Mingəçevirdə “ZOOM” platforması üzərindən canlı debat keçirilib
Milli Debat Proqramı çərçivəsində aprelin 20-də MDU tələbələrinin iştirakı ilə “Koronavirusun yayılma risklərinin azaldılmasında dövlət əsas faktordur” mövzusu ətrafında “ZOOM” platforması üzərindən regionlarda ilk dəfə olaraq canlı debat keçirilib. Spikerlər Fəxriyyə Qüdrətli (təsdiq mövqe) və Nuranə İbrahimova (təkzib mövqe) olublar. Debatda Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev, […]