54 faizi (4 698 782) Əkrəm İmamoğluna, 45,1 faizi (3 921 201) isə Binəli Yıldırıma verilib. Əkrəm […]

QAC-dan evi yananlara ilk yardım gəldi

Xəbər verdiyimiz kimi, iyunun 21-də Energetik yaşayış massivində, məcburi köçkünlərin məskunlaşdığı 3 saylı qəsəbədə yanğın qeydə alınıb. Yanğınsöndürən briqada alovun qarşısını ala bilsə də, 3 yaşayış evi əşyları ilə birgə yanaraq kül olub. 2 mənzilin isə müəyyən hissələri yanıb. Yanğın zamanı bir neçə insan tüstüdən zərər çəkib. Təcili tibb yardım briqadası onlara hadisə yerində ilkin […]

Sahib Əliyev dövlət qulluğunda fərqləndi

Prezident İlham Əliyev 22 iyun 2019-cu il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə  bir qrup dövlət qulluqçusunu təltif edib. Onların arasında Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Əliyev  Sahib Hümmət oğlu da var. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Təbrik […]

Dövlət qulluqçularının bu ilki bayramı nə ilə yadda qaldı?

Mingəçevirdə vaxtaşırı müxtəlif tədbir və mərasimlərdə görünən, əhalinin yanında olan və dərd-sərini eşidib, problemlərinin həllinə yardım göstərən dövlət qulluqçuları iyunun 22-də özləri bir araya gələrək, peşə bayramlarını qeyd ediblər. Heydər Əliyevin abidəsini ziyarət edtikdən sonra onlar İcra Hakimiyyətinin konfrans zalında fikirlərini bölüşüblər. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov tədbir iştirakçılarına xatırladıb ki, respublikamızda aparılan […]

Bu il Mingəçevir Turizm Kollecini 500-ə yaxın gənc bitirib

Kollecin əsas meydanına toplaşan  Mingəçevir Turizm Kollecinin yüzlərlə tələbəsi pedaqoq, valideyn və digər dəvətli qonaqların iştirakı ilə 500-ə yaxın məzunla vida  mərasimi keçirib.  Karyera həyatına qədəm qoyan  növbəti  məzunlar saatlar ərzində arzu və istəklərini paylaşmaq,  doğma təhsil müəssisəsinə və onun pedaqoji kollektivinə sevinc və üzüntü dolu duyğularını çatdırmaq üçün bir araya gəlib.  Rəsmi, bədii və […]

Məhəllələrin işıqlandırılmasına, ağacların suvarılmasına başçı necə kömək edə bilər?

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  iyunun 19-da 3 saylı orta məktəbin iclas zalında D.Əliyeva, M.Vəli.Vidadi, S.Vurğun küçələrinin sakinləri, şəhər ictimaiyyəti nümayəndələri, idarə, müəssisə rəhbərləri və KİV təmsilçiləri ilə görüşüb. Başçı davamlı səyyar görüşlərin ölkə prezidentinin tapşırığı ilə keçirildiyini, əhalini narahat edən problemlərin öyrənilib həll edilməsi və şəhər sakinlərinin təkliflərinin nəzərdən keçirilməsi baxımından bu […]