Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Prezident Mingəçevirə 2,5 milyon manat ayırdı

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev25 dekabr 2019-cu ildə  Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyiilir: “1.Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11,9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin […]

«Yarat… İnkişaf Et… Töhfə Ver…»

Avropa İttifaqının dəstəyi ilə UNICEF Azərbaycan Respublikasnın Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dövlət dəstəyi ilə «Azərbaycan Hökuməti və BMT-nin birgə  Gənclər  Evi təşəbbüsü» proqramını həyata keçirir. Dekabrın 24-də Mingəçevir Gənclər Evində  Proqram çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB  tərəfindən icra olunan «Yarat… İnkişaf Et… Töhfə Ver…» layihəsinin Məlumatlandırma sessiyası baş tutub. «Yarat… İnkişaf […]

Azərbaycan gəncliyinə, Azərbaycan tələbəsinə böyük töhfə

Bakı Dövlət Universitetinin “Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasovanın təsis etdiyi “Elmi inkişaf” jurnalının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış alim və ziyalılar çıxış edərək, təsisçiyə və redaksiya heyətinə uğurlar arzulayıblar. BDU-nun Jurnalstikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli jurnalın nəşrini yüksək qiymətləndirərək, onun tələbələr […]

İlk məşğələdə “Heç kəs kənarda qalmamalıdır” prinsipinin mahiyyəti açıqlanıb

DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən icra olunan “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsü çərçivəsində “Tələbə qızların xəbər dünyası” 6 həftəlik təlim proqramına başlanıb. Həftədə 1 gün səhərdən axşama qədər davam edən proqramım birinci  məşğələsi dekabrın 15-də Mingəçevir Media Mərkəzində baş tutub. “Heç kəs kənarda qalmamalıdır” prinsipinin mahiyyətini açıqlayan təlimçi Yeganə Nəbiyeva auditoriyanı Dayanıqlı İnkişaf […]

Azərbaycan 2 seçkiyə hamilədir

Son günlərədək ölkədə heç kəs iki ay ərzində dalbadal iki mühüm kampaniyanın keçiriləcəyini ağlına belə gətirməzdi. Amma gələn ilin sonunadək fəaliyyət göstərməli olan Milli Məclis YAP Siyasi Şurasının təşəbbüsündən sonra özünü buraxmağa qərar verdi. Və izah olundu ki, bu, Milli Məclisin  səlahiyyətlərini müasir çağırışlara uyğun həyata keçirməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasını təmin etməsi […]

Neft-qaz hasilatı imkanlarının optimallaşdırılması üçün iki böyük şirkət razılığa gəldilər

Dekabrın 10-da Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum ölkənin neft-qaz sektorunun flaqmanı Dövlət Neft Şirkəti ilə ən iri sənaye komplekslərindən olan  Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təmin edilməsi üzrə […]

Əyyub Əyyubov dahi liderin Azərbaycan xalqının qəlbində əbədilik qazandığından danışıb

Ümummilli lider Heydər Əliyevin  vəfatının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə xatirə tədbirlərlə qeyd olunub. Daha sonra tədbirlər silsiləsi elmi–nəzəri konfransla davam etdirilib. Konfransda kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov dahi liderin Azərbaycan xalqının qəlbində əbədilik qazandığını qeyd edib, 40 ilə qədər Azərbaycan və keçmiş sovetlər ittifaqının siyasi hakimiyyətində aparıcı mövqelərdə idarəçilik  fəaliyyəti […]

Mingəçevirdə Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Mingəçevirdə ulu öndərin anın günü qeyd edilib. Hökumət və ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri Heydər Əliyevin abidəsi önünə gələrək, ona ehtiramlarını bildiriblər.  Gülqoyma mərasimindən sonra anım mərasimini iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyəini əks etdirən fotosərgi ilə tanış olub və onun barəsində filmi izləyiblər. Şəhər İcra […]

10 saylı məktəbdə başçıya nə dedilər?

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun sakinlərlə növbəti görüşü noyabrın 11-də 10 saylı məktəbin akt zalında keçirilib. Başçı ölkədə və şəhərdə aparılan işlər, yeni layihələr barədə danışıb. Bildirib ki, A.Qurbani küçəsində,  uzun illər zir-zibil içində olan ərazi indi nümunəvi istirahət yerinə çevrilib və belə yerlərin şəhərin bütün massivlərində yaradılması nəzərdə tutulub. Şəhərdəki 465 çoxmənzilli […]

“İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində Bakıda konfrans keçirilib

JuHİ  Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 10-da Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı  Bakı şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans  keçirilib. Konfransa KİV və QHT təmsilçiləri, internet fəalları qatılıblar.  Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində baş tutub. JuHİ […]