Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

14 əsr əvvəlin musiqi alətlərindən ansambl yaradılıb – GORANBOYDA

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, rayonun Düzqışlaq kəndindəki musiqi məktəbində 13-14 əsr əvvəl istifadə edilən çağanaq, qoşqa rübab, qopuz, bas tar və digər alətlərə xüsusi maraq var. Müasir kamança, tar və digər alətlərin əcdadı hesab edilən bu alətlərdə şagirdlər həvəslə ifa edir. Məktəbdə artıq 24 ildir sadalanan alətlərdən ibarət ansambl fəaliyyət göstərir. Məktəbin müəllimi […]

Mingəçevir teatrında “Caninin etirafı”

Oktyabrın 25-də Mingəçevir Dövlət Dram Teatrında “Caninin etirafı” tamaşasına baxış olub. Qən-bər Şəmşiroğlunun eyni adlı romanı əsasında Nəriman Ocaqlı və Ağalar İdrisoğlunun səhnələşdirdiyi və Ağalar müəllimin həm də quruluş verdiyi tamaşada hadisələr 1988-93-cü illərdə əyalətdə cərəyan edir. Belə ki, yalanlar ayaq tutub yeriyir, günahsız insanlar qətlə, həbsə, hətta intihara məruz qalırlar. Ölkədə si-yasi hakimiyyət dəyişikliyindən […]

STP “Power Almatı” sərgisində iştirak edir

Sumqayıt Texnologiyalar Parkının İctimaiyyətlə Əlaqələr üzrə Meneceri Rəşad Əliyevdən aldığımız məlumata görə, Azərbaycanın ən böyük kabel ixracatçısı olan STR  “Made in Azerbaijan” markasını xarici bazarlarda uğurla tanıtmağa davam edir.  Qazaxıstanın Almatı şəhərində 23-25 oktyabr, 2019-cu il tarixlərində təşkil olunan Enerji, elektrik avadanlıqları və maşınqayırma sahələrini əhatə edən 18-ci “Power Almaty” sərgisində iştirak edən Texnopark “STP […]

Avropa İttifaqı mədəni irs festivalı keçirəcək

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi 1-15 noyabr 2019-cu il tarixlərində Bakıda, Gəncədə və Qəbələnin Nic kəndində 2-ci “Fantazia” mədəni irs festivalı keçirəcək. Məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “FANTAZİA” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival “Şərq Tərəfdaşlığı”nın 10 illik yubileyi ilə üst-üstə düşür. Festival, Avropa İttifaqına […]

AR Ali Sovetinin sessiyasında Müstəqillik aktının qəbulu

Humanitar Tədqiqatlar İB-nin sədri Əvəz Həsənovun təqdim etdiyi bu video ölkəmiz və millətimiz üçün çox dəyərli bir tarixi əks etdirir.  1991-ci il Oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası zamanı müstəqillik aktının qəbul olunması anını əks etdirən video görüntüləri izləyicilərimizlə paylaşırıq.  

MTK-da Dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə konfrans keçirilib

18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Tələbə gənclərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub, inşa yazı müsabiqəsi və idman yarışları keçirilib, eləcə də dəyrimi masa ətrafında  müstəqillik uğrunda mübarizə tarixinə həsr olunmuş fəal müzakirələr aparılıb. Tədbirlər silsiləsinin ən maraqlı məqamlarından biri  rəsm və əl işləri sərgisinin […]

İcra başçısı dedi ki, Mingəçevirin bütün küçələri nura boyanacaq

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun yerlərdə keçirdiyi səyyar görüşlər əhalini narahat edən məsələlərin operativ həlli üçün əhəmiyyətli olduğundan sakinlər tərəfindən razılıqla qarşılanır. Növbəti belə səyyar görüş şəhərin 3 saylı məktəbinin akt zalında keçirilib. Görüşdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov da iştirak edib. Səyyar görüşü şəhər  İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov […]

Mingəçevirdə seçki komissiyalarının üzvləri üçün 3 günlük seminar-məşğələ başlandı

Oktyabrın 15-də 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük seminar-məşğələyə başlanıb.  Bu  barədə müxbirimizə 47 saylı DSK-dan məlumat verilib. Bildirilib ki, seminarın ilk günündə MSK üzvü Bəxşeyiş Əsgərov seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq seçki prosesində müşahidəçilərin hüquq […]

Məcburi köçkünlər üçün qəzet nəşr ediləcək

Oktyabrın 11-12-də Mingəçevir Media Mərkəzində Azərbaycanda Məcburi Köçkünlərlə iş şəbəkəsinin (“Birləşmiş imkanlar”) üzvləri üçün “Məcburi köçkünlərin sosial problemləri üzrə ictimai maraqların müdafiəsi kampaniyası” üzrə təlim keçirilib. Humanitar Tədqiqatlar Cəmiyyətinin (HTC) sədri Əvəz Həsənov şəbəkənin son toplantısından sonra baş verənlər haqqında məlumat verib. HTC-nın eksperti Bəxtiyar Aslanov sorğuların və tədqiqat işlərinin aparılması texnikası barədə danışıb. Təlim […]

Avropa İttifaqı və Azərbaycan Bakıda Tvinninq layihələrini müzakirə edirlər

10 oktyabr 2019-cu il tarixində Avropa İttifaqı və Azərbaycan arasında Tvinninq  layihələrini müzakirə etmək üçün Bakıda dəyirmi masa keçiriləcək.  Avropa Komissiyasının  Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbərləri  cənab Vasilis Maraqos və xanım Diana Yablonskanın başçılıq etdiyi nümayəndə heyətinin, həmçinin Azərbaycan rəsmilərinin qatıldığı tədbirə Azərbaycanın  İqtisadiyyat Nazirliyi ev sahibliyi edəcək. Dəyirmi masanın keçirilməsində […]