Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Növbəti könüllülər dəstəsi sertifikat aldı

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  könüllülük fəaliyyətini bitirmiş gənclərə noyabrın 29-da sertifikatlarını təqdim edib.  Başçı ölkəmizdə könüllülük hərəkatının inkişafından söz açıb, ölkə Prezidenti  İlham Əliyevin könüllülük hərəkatına göstərdiyi diqqətdən danışıb və könüllülərə qazandıqları  təcrübəni iş həyatlarında uğurla tətbiq etmələrini arzulayıb. Könüllülər çıxış edərək, təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini,  İcra Hakimiyyəti aparatının kollektivi […]

Mingəçevirdə kimlər bələdiyyə üzvü ola bilər?

Dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərinə bir aydan da az vaxt qalır. Bəs seçki öncəsi vəziyyət necədir? Bütün işlər təqvim planına uyğun aparılırmı? 47 saylı DSK-nın sədri Oqtay Məmmədovun dediyinə görə, indiyədək dairə və məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması üçün treninqlər təşkil olunub. Seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələrin aparılması məqsədilə seçici siyahıları məlumat lövhələrində yerləşdirilib. […]

Xəzər Universitetində Avropa Ittifaqının institusional monitorinqi keçiriləcək

26-27 noyabr 2019-cu il tarixində Xəzər Universitetində Avropa Ittifaqının institusional monitorinqi keçiriləcəkdir. İnstitusional monitorinqdə indiyə qədər Xəzər Universitetinin koordinatorluğu ilə həyata keçirilmiş və ya Xəzər Universitetinin tərəfdaş olduğu Erasmus+ layihələrinə yenidən baxış olacaqdır. Layihələri həyata keçirən məsul şəxslər bitmiş layihələrin nəticələri və təsirləri, hazırda davam edən layihələrin mövcud vəziyyəti, yeni yazılmış layihələr üzrə gələcək planlar […]

ADF qapılarının hər bir şəxsin üzünə açıq olduğunu bildirir

Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi məlumat verir ki, Azərbaycan Demokrat Firqəsi 9 noyabr 2019-cu ildə 2-ci Konqresini keçirib. Tam mütəşəkkillik və anlaşma şəraitində işini başa çatdıran ali məclisdə Avropa və Asiya ölkələrində yaşayan onlarca firqə təmsilçisi qərarların qəbuluna yekdilliklə səs verib. Belə qənaətə gəlinib ki, bu möhtəşəm məclis ADF-nin 3 oktyabr 1945-ci ildə Təbrizdə düzənlənən […]

Şura iclasında 4 məsələ müzakirə olundu

Noyabrın 21-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İH başçısı İlham İsmayılov öncə Mingəçevir şəhərinə yeni təyin olunan prokuror Camalov Elmar Heybət oğlunu və polis rəisi Qasımov Hikmət Ağababa oğlunu ictimaiyyət nümayəndələrinə təqdim edib. İclasda İHB-nın müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri  Məhluqə Cavadova Mingəçevir şəhərinin 2019-cu ilin 9 ayında sosial-iqtisadi […]

Mingəçevirdə tikilən bələdiyyə bazarına baxış keçirildi

Noyabrın 21-də tikintisi başa çatdırılan Bələdiyyə bazarına baxış keçirilib. Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev,  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 25 min əhalisi olan Energetiklər qəsəbəsində belə bir bazara çoxdan ehtiyac olduğunu vurğulayıblar. Başçı vurğulayıb ki, əvvəllər də mövcud ərazidə bazar mövcud olub, lakin sonradan təyinatı dəyişdirilib: “Yadımdadır, indiki “Nərgiz” klinikasının yanında da bazar var […]

Mingəçevirin nümunəvi şəhərə çevrilməsi üçün davamlı işlər aparılır

Noyabrın 20-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 12 saylı məktəbin akt zalında növbəti səyyar görüşünü keçirib. Ölkədə və şəhərdə aparılan işlərdən danışan başçı bu gün Mingəçevirdə əsas iki qlobal problemin olduğunu vurğulayıb:  “Binaların istilik sisteminin bərpası və yaşıllıqların suvarılması ilə bağlı məsələlər artıq Prezident Administrasiyası və Nazirlər Kabineti, digər mərkəzi qurumlar səviyyəsində qaldırılııb. […]

Şərq Tərəfdaşlığı: Donor dəstəyinin gələcəyini müzakirə etmək üçün media sahəsində çalışan ekspertlər Riqada toplanıb

Avropa İttifaqı Azərbaycan Nümayəndəliyindən verilən məlumata görə, noyabrın 13-də və 14-də Latviyanın paytaxtı Riqada media sahəsində çalışan 100-ə yaxın peşəkarın, Aİ rəsmilərinin və medianın inkişafı sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələrinin iştirakı ilə “Şərq Tərəfdaşlığı Media Konfransı 2019: Biznes və Dayanıqlıq” adlı tədbir keçirilib. Avropa Xarici Fəaliyyət Xidməti və Latviya hökumətinin dəstəyi ilə Avropa Komissiyası tərəfindən […]

“İşıqlı Gələcək” “İntellekt akademiyası -2” layihəsini başa çatdırdı

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İşıqlı Gələcək” GİB-in təşkilatçılığı və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə keçirilən “İntellekt Akademiyası-2” layihəsi uğurla başa çatıb. Layihə çərçivəsində ali və orta, orta-ixtisas təhsil müəssisələrində təhsil alan yeniyetmə və gənclərin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi, onların intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi məqsədilə müxtəlif formatda […]

Abadlaşan kənar məhəllələrin problemləri hələ ki, bitmir

Bu gün Mingəçevir yaşayış səviyyəsinə görə varlı və kasıb məhəllələrə bölünür. Daha imkanlı ailələr şəhərin mərkəzində məskunlaşıblar. Həmin ərazilər yol, işıqlanma və s. sarıdan daha abaddır. Son 1 ildə şəhərin kənar yerlərində də davamlı abadllaşma işləri aparılır. Məsələn, Energetiklər qəsəbəsində, Toxucular, Aydın Məmmədov küçələrindəki  massivlərdə nümunəvi məhəllələr salınır. Binalarda dam örtüyü yenilənir, qapılar qoyulur,  pəncərələrə […]