Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Ordumuza dəstək məqsədilə könüllü hərbi xidmətə getmək istəyənlərin sayı günbəgün artır

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iyulun 17-də məlumat yayıb. Məlumatda deyilir: “Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları Müdafiə Nazirliyinə müraciət ünvanlayaraq Ordumuza dəstək məqsədilə hərbi xidmətə çağrılmaqla döyüşlərə qatılmalarını xahiş […]

Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında […]

“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” Azərbaycanın bölgələrinə nə verəcək?

2020-ci ilin iyun-iyul aylarında, 5 rayonu əhatə edən Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsinə dair sorğuların keçirilməsi planlaşdırılır. İyun ayında Samux, Kürdəmir və İsmayıllı rayonlarında könüllülər və tədqiqatçıların iştirakı ilə qiymətləndirmə sorğusu həyata keçirilib. Sorğulara əsasən Azərbaycanda kənd təsərrüfatına dair məsləhət xidmətlərinin təkmilləşdirilməsi üçün güclü məlumatlandırma mexanizmin qurulmasına ehtiyac var. Sorğunun ilkin nəticələri dövlət və özəl […]

Kür üstündəki şəhərin yay qayğıları

Market işçisi virus daşıyıcısı olarsa… Əksəriyyət infeksiyaya yoluxmaqdan ehtiyat etdiyi üçün gigiyenik qaydaları ciddi yerinə yetirməyə çalışır. Amma kim zamin ola bilər ki, ərzaq satan adamlar bizim həyatımızı təhlükəyə atmırlar?  Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının marketinq və ictimaiyyətlə ələqələr şöbəsinin əməkdaşı İlahə İsmayılovanın qənaətinə görə, bu gün ən ciddi problem marketlərdə maska və digər qoruyucu vasitələrdən […]

“Mingəçevir işıqları” üç mükafatçıdan biri oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holding”in sponsorluğu ilə reallaşdırılan “Rəqəmsal Jurnalistikaya doğru” proqramı uğurla başa çatıb. Proqramın onlayn formatda həyata keçirilən bağlanış mərasimində proqram iştirakçıları və təlimçilər iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə […]

Qarabağ Əlilləri Cəmiyyətinin bir qrup üzvü bayram günü Şəhidlər Xiyabanına gəlib

İyunun 26-da Mingəçevirdə yaşayan Qarabağ qazilərinin və ictimaiyyət nümayəndələrinin bir qrupu Azərbaycan Silahlı Qüvvələrinin bayramı münasibətilə ulu öndərin abidəsi önünə gələrək, xatirəsini yad edib və Şəhidlər Xiyabanına gələrək, şəhid yoldaşlarının qəbirlərini və 20 Yanvar abidəsini ziyarət ediblər. Birinci qrup əlilliyi olan şəxs Əbülfət Babayev deyib ki, adətən ziyarətə daha çox gələnlər olacaqdı, sadəcə pandemiya ilə […]

İlham Əliyev Mingəçevirdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərində səfərdə olub. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan […]

“Nağdsız Azərbaycan”a doğru

Azərbaycan vətəndaşı üzünü rəqəmsallaşma prosesinə tam çevirsə, 2025-ci ilədək cibimizi və sağlamlığımızı ağırlaşdıran pullardan canımız qurtaracaq   Ərzaq mağazaları və apteklərdə yerində xidmət niyə dayandırılmadı? Bu ilin mart ayından COVİD-19 virusunun bütün dünyada sürətlə yayılması Azərbaycanda da xüsusi karantin və icazə rejiminin tətbiq olunmasına gətirib çıxardı. Nazirlər Kabineti yanında Operativ Qərargah insanların bir-biri ilə ünsiyyətini […]

Rəqəmsal Jurnalistikaya Doğru necə addımlayırıq?

İyunun 20-də jurnalistlərin qatıldığı vebinar təlimdə günün aktual mövzularına yer ayrıldı. INNOLAND-ın direktoru  Məmməd Kərim start-up nədir sualına cavab Verdi. O, Azərbaycanda bu sahədə hansı uğurlar əldə edildiyindən, kimlərin start-up-çı ola biləcəyindən, ideyadan start-up-a hansı addım və prosesləri keçməyin və start-up-ın uğurlu olması üçün nələrə əməletməyin  vacib olduğundan danışdı. EHİM-in Data Mühəndisliyi şöbəsinin rəhbəri Toğrul […]

Bu gün hər kəs evindən çıxmadan əksər işlərini görə bilər

İyunun 19-da jurnalistlər Elektron Hökumətin İnkişafı Mərkəzinin son illərdə həyata keçirdiyi uğurlu layihələrlə yaxından tanış ola biliblər. Onlara “ASAN ödəniş” və “ASAN Finans”,   “ASAN Viza”,   “e-agro”, “e-Satınalma”,   “e-Gov” və “ASAN Login”  barədə ətraflı bilgilər verilib. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda hər kəsin hansısa dövlət kontoruna getmədən əksər işləri öz evindən-internet üzərindən həyata keçirməsi mümkündür. […]